Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-427/2025 10.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim – Heydərova Nazlı Azər qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2250 ( iki min iki yüz əlli) manat məbləğində vəsaitin, 42,50( qırx iki manat əlli qəpik) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Qaradağ rayonunda "xxxx" ASC-də (bundan sonra - Cəmiyyət və ya İddiaçı) xx.xx.2022-ci il tarixli, PAG**********-1 şəhadətnamə nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Kamaz 5511 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində "X1" markalı ** JY *** dövlət qeydiyyatlı nişanlı və "X2" markalı ** JL *** dövlət qeydiyyatlı nişanlı avtomobillərə toqquşaraq onları zədələmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində "X1" markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1155 (bir min bir yüz əlli beş) manat və "X2" markalı ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1095 (bir min doxsan beş manat) manat olmaqla, Cəmiyyət tərəfindən ümumillikdə 2250 (iki min iki yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində "Kamaz 5511" markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli yekun aktında, yol-nəqliyyat hadisəsi nəticəsində "X1" markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1155 (bir min bir yüz əlli beş) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli yekun qiymətləndirmə aktında, yol-nəqliyyat hadisəsi nəticəsində "X2 markalı ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1095 (bir min doxsan beş manat) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 509/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində "X1" markalı ** JY *** dövlət qeydiyyatlı nişanlı və "X2 markalı ** JL *** dövlət qeydiyyatlı nişanlı avtomobil vasitələrinə dəymiş zərərlə bağlı ödənilməli olan 2250 (iki min iki yüz əlli) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh tərəfindən idarə olunan ** BC *** dövlət qeydiyyat nişanlı “Kamaz 5511” markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə bir il müddətinə sığortalanmışdır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta akt”larına əsasən, "X1" markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1155 (bir min bir yüz əlli beş) manat və "X2" markalı ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1095 (bir min doxsan beş manat) manat olmaqla, Cəmiyyət tərəfindən ümumillikdə 2250 (iki min iki yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində "Kamaz 5511" markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli yekun akta əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində "X1" markalı ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1155 (bir min bir yüz əlli beş) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli yekun qiymətləndirmə aktında, yol-nəqliyyat hadisəsi nəticəsində "X2 markalı ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1095 (bir min doxsan beş manat) manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli yekun qiymətləndirmə aktına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində "X2 markalı ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1095 (bir min doxsan beş manat) manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 509/24 nömrəli geriyə tələb məktubundan görünür ki, sığorta hadisəsi nəticəsində "X1" markalı ** JY *** dövlət qeydiyyatlı nişanlı və "X2 markalı ** JL *** dövlət qeydiyyatlı nişanlı avtomobil vasitələrinə dəymiş zərərlə bağlı ödənilməli olan 2250 (iki min iki yüz əlli) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 42.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh "Kamaz 5511 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi nəticəsində "X1" markalı ** JY *** dövlət qeydiyyatlı nişanlı və "X2" markalı ** JL *** dövlət qeydiyyatlı nişanlı avtomobillərə toqquşaraq onları zədələmiş, nəticədə sonuncu avtomobilin sahiblərinə maddi ziyan vurmuşdur, sığorta aktlarına əsasən sığorta şirkəti tərəfindən avtomobillərə dəymiş zərər ödənilərək sığorta ödənişləri həyata keçirilmiş, hazırda isə sığorta şirkəti avtomobillərə görə ödədiyi pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, DYP tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, cavabdeh görə Cavabdeh 2250( iki min iki yüz əlli) manat məbləğində vurulmuş zərər və 42.50( qırx iki manat, əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 (40 qırx qəpik) manat xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2250 ( iki min iki yüz əlli) manat məbləğində pul vəsaiti və 42, 50( qırx iki manat əlli qəpik) manat məbləğində dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6, və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2250 ( iki min iki yüz əlli) manat məbləğində pul vəsaiti və 42, 50 ( qırx iki manat əlli qəpik) manat məbləğində dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-427/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-427/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver