Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-768/2025 28.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə İddiaçı, cavabdeh Şəmkir rayonu, 1 saylı notariat ofisinə qarşı (üçüncü şəxslər, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs1 cəlb edilməklə) “Mirasın qəbul edilmiş hesab edilməsi tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİM: İddiaçı, cavabdeh Şəmkir rayonu, 1 saylı notariat ofisinə qarşı (üçüncü şəxslər, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs1 cəlb edilməklə) “Mirasın qəbul edilmiş hesab edilməsi tələbi”nə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin icraatında tərəflər arasında olan 2(076)- 184/2025 nömrəli iş üzrə icraatın təzələnməsi üçün müraciət etmişdir, iş üzrə icraat təzələndikdən sonra əlaqəli işlərin birləşdirilməsi barədə vəsatətlə müraciət edəcəkdir, odur ki, hazırki işin qısa müddətə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin, üçüncü şəxslərin və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçılar Maraqlı şəxs4, Maraqlı şəxs2 cavabdehlər Şəmkır Rayon 1 Saylı Notarıat ofısınə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs1, İddiaçı, üçüncü şəxslər X1, X3, X2, X4, X5, X6, X7 qarşı “Miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, miras əmlakdan payların müəyyən edilməsi tələbi”nə dair mülki iş vardır. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli 12 nömrəli Qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 nömrəli qərarına dəyişlik edilmiş və məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 nömrəli qərarının 7.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Bu qayda cinayət işlərində mülki iddianın olması, başqa iş üzrə iddia ərizəsinə eyni tələbin daxil edilməsi hallarına da aiddir. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə məhkəmənin icraatında 2(076)-184/2025 nömrəli mülki iş olduğundan, hazırki iddiaya baxılması əsaslı sayıla bilməz. Belə ki, hazırda eyni tərəflər arasında eyni əmlak üzrə vərəsəlik münasibətlərinə dair mübahisə üzrə Şəmkir rayon məhkəməsinin icraatında digər mülki iş vardır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı, cavabdeh Şəmkir rayonu, 1 saylı notariat ofisinə qarşı (üçüncü şəxslər, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs1 cəlb edilməklə) “Mirasın qəbul edilmiş hesab edilməsi tələbi”nə dair iddiası, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Şəmkir Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı, cavabdeh Şəmkir rayonu, 1 saylı notariat ofisinə qarşı (üçüncü şəxslər, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs1 cəlb edilməklə) “Mirasın qəbul edilmiş hesab edilməsi tələbi”nə dair iddiası baxılmamış saxlansın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Tərəfə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-768/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-768/2025
28.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver