Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-922/2024 14.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakimi Məmmədova Şəfəq Ənvər qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc tələbi barədə” iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İMEİ KODU **********85034 SAMSUNG GALAXY A33 MARKALİ TELEFON, HOCO BOROFONE QULAQLİQ, AKAMİ JAM EKRAN QORUYCU, AMAZFİT BİP 3 SAAT, TRİMMER PANASONİC, SAMSUNG 25W CHARGER almış və nəticədə 1292 manat borcu yaranmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsin əsasən, alqı-satqı qiyməti 921 (doqquz yüz iyirmi bir) manat (12 ay x 76,75 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********85034 SAMSUNG GALAXY A33 MARKALİ TELEFON, HOCO BOROFONE QULAQLİQ, AKAMİ JAM EKRAN QORUYCU üçün ümumilikdə 874 (səkkiz yüz yetmiş dörd) manat olmaqla ondan 794,2 (yeddi yüz doxsan dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 79,8 (yetmiş doqquz manat səksən qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsin əsasən, alqı-satqı qiyməti 340,56 (üç yüz qırx manat əlli altı qəpik) manat (18 ay x 18,92 manat + 0 manat ilkin ödəniş) AMAZFİT BİP 3 SAAT, TRİMMER PANASONİC üçün ümumilikdə 375 (üç yüz yetmiş beş) manat olmaqla ondan 340,56 (üç yüz qırx manat əlli altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 34,44 (otuz dörd manat qırx dörd qəpik) manat; xx.xx.2022-ci il tarixli müqaviləsin əsasən, alqı-satqı qiyməti 42,96 (qırx iki manat doxsan altı qəpik) manat (12 ay x 3,58 manat + 0 manat ilkin ödəniş) SAMSUNG 25W CHARGER üçün ümumilikdə 43 (qırx üç) manat olmaqla ondan 39,36 (otuz doqquz manat otuz altı dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 3,64 (üç manat altmış dörd qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 130,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmində mübahisəsiz olaraq penya ödəyir.Cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə , qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********85034 SAMSUNG GALAXY A33 MARKALİ TELEFON, HOCO BOROFONE QULAQLİQ, AKAMİ JAM EKRAN QORUYCU üçün 794,2 (yeddi yüz doxsan dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 79,8 (yetmiş doqquz manat səksən qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsin əsasən, AMAZFİT BİP 3 SAAT, TRİMMER PANASONİC üçün 340,56 (üç yüz qırx manat əlli altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 34,44 (otuz dörd manat qırx dörd qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsin əsasən, SAMSUNG 25W CHARGER üçün 39,36 (otuz doqquz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 3,64 (üç manat altmış dörd qəpik) manat cərimə, ümumilikdə 1292 manat borc, 32,92 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 19 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 921 manat olan əşyanı (İMEİ KODU **********85034 SAMSUNG GALAXY A33 MARKALİ TELEFON, HOCO BOROFONE QULAQLİQ, AKAMİ JAM EKRAN QORUYCU) Cavabdeh 0 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 76,75 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 340,56 manat olan əşyanı (AMAZFİT BİP 3 SAAT, TRİMMER PANASONİC) Cavabdeh 0 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 18,92 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 42,96 manat olan əşyanı (SAMSUNG 25W CHARGER) Cavabdeh 0 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 3,58 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 794,2 manat ödənilməmiş məbləğ və 79,8 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-yə 340,56 manat ödənilməmiş məbləğ və 34,44 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-yə 39,36 manat ödənilməmiş məbləğ, 3,64 manat cərimə, ümumilikdə 1292 manat borcu qalmışdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 26 yanvar 2024-cü il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmiş, göstərilənlər nəticəsində cavabdehin iddiaçıya cəmi 1292 manat borcu yarandığından, cavabdeh isə həmin pulu vaxtında ödəmədiyinə görə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 567–ci maddəsinə əsasən alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən nisyə alqı-satqı müqaviləsinə görə yaranmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 794,2 manat ödənilməmiş hissə, 79,8 manat cərimə; xx.xx.2022ci il tarixli müqaviləyə əsasən 340,56 manat ödənilməmiş hissə, güzəşt olunaraq 34,44 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 39,36 manat ödənilməmiş hissə, güzəşt olunaraq 3,64 manat cərimə, ümumilikdə 1292 (bir min iki yüz doxsan iki) manat məbləğində pul alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 32,92 (otuz iki manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 794,2 manat ödənilməmiş hissə, 79,8 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 340,56 manat ödənilməmiş hissə, 34,44 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 39,36 manat ödənilməmiş hissə, 3,64 manat cərimə, ümumilikdə 1292 (bir min iki yüz doxsan iki) manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 32,92 (otuz iki manat doxsan iki qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №e-2(076)-922/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-922/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver