Məhkəmə qərarları › İş №e-2(076)-697/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-697/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-697/2024 31.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc tələbi barədə” iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı «Samsung» markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 74 manat olmaqla, cəmi 1330,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq sonuncu dəfə xx.xx.2023-cü il tarixində 74 manat ödəniş etmiş və qalıq qalmış 442,5 manat borcu qaytarmamışdır. xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı «Xiaomi» markalı smart saat və noutbuk aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 15 manat olmaqla, cəmi 179,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq sonuncu dəfə xx.xx.2023-cü il tarixində 15 manat ödəniş etmiş və qalıq qalmış 89,9 manat borcu qaytarmamışdır. xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı «Xiaomi» markalı smart saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 13 manat olmaqla, cəmi 149,4 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq sonuncu dəfə xx.xx.2023-cü il tarixində 13 manat ödəniş etmiş və qalıq qalmış 71,4 manat borcu qaytarmamışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Nisyə alqı-satqı müqviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 663 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi yəni 66,3 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 134 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi yəni 13,4 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 107 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi yəni 10,7 manat, İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" MMC-nə xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən borcu 442,5 manat əsas, 66,3 manat cərimə, cəmi 508,8 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 89,9 manat əsas, 13,4 manat cərimə, cəmi 103,3 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 71,4 manat əsas, 10,7 manat cərimə, cəmi 82,1 manat, ümumilikdə isə üç müqavilə üzrə 603,8 manat əsas, 90,4 manat cərimə, cəmi 694,2 manat təşkil etmişdir. Odur ki, xx.xx.2023-cü il tarixə "xxxx" MMC-nə xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən borcu 442,5 manat əsas, 66,3 manat cərimə, cəmi 508,8 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 89,9 manat əsas, 13,4 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 71,4 manat əsas, 10,7 manat cərimə, cəmi 82,1 manat, ümumilikdə isə üç müqavilə üzrə 603,8 manat əsas, 90,4 manat cərimə, cəmi 694,2 manat və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 18 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan xx.xx.20222-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsinə əsasən borclu Cavabdeh «Samsung» markalı soyuducu almış, həmin borcdan 74 manat ödəniş etmiş və qalıq qalmış 442,5 manat; xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən «Xiaomi» markalı smart saat və noutbuk aksesuarı almış həmin borcdan 15 manat ödəniş etmiş və qalıq qalmış 89,9 manat; xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən «Xiaomi» markalı smart saat almış, həmin borcdan 13 manat ödəniş etmiş və qalıq qalmış 71,4 manat borcu qaytarmamışdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 25 dekabr 2023-cü il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 442,5 manat əsas, 663 manat cərimə; xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 89,9 manat əsas, 134 manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 71,4 manat əsas, 107 manat cərimə borcu yaranmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmiş, göstərilənlər nəticəsində cavabdehin iddiaçıya iki müqavilə üzrə cəmi 694,2 manat borcu yarandığından, cavabdeh isə həmin pulu vaxtında ödəmədiyinə görə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notariat) formada bağlanır. Həmin Məcəllənin 329.3–cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 567–ci maddəsinə əsasən alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1176.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1176.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixə "xxxx" MMC-nə xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən borcu 442,5 manat əsas, 66,3 manat cərimə, cəmi 508,8 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 89,9 manat əsas, 13,4 manat cərimə, cəmi 103,3 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 71,4 manat əsas, 10,7 manat cərimə, cəmi 82,1 manat, ümumilikdə isə üç müqavilə üzrə 603,8 manat əsas, 90,4 manat cərimə, cəmi 694,2 manat məbləğində pul alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 217-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" MMC-nə xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən borcu 442,5 manat əsas, 66,3 manat cərimə, cəmi 508,8 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 89,9 manat əsas, 13,4 manat cərimə, 103,3 manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 71,4 manat əsas, 10,7 manat cərimə, cəmi 82,1 manat, ümumilikdə isə üç müqavilə üzrə 603,8 manat əsas, 90,4 manat cərimə, cəmi 694,2 manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfəq Məmmədova Azərbaycan Respublikası Şəmkir Rayon Məhkəməsi Ünvan: AZ 5700 Şəmkir şəhəri H.Əliyev pr.-2 tel: (02230)-5-74-07 17 oktyabr 2023-cü il 2 (076)-3075 "xxxx" MMC-yə Bakı şəhəri Nərimanov ray, Ə.Rəcəbli 1/9 ıqküeş: Cavabdeh Ünvan: Şəmkir rayonu, Yeni Həyat kəndi X3 17 oktyabr 2023-cü il efkşçdş 2(076)-3075/2023 ıfndg qətnaməsi ğüdqğfe cöct İşəü pbtvükşdşk. Yhjğf: Qətnamə 03 müküyü Hflşğ Şəfəq Məmmədova 17 oktyabr 2023-cü il 2 (076)- 3075 "xxxx" MMC-yə Bakı şəhəri Nərimanov ray, Ə.Rəcəbli 1/9 ıqküeş: Cavabdeh Ünvan: Şəmkir rayonu, Yeni Həyat kəndi X3 17 oktyabr 2023-cü il efkşçdş 2(076)-3075/2023 ıfndg qətnaməsi ğüdqğfe cöct İşəü pbtvükşdşk. Yhjğf: Qətnamə 03 müküyü Hflşğ Şəfəq Məmmədova İş № 2(076)–3075/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Şəmkir Rayon Məhkəməsi 17 oktyabr 2023-cü ildə Şəmkir şəhərində Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızının, İbrahimova Türkan Qulu qızının katibliyi ilə Hakim bildirir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılır. Prosessual hərəkət saat 15:15-də başlandı. İddiaçının və cavabdehin iştirakı olmadan. Hakim bildirir ki, iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 579,3 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hakim iş materiallarını nəzərdən keçirir. Bundan sonra hakim izah edir ki, qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Prosessual hərəkət saat 15:25-də qurtardı. Protokol xx.xx.2023-cü ildə tərtib olunmuşdur. HAKİM: KATİB: Şj № 2(076)-3075/2023 Ş S K F M Ü K Ü Y Ü İ Ş 17 oktyabr 2023-cü şd efkşçvü X2 Kfnht Ğürlüğüış (ğürlüğütşt efğ fvg) İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi barədə” iddiasına dair mülki (eüdüilfkgt mü sfmfivurşt fvg, ıhnfvg, fefıgtgt fvg, eüdüişt ğfrşnnüeş) şvvşfıg (eüdüiş) cəkü, işə sadələşdirilmiş icraat qaydasında baxaraq yüe uevş: şvvşf eüğşt uvşdışt. Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" MMC-nə xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən borcu 328,4 (üç yüz səksən dörd manat qırx qəpik) manat əsas, 49,2 (qırx doqquz manat iyirmi qəpik) manat cərimə, cəmi 377,6 (üç yüz yetmiş yeddi manat altmış qəpik) manat; xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 175,4 (yüz yetmiş beş manat qırx qəpik) manat əsas, 26,3 (iyirmi altı manat otuz qəpik) manat cərimə, cəmi 201,7 ( iki yüz bir manat yetmiş qəpik) manat, ümumilikdə isə iki müqavilə üzrə 503,8 (beş yüz üç manat səksən qəpik) manat əsas, 75,5 ( yetmiş beş manat əlli qəpik) manat cərimə, cəmi 579,3 ( beş yüz yetmiş doqquz manat otuz qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. (yüetfğütşt yükfk rşııüıştş vüyşy pbıeükğüdş) Yüetfğü « 10 » may 2022-si şdvü yftqtş ycmmüıştş fdğgjvgk. «Şskf ğüğqkdfkg rfyygtvf» X1 10-sq ğfvvüıştü üıfıüt şskf ğüğqkdfkgtgt bə ıüdfrşnnüedükş rcvqvqtvf şküdş ıckvcldükş eüdüidük Fəükifnsft Kuızqidşlfıg ükfəşıştvü icect aşəşlş mü rcyqyş jüçıdük cöct ğüsiqkşvşk. Şskf ğüğqkdfkgtgt bə müəşaüdükştş rünfef luöşkğül cöct eüdüi hdqtft ğüdqğfe, ıütüv mü htdfkgt ıqküedükş bvütşjışə mü ğcünnüt hdqtğqj mfçevf mukşdşk. Şskf ğüğqkdfkgtgt yftqtş eüdüidükştş nukştü nueşkğünüt, htf rümfdü uvşdğşj müəşaüdükşt şskfıgtf ğftu hdft jüçıdük yftqtmukşsşdşlvü tüəükvü eqeqdğqj yfnvfvf ğüıqdşnnüe vfjgngkdfk. İhksdqtqt fvg, fefıgtgt fvg, ıhnfvg, eümüddcvc, ctmftg, şjdüvşnş şvfkü Cavabdeh –xx.xx.1973-cü ildə Şəmkir rayonunda doğulmuş və Şəmkir rayonu, Yeni Həyat kəndi yaşayır. Eüdüilfkgt fvg, fefıgtgt fvg, ıhnfvg, eümüddcvc, ctmftg "xxxx" MMC – Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1/9 Şskf müküyüış « _____ »_______________ 2023-sü şdvü mukşdğşjvşk. Ğürlüğütşt hakimi : Ğürlüğü ğbrkctct nukş Azərbaycan Respublikası Şəmkir rayon Məhkəməsi Ünvan: AZ 5700 Şəmkir şəhəri H.Əliyev pr.-2 tel: (02230)-5-74-07 17 oktyabr 2023-cü il İş № 2(076)-3075 Jüğlşk kfnht Şskf mü Zkhifışnf Jbiüıştə X3 2(076)-3075/2023 ıfndg 17 oktyabr 2023-sü şd efkşçdş şskf müküyüış şskf uvşdğüış cöct ışəü pbtvükşdşk. Yhjğf: Şskf müküyüış « 01 » müküyü Hakim Şəfəq Məmmədova 17 oktyabr 2023-cü il İş № 2(076)-3075 Jüğlşk kfnht Şskf mü Zkhifışnf Jbiüıştə X3 2(076)-3075/2023 ıfndg 17 oktyabr 2023-sü şd efkşçdş şskf müküyüış şskf uvşdğüış cöct ışəü pbtvükşdşk. Yhjğf: Şskf müküyüış « 01 » müküyü Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar