Məhkəmə qərarları › İş №e-2(077)-120/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-120/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-120/2022 19.05.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia qaldıraraq,"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1) 29 mart 2020-ci il tarixli 20208161 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********43559 olan “İphone11 Pro” markalı telefon üçün 2036,40 (iki min otuz altı manat qırx qəpik) manat ödənilməmiş hissə,608,60 (altı yüz səkkiz manat altmış qəpik) manat dəbbə, 2) 07 yanvar 2020-ci il tarixli 20017993 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “LG Led Tv” markalı televizor üçün 808 (səkkiz yüz səkkiz) manat ödənilməmiş hissə,243 (iki yüz qırx üç) manat dəbbə, 3) 07 may 2020-ci il tarixli 20264601 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı soyuducu üçün 1400 (bir min dörd yüz) manat məbləğində ödənilməmiş hissə,421 (dörd yüz iyirmi bir) manat dəbbə, 4) 28 dekabr 2019-cu il tarixli 01167103 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********53860 olan “X5 8” markalı telefon üçün 325 (üç yüz iyirmi beş) manat məbləğində ödənilməmiş hissə,92 (doxsan iki) manat dəbbə pulu olmaqla,cəmi 5934 (beş min doqquz yüz otuz dörd) manat və ödənilmiş 79,34 (yetmiş doqquz manat otuz dörd qəpik) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 mart 2020-ci il tarixli 20208161 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İMEİ kodu **********43559 olan “İphone11 Pro” markalı telefonu almış,nəticədə 2036,40 manat ödənilməmiş borc və 608,60 manat dəbbə borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 880 manat təşkil edir. Tərəflər arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli 20017993 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh “LG Led Tv” markalı televizor almış,nəticədə 808 manat ödənilməmiş borc və 243 manat dəbbə borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 164 manat təşkil edir. Tərəflər arasında bağlanmış 07 may 2020-ci il tarixli 20264601 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh “Samsung” markalı soyuducu almış,nəticədə 1400 manat ödənilməmiş borc və 421 manat dəbbə borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 90 manat təşkil edir. Tərəflər arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli 01167103 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh İMEİ kodu **********53860 olan “X5 8” markalı telefonu almış,nəticədə 325 manat ödənilməmiş borc və 92 manat dəbbə borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 204,20 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki,cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı,həmçinin göndərdikləri 05.01.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması,onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə,qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini,məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri,sübutları,işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 mart 2020-ci il tarixli 20208161 saylı nisyə alqı-satqı müqaviləsindən,ödəniş cədvəlindən və əşyaların təhviltəslim aktından görünür ki,qiyməti 2916,40 manat olan “İphone11 Pro” markalı telefon alıcının istifadəsinə verilmiş, alıcı ilkin olaraq 880 manat ödəməklə,alınan əşyanın dəyərini 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 169,70 manat olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli 20017993 saylı nisyə alqı-satqı müqaviləsindən,ödəniş cədvəlindən və əşyaların təhviltəslim aktından görünür ki,qiyməti 972 manat olan “LG Led Tv” markalı televizor alıcının istifadəsinə verilmiş, alıcı alınan əşyanın dəyərini 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 54 manat olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2020-ci il tarixli 20264601 saylı nisyə alqı-satqı müqaviləsindən,ödəniş cədvəlindən və əşyaların təhviltəslim aktından görünür ki,qiyməti 1490 manat olan “Samsung” markalı soyuducu alıcının istifadəsinə verilmiş,alıcı ilkin olaraq 86 manat ödəməklə, alınan əşyanın dəyərini 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 78 manat olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. - iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli 01167103 saylı nisyə alqı-satqı müqaviləsindən,ödəniş cədvəlindən və əşyaların təhviltəslim aktından görünür ki,qiyməti 529,20 manat olan “X5 8” markalı telefon alıcının istifadəsinə verilmiş, alıcı alınan əşyanın dəyərini 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 44,10 manat olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş 05.01.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,Cavabdeh borcunun ödənilməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq edilmişdir. - "xxxx" MMC-nin 16.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh "xxxx" MMC-yə bağlamış olduğu 1) 29 mart 2020-ci il tarixli 20208161 saylı müqavilə üzrə 2036,40 manat ödənilməmiş borc,608,60 manat dəbbə, 2) 07 yanvar 2020-ci il tarixli 20017993 saylı müqavilə üzrə 808 manat ödənilməmiş borc,243 manat dəbbə, 3) 07 may 2020-ci il tarixli 20264601 saylı müqavilə üzrə 1400 manat ödənilməmiş borc,421 manat dəbbə, 4) 28 dekabr 2019-cu il tarixli 01167103 saylı müqavilə üzrə 325 manat ödənilməmiş borc,92 manat dəbbə borcu olmaqla,cəmi 5934 manat borcu vardır. - 17.02.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 79,34 manat dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki,29 mart 2020-ci il tarixli 20208161 saylı müqavilə üzrə hesablanmış 608,60 manat cərimənin məbləği azaldılmalı və 60 manat,07 yanvar 2020-ci il tarixli 20017993 saylı müqavilə üzrə hesablanmış 243 manat cərimənin məbləği azaldılmalı və 24 manat,07 may 2020-ci il tarixli 20264601 saylı müqavilə üzrə hesablanmış 421 manat cərimənin məbləği azaldılmalı və 42 manat,28 dekabr 2019-cu il tarixli 01167103 saylı müqavilə üzrə hesablanmış 325 manat cərimənin məbləği azaldılmalı və 32 manat olaraq müəyyən edilməlidir. Beləliklə,məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq,cavabdeh həmin müqavilələr ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən cavabdeh X1 1) 29 mart 2020-ci il tarixli 20208161 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2036,40 manat məbləğində ödənilməmiş hissə,60 manat cərimə 2) 07 yanvar 2020-ci il tarixli 20017993 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 808 manat məbləğində ödənilməmiş hissə,24 manat cərimə 3) 07 may 2020-ci il tarixli 20264601 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 1400 manat məbləğində ödənilməmiş hissə,42 manat cərimə 4) 28 dekabr 2019-cu il tarixli 01167103 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 325 manat məbləğində ödənilməmiş hissə,32 manat cərimə olmaqla,ümumilikdə 4727,40 manat pul alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu üçün 79,34 manatın 50 manat hissəsi də cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1) 29 mart 2020-ci il tarixli 20208161 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********43559 olan “İphone11 Pro” markalı telefon üçün 2036,40 (iki min otuz altı manat qırx qəpik) manat ödənilməmiş hissə,60 (altmış) manat dəbbə, 2) 07 yanvar 2020-ci il tarixli 20017993 saylı nisyə alqısatqı müqaviləsinə əsasən “LG Led Tv” markalı televizor üçün 808 (səkkiz yüz səkkiz) manat ödənilməmiş hissə,24 (iyirmi dörd) manat dəbbə, 3) 07 may 2020-ci il tarixli 20264601 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı soyuducu üçün 1400 (bir min dörd yüz) manat məbləğində ödənilməmiş hissə,42 (qırx iki) manat dəbbə, 4) 28 dekabr 2019-cu il tarixli 01167103 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********53860 olan “X5 8” markalı telefon üçün 325 (üç yüz iyirmi beş) manat məbləğində ödənilməmiş hissə,32 (otuz iki) manat dəbbə pulu olmaqla,cəmi 4727,40 (dörd min yeddi yüz iyirmi yeddi manat qırx qəpik) manat borc və ödənilmiş 50 (əlli) manat dövlət dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar