Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4677/2025 24.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Hüseynov Ayxan Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd toshiba tv, paket xl xidməti Hoffmann SOAC kondisioneri, 2 ədəd qazan dəsti , 4 ədəd qızıl zəmanət ultra 3 il xidməti üçün 3415.92 manat ödənilməmiş hissə, 341.59 manat dəbbə, innovativ layihələr mərkəzinə ödənilən 23.60 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, tzəmanət + 3 il xidməti, toshiba tv üçün 1374.12 manat ödənilməmiş hissə, 137.41 manat dəbbə, ümumilikdə 5292.64 manat borc, 72.93 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən İmei kod **********64217 OPPO A3X, 2 ədəd TOSHİBA TV, PAKET XL xidməti, HOFFMANN SOAC kondisioner, 2 ədəd QAZAN DƏSTİ, 4 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, ZƏMANƏT + 3 İL xidməti, TOSHİBA TV almış və nəticədə 5292.64 (beş min iki yüz doxsan iki manat 64 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3415.92 (üç min dörd yüz on beş manat 92 qəpik) manat (12 ay x 284.66 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********64217 OPPO A3X, 2 ədəd TOSHİBA TV, PAKET XL xidməti, HOFFMANN SOAC kondisioner, 2 ədəd QAZAN DƏSTİ, 4 ədəd QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti üçün ümumilikdə, 3781.11 (üç min yeddi yüz səksən bir manat 11 qəpik) manat olmaqla ondan, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) rüsum, 3415.92 (üç min dörd yüz on beş manat 92 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 341.59 (üç yüz qırx bir manat 59 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1794.12 (bir min yeddi yüz doxsan dörd manat 12 qəpik) manat (18 ay x 76.34 manat + 420 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, TOSHİBA TV üçün ümumilikdə, 1511.53 (bir min beş y zon bir manat 53 qəpik) manat olmaqla ondan, 1374.12 (bir min üç yüz yetmiş dörd manat 12 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 137.41 (yüz otuz yeddi manat 41 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 420 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi elektron informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə prosessinin onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli, ********** №-li müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən OPPO A3X, 2 ədəd TOSHİBA TV, PAKET XL xidməti, HOFFMANN SOAC kondisioner, 2 ədəd QAZAN DƏSTİ, 4 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, ZƏMANƏT + 3 İL xidməti, TOSHİBA TV almış, nəticədə 5292.64 manat borc yaranmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh tərəfindən OPPO A3X, 2 ədəd TOSHİBA TV, PAKET XL xidməti, HOFFMANN SOAC kondisioner, 2 ədəd QAZAN DƏSTİ, 4 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, ZƏMANƏT + 3 İL xidməti, TOSHİBA TV-ni təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli, ********** №-li müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən ZƏMANƏT + 3 İL xidməti, TOSHİBA TV almış nəticədə 1511.53 manat borc yaranmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh tərəfindən ZƏMANƏT + 3 İL xidməti, TOSHİBA TV-i təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 3415.92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 manat, 341,59 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1374.12 manat ödənilməmiş hissə, 137.41 manat cərimə olmaqla, cəmi 5292.64 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kod **********64217 OPPO A3X markalı mobil telefonun açıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.60 (iyirmi üç manat altmış qəpik) manat pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. xx.xx.2025-ci il tarixli 76459992 №-li mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 72.93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh, tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə (cərimə) pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 3415.92 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 341,59 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1374.12 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 137.41 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 3415.92 manat ödənilməmiş hissə, 170,80 manat cərimə borcu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1374.12 manat məbləğində ödənilməmiş hissə, 74.95 manat cərimə borcu olmaqla, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 manat, cəmi 5059.39 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72.93 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3415.92 manat ödənilməmiş hissə, 170.80 manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1374.12 manat ödənilməmiş hissə, 74,95 manat cərimə borcu olmaqla, cəmi 5059.39 (beş min əlli doqquz manat otuz doqquz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72.93 (yetmiş iki manat, doxsan üç qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №e-2(076)-4677/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4677/2025
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver