Məhkəmə qərarları › İş №e-2(076)-4072/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4072/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4072/2025 14.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «Pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 74,85 manat əsas borc və 28,82 manat cərimə borcu olmaqla, cəmi 103,67 (bir yüz üç manat,67 qəpik) manat borcun,xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 672,41 manat əsas borc və 10,34 manat cərimə borcu olmaqla cəmi 682,75 (altı yüz səksən iki manat 75 qəpik) manat borcun, xx.xx.2025-ci il tarixli,********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 70,00 ( yetmiş manat) əsas borc və 0,00 manat cərimə borcu olmaqla cəmi 70,00 manat (yetmiş manat 00 qəpik) borcun, ümumilikdə isə 856.42 (səkkiz yüz əlli altı manat, 42 qəpik) manat borcun habelə 30,00 (Otuz manat 00 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq Cash Finance MMC-ə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əsgərov X1 X5 (VÖEN:**********) arasında xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, Fərdi sahibkar X2 450,00 manat dəyərində mal (xidmət) almışdır. Cavabdeh, borclu olduğu 450,00 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və nəticədə xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqısatqımüqaviləsi üzrə 450,00 manat əsas borcu qalmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylıəlavəyə görə cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək, hər ay 75,00 manat ödəməklə Fərdi sahibkar X4 olan borcunu tam şəkildə icra etməyi öhdəsinə götürmüşdür. Fərdi sahibkar X5 ilə Cash Finance MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən, Fərdi sahibkar X3 cavabdehə qarşı mövcud olan 450,00 manatlıq tələb hüququ Cash Finance MMC-ə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqımüqaviləsi üzrə cəmi ödədiyiməbləğ 375,15 manat təşkiledir. 2. Cavabdeh ilə "xxxx" MMC (VÖEN:**********) arasında xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı- satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, "xxxx" MMC-dən 1653,93 manat dəyərində mal (xidmət) almışdır. Cavabdeh borclu olduğu 1653,93 manat məbləğdən 400,00 manat ilkin ödəniş etmiş və nəticədə xx.xx.2025-ci il tarixli, ********** nömrəlialqısatqımüqaviləsi üzrə 1253,93 manat əsas borcu qalmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqısatqımüqaviləsinə 1 saylıəlavəyə görə cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cü il tarixinədək, hər ay 105,00 manat ödəməklə "xxxx" MMC-yə olan borcunu tam şəkildə icra etməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cash Finance MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC-nin cavabdehə qarşı mövcud olan 1253,93 manatlıq tələb hüququ Cash Finance MMC-ə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqısatqımüqaviləsi üzrə cəmi ödədiyiməbləğ 981,52 manat təşkiledir 3. Cavabdeh ilə Fərdi sahibkar X5 (VÖEN: **********) arasında xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, Fərdi sahibkar X2 150,00 manat dəyərində mal (xidmət) almışdır. Cavabdeh borclu olduğu 150,00 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və nəticədə xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqımüqaviləsi üzrə 150,00 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqımüqaviləsinə 1 saylıəlavəyə görə cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək, hər ay 25,00 manat ödəməklə Fərdi sahibkar X4 olan borcunu tam şəkildə icra etməyi öhdəsinə götürmüşdür. Fərdi sahibkar X5 ilə Cash Finance MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən, Fərdi sahibkar X3 cavabdehə qarşı mövcud olan 150,00 manatlıq tələb hüququ Cash Finance MMC-ə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqımüqaviləsi üzrə cəmi ödədiyiməbləğ 80,00 manat təşkiledir. Cavabdeh, müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 450.00 manat olan əşyanı Cavabdeh 0,00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 75,00 manat olmaqla 6 ay müddətinə ödəmək şərti ilə satmışdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 150.00 manat olan əşyanı Cavabdeh 0.00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 25,00 manat olmaqla 6 ay müddətinə ödəmək şərti ilə satmışdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1253.93 manat olan əşyanı Cavabdeh 400.00 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 105,00 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materialarından olan Təhvil-təslim aktlarından görünür ki, Cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. "xxxx" MMC ilə Cash Finance MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin cavabdehə qarşı mövcud olan 103.67 manatlıq tələb hüququ Cash Finance MMC-ə keçmişdir. Cərəyan" MMC ilə Cash Finance MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin cavabdehə qarşı mövcud olan 682.75 manatlıq tələb hüququ Cash Finance MMC-ə keçmişdir. Cərəyan" MMC ilə Cash Finance MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin cavabdehə qarşı mövcud olan 70 manatlıq tələb hüququ Cash Finance MMC-ə keçmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə üzrə Cavabdeh 70.00 manat ödənilməmiş hissə, 0.00 manat cərimə ümumilikdə, 70.00 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə üzrə Cavabdeh 672.41 manat ödənilməmiş hissə, 10.34 manat cərimə ümumilikdə, 682.75 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə üzrə Cavabdeh 74.85 manat ödənilməmiş hissə, 28.82 manat cərimə ümumilikdə, 103.67 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə aldığı məhsulun qiymətini iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan, təmin edilməli, xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 74,85(yetmiş dörd manat, səksən beş qəpik) manat əsas borc, 28,82(iyirmi səkkiz manat, səksən iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 103,67 (bir yüz üç manat, altmış yeddi qəpik) manat borcun, xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 672,41(altı yüz yetmiş iki manat, qırx bir qəpik) manat əsas borc, 10,34(on manat, otuz dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 682,75 (altı yüz səksən iki manat, yetmiş beş qəpik) manat borcun, xx.xx.2025-ci il tarixli,********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 70,00 (yetmiş manat) əsas borc və 0,00 manat cərimə borcu olmaqla cəmi 70,00 manat (yetmiş manat, 00 qəpik) borcun, ümumilikdə isə 856.42 (səkkiz yüz əlli altı manat, qırx iki qəpik) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 74,85(yetmiş dörd manat, səksən beş qəpik) manat əsas borc, 28,82(iyirmi səkkiz manat, səksən iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 103,67 (bir yüz üç manat, altmış yeddi qəpik) manat borcun, xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 672,41(altı yüz yetmiş iki manat, qırx bir qəpik) manat əsas borc, 10,34(on manat, otuz dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 682,75 (altı yüz səksən iki manat, yetmiş beş qəpik) manat borcun, xx.xx.2025-ci il tarixli,********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 70,00 (yetmiş manat) əsas borc və 0,00 manat cərimə borcu olmaqla cəmi 70,00 manat (yetmiş manat, 00 qəpik) borcun, ümumilikdə isə 856.42 (səkkiz yüz əlli altı manat, qırx iki qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar