Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-118/2025 22.04.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X10 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4285 manat məbləğində pul vəsaitinin və 63 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 19:40-da Cavabdeh2 Bakı şəhəri, Qaradağa rayonunda Cavabdeh1 məxsus, "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Kamaz 5511 yük” markalı, **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “X15 Prado minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanl, “Toyota Prius minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı və “Kia Ceed minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmişTP6006884 nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunan qüsur aktına əsasən, “X15 Prado minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 1950 manat, “Kia Ceed minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 1935 manat və “Toyota Prius minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 400 manat təşkil etmişdir. "xxxx" ASC tərəfindən hadisə üzrə PXA153098, PXA153790 və PXA153791saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərin aradan qaldırılması üçün “X15 Prado minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1950 manat, “Kia Ceed minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1935 manat və “Toyota Prius minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat, ümumilikdə 4285 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə istinad edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4285 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 04 aprel 2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan, təqdim edilmiş sənədlər əsasında baxılmasını və iddia tələbini tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ’’Kamaz 5511 yük”markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında xx.xx.2022-ci il tarixdə X2. Hadisə baş verən zaman burada olmamışdır və hadisə ilə heç bir əlaqəsi yoxdur. Sığorta onun adına yazılsa da, həmin zaman orada olmamışdır və sığortanı X8 tələb etmişdir. X5 cavabdeh kimi tanınmasını xahiş edir. Həmçinin, Qubadlı rayonunda fermer təsərrüfatı ilə məşğul olduğunu, yol uzaq olduğundan gəlib-gedə bilmdiyini göstərmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, “Kamaz 5511 yük” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə etmiş və hadisə törətmişdir. Hadisə olan zaman ’’Kamaz 5511 yük”markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etsə də, qabaq maşında həmin avtomobilin etibarnamə üzrə sahibi X8 olmuşdur. Hadisə yerinə "xxxx" ASC-nin nümayəndələrini X8 çağırmışdır. Cavabdeh qismində göstərilən Cavabdeh1 tanımır. Maşını ona X8 idarə etmək üçün vermişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 izahatında göstərmişdir ki, “Kamaz 5511 yük”markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında xx.xx.2022-ci il tarixdə Cavabdeh1 almışdır. Həmin avtomobili sürmək üçün Cavabdeh2 vermişdir. Hadisə zamanı özü də həmin avtomobilin qarşışındakı digər avtomaşında olmuşdur. Ona görə də, Cavabdeh2 etibarnamə verməmişdir. Cavabdeh1 hadisə yerində olmamışdır və onun bu işlə heç bir əlaqəsi yoxdur. Hadisə yerinə "xxxx" ASC-nin nümayəndələrini özü çağırmışdır. Hadisə yerinin görüntüsü DYP idarəsində vardır. “Kamaz 5511 yük”markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili artıq öz adına keçirmişdir. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan PXA********** saylı İcbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 məxsus “Kamaz 5511 yük” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, saat 19:40-da “Kamaz 5511 yük” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19:40-da Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonunda Cavabdeh1 məxsus “Kamaz 5511 yük” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “X15 Prado minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı və “Kia Ceed minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Dəymiş zərərin hesablanmasına dair” aktın surətindən görünür ki, “X15 Prado minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 1950 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Kia Ceed minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 1935 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Toyota Prius minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 400 manat təşkil etmişdir. İş materiallarında olan PXA153098, PXA153790 və PXA153791 saylı sığorta aktlarının, surətindən görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkənlərə, “X15 Prado minik” markalı, **-OS- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1950 manat, “Kia Ceed minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1935 manat və “Toyota Prius minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 400 manat, ümumilikdə 4285 manat məbləğində sığorta ödənişinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “X15 Prado minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə zərərçəkən X7 1950 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “Kia Ceed minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1935 manat məbləğində sığorta ödənişinin alınması üçün zərərçəkən X9 plastik kart verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “Toyota Prius minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 400 manat məbləğində sığorta ödənişinin alınması üçün zərərçəkən X6 plastik kart verilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyət hüququ əsasında ona məxsus olan “Kamaz 5511 yük” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında X1 və istifadəsinə vermişdir. Sonuncu öz növbəsində qeyd olunan nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə olmadan, öz razılığı ilə Cavabdeh2 vermişdir. xx.xx.2023-cü il tarixdə, saat 19:40-da Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonunda “Kamaz 5511 yük” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “X15 Prado minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı və “Kia Ceed minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən “X15 Prado minik” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1950 manat, “Kia Ceed minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1935 manat və “Toyota Prius minik” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 400 manat, ümumilikdə 4285 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə istinad edərək cavabdehlərdən müştərək qaydada 4285 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, baxılan iş üzrə iddia subroqasiya qaydasında pul tələbi barədədir. İddia tələbinin qanuni əsasını isə “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsi maddəsi təşkil edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Məlum olduğu kimi, Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqazidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Qeyd olunmalıdır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib etməsi tələb olunmur. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Baxılan iş üzrə “Kamaz 5511 yük” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qanuni şəkildə sahiblik edən X3 razılığı ilə Cavabdeh2 tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Həmin normaya görə, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmamasının sığorta münasibətləri baxımından şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas verməməsi ilə bağlı hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-668/2024 saylı və xx.xx.2024cü il tarixli, 2(102)-3399/2024 saylı Qərarlarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin məzmununa əsasən iddiaçı öz maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə müdafiəsi hüququ öz təbiət etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin movcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələsi araşdırılmalıdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin hazırkı halda avtomaşının mülkiyyətçisi olmuş Cavabdeh1 və hadisə zamanı avtomaşını idarə etmiş Cavabdeh2 ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ (subroqasiya hüququ) yaranmamışdır. Ona görə də, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4285 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Ödənilmiş 63 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(077)-118/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-118/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver