Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № e-2(077)-101/2022 18.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki,iddia tələbinə əsasən İddiaçı MMC iddia ərizəsinin məhkəməyə göndərilməsi üçün 37,22 manat məbləğində dövlət rüsumu ödəməlidir.Lakin iddiaçının X2 ödədiyi 13.12.2018-ci il tarixli 48814737 saylı qəbzin bu işin təyinatı üzrə ödənilmədiyi aydındır.Belə ki,dövlət rüsumu ödənilərkən iddia ərizəsinin mübahisə predmeti olan müqavilələr hələ tərəflər arasında bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə,qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd düzgün əlavə edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ondan Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(077)-101/2022
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №e-2(077)-101/2022
18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver