Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-590/2025 30.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim – Heydərova Nazlı Azər qızının sədrliyi ilə, İddiaçıMMC-nin Cavabdeh qarşı «Pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıMMC Cavabdeh qarşı «Pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ********** saylı müqavilə üzrə,1 (Bir) ədəd QAZ SOBASİ X2 Bülbül K:440 280 KUB (Ağ) model məhsul üçün 91.99 manat əsas borc, 30.82 manat cərimə olmaqla, ümumilikdə 122.81 manat borc, xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilə üzrə, 1 (Bir) ədəd HONOR X8B 8/128 GB SİLVER və 1 (Bir) ədəd X1 (12 ay) model məhsul üçün 589.80 manat əsas borc, 44.64 manat cərimə olmaqla, ümumilikdə 634.44 manat borcu, hər iki müqavilə üzrə cəmi 757.25 manat məbləğində vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıMMC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçıMMC-dən 379,99 manat dəyərində olan 1 (Bir) ədəd QAZ SOBASİ X2 Bülbül K:440 280 KUB (Ağ) model məhsul almışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə borclu olduğu 379,99 manat məbləğdən 0,00 manat ilkin ödəniş etmiş və onun 379,99 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi hər ay 32,00 manat olmaqla İddiaçıMMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqısatqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 288 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçıMMC-dən 684,10 manat dəyərində olan 1 (Bir) ədəd HONOR X8B 8/128 GB SİLVER və 1 (Bir) ədəd X1 (12 ay) model məhsul almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə alqısatqı müqaviləsi üzrə borclu olduğu 684,10 manat məbləğdən 59,00 manat ilkin ödəniş etmiş və onun 625,10 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixə kimi hər ay 35,00 manat olmaqla İddiaçıMMC-yə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 94,3 manat təşkil edir. Cavabdehlə aralarında olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə Satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçıMMC-yə 1. xx.xx.2023-cü il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 91,99 manat əsas borcu və 30,82 manat cərimə borcu olmaqla ümumilikdə 122,81 manat borcu vardır. 2. xx.xx.2024-cü il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 589,8 manat əsas borcu və 44,64 manat cərimə borcu olmaqla ümumilikdə 634,44 manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsələr də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, № ********** saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 379.99 manat olan 1 (Bir) ədəd QAZ SOBASİ X2 Bülbül K:440 280 KUB) model məhsulu, 0 manat ilkin ödənişlə, 11 ay müddətinə, hər ay 32 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli № ********** saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ümumi dəyəri 684.10 manat olan 1 (Bir) ədəd HONOR X8B 8/128 GB SİLVER və 1 (Bir) ədəd X1 (12 ay) model məhsulu 59 manat ilkin ödənişlə, 17 ay müddətinə, hər ay 35 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən QAZ SOBASİ MƏŞƏD DAVAM XARİ BÜLBÜL K:440 280 KUB AĞ model üçün 91.99 manat ödənilməmiş hissə, 30.82 manat cərimə borcu, ümumilikdə, 122.81 manat borc yaranmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1 (Bir) ədəd HONOR X8B 8/128 GB SİLVER və 1 (Bir) ədəd X1 (12 ay) model məhsulu üçün 589.8 mamnat əsas borc və 44.64 manat cərimə borcu olmaqla 634.44 manat borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Həmçinin, cavabdehə Şəmkir Rayon Məhkəməsi tərəfindən bildiriş göndərilmiş,cavabdeh həmin bildirişi xx.xx.2024-cü il tarixində qəbul etmişdir. AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə Azərbaycan Respublikası, Tovuz anadan olmuş və Şəmkir rayonu, Dəllər qəsəbəsi ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əşyanın alqı-satqısına dair müqaviləsinə əsasən İddiaçı MMC əşyanı 0 manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 11 ay müddətinə aylıq 32 manat ödəniş etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Həmçinin xx.xx.2024-cü il tarixli əşyanın alqı-satqısına dair müqaviləsinə əsasən İddiaçı MMC əşyanı 59 manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 17 ay müddətinə aylıq 35 manat ödəniş etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh aldığı əşyaları qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli, ********** saylı müqavilə üzrə,1 (Bir) ədəd QAZ SOBASİ X2 Bülbül K:440 280 KUB (Ağ) model məhsul üçün 91.99 manat əsas borc, 30.82 manat cərimə olmaqla, ümumilikdə 122.81 manat borcun əvəzi Cavabdeh tutularaq İddiaçıMMC-nin xeyrinə ödənilməlidir. Həmçinin, xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilə üzrə 1 (Bir) ədəd HONOR X8B 8/128 GB SİLVER və 1 (Bir) ədəd X1 (12 ay) model məhsul üçün 589.80 manat əsas borc, 44.64 manat cərimə olmaqla, ümumilikdə 634.44 manat borcun əvəzi Cavabdeh tutularaq İddiaçıMMC-nin xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6, və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh, xx.xx.2023-cü il tarixli, ********** saylı müqavilə üzrə,1 (Bir) ədəd QAZ SOBASİ X2 Bülbül K:440 280 KUB (Ağ) model məhsul üçün 91.99 (doxsan bir manat, doxsan doqquz qəpik) manat əsas borc, 30.82( otuz manat səksən iki qəpik) manat cərimə olmaqla, ümumilikdə 122.81 ( yüz iyirmi iki manat, səksən bir qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilə üzrə 1 (Bir) ədəd HONOR X8B 8/128 GB SİLVER və 1 (Bir) ədəd X1 (12 ay) model məhsul üçün 589.80 (beş yüz səksən doqquz manat, səksən qəpik) manat əsas borc, 44.64 ( qırx dörd manat, altmış dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 634.44 ( altı yüz otuz dörd manat, qırx dörd qəpik) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elekron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə) Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nazlı Heydərova