Məhkəmə qərarları › İş №e-2(076)-599/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-599/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-599/2025 02.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, “VAZ 21070” markalı, 57–BK– 322 dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il dekabrın 15-də Cavabdeh sərxoş halda idarə etdiyi “VAZ 21070” markalı, 57– BK–322 dövlət nömrə nişanlı avtomobillə Şəmkir rayonu, Düyərli kəndi ərazisindən keçən 8-ci kilometriyində yol hərəkət qaydalarını pozaraq piyada X2 vurmuşdur. Aldığı xəsarətlərdən X5 ölmüşdür. Cavabdeh hadisə yerindən yayınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-47/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə desə, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi məhkəmə hökmü ilə ilə müəyyən edilərək, təsdiqini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 8298 nömrəli ödəniş tapşırığı 5000 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. Odur ki iddianın təmin olunaraq, cavabdehdən Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 5070 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC–yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahatında bildirdi ki, baş vermiş hadisəni istəmədən törətmişdir, hazırda maddi vəziyyəti olduqca acınacaqlıdır, bunu hər kəs bilir. Odur ki qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21070” markalı, 57–BK–322 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC–də sığortalanmışdır. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-47/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinmişdir. Beləliklə, vurulmuş zərərin məhz Cavabdeh təqsirli nəticəsində baş verməsi məhkəmə hökmü ilə ilə müəyyən edilərək, təsdiqini tapmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21070” markalı, 57–BK–322 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəmkir rayonu, Düyərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində aldığı xəsarətlərdən X5 ölmüşdür. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2024–cü il tarixli, PXA 98347 saylı aktdan görünür ki, "xxxx" ASC tərəfindən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 ölümünə görə 5000 (beş min) manat sığorta ödənişinin X4 ödənilməsi müəyyən edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 8298 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 5000 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğini ödəməyi tələb edilmiş əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh "xxxx" ASC–də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və sərxoş vəziyyətdə idarə etdiyi, “VAZ 21070” markalı, 57– BK–322 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yol– nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 ölümünə səbəb olmuşdur. Zərər çəkmiş şəxsin ölümü ilə bağlı iddiaçı tərəfindən ümumilikdə 5000 manat sığorta ödənişi ödənilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə Cavabdeh təqsiri sübuta yetirilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh ümumilikdə 5000 manat sığorta ödənişi məbləği tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Odur ki məhkəmə hesab edir ki, cavabdehdən 5000 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 70 manat, ümumilikdə 5070 manat məbləğində pul vəsaiti alınıb iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC– yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 70 (yetmiş) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar