Məhkəmə qərarları › İş №e-2(077)-134/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-134/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-134/2022 15.04.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh 05.08.2020-ci il tarixli 21055638 saylı müqaviləyə əsasən 86,4 (səksən altı manat qırx qəpik) manat ödənilməmiş borc,8,6 (səkkiz manat altmış qəpik) manat cərimə borcu, 05.08.2020-ci il tarixli 21055554 saylı müqaviləyə əsasən 660 (altı yüz altmış) manat ödənilməmiş borc,66 (altmış altı) manat cərimə borcu, 14.03.2020-ci il tarixli 20175726 saylı müqaviləyə əsasən 47 (qırx yeddi) manat ödənilməmiş borc,4 (dörd) manat cərimə borcu, 01.03.2020-ci il tarixli 20137829 saylı müqaviləyə əsasən 20 (iyirmi) manat ödənilməmiş borc,2 (iki) manat cərimə borcu olmaqla ümumilikdə 894 (səkkiz yüz doxsan dörd) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki,tərəflər arasında bağlanmış 05.08.2020-ci il tarixli 21055638 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 86,4 manat olan “Logitech” markalı səs ucaldanı almış və nəticədə 86,4 manat borc yaranmışdır.Cavabdeh müqavilə üzrə ödəniş aparmamışdır. Tərəflər arasında bağlanmış 05.08.2020-ci il tarixli 21055554 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 660 manat olan İMEİ kodu **********63870 nömrəli “X3 9” markalı telefonu almış və nəticədə 726 manat borc yaranmışdır.Cavabdeh müqavilə üzrə ödəniş aparmamışdır. Tərəflər arasında bağlanmış 14.03.2020-ci il tarixli 20175726 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 140,4 manat olan “Xiaomi Mi band 4” markalı saat və “Xiaomi Redmi” markalı qulaqcıq almış və nəticədə 51 manat borc yaranmışdır.Cavabdeh müqavilə üzrə 93,4 manat ödəniş aparmışdır. Tərəflər arasında bağlanmış 01.03.2020-ci il tarixli 20137829 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 60 manat olan “Xiaomi Redmi” markalı qulaqcıq almış və nəticədə 22 manat borc yaranmışdır.Cavabdeh müqavilə üzrə 40 manat ödəniş aparmışdır. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Ona görə də, 05.08.2020-ci il tarixli 21055638 saylı müqaviləyə əsasən 86,4 manat ödənilməmiş borc,8,6 manat cərimə borcu, 05.08.2020-ci il tarixli 21055554 saylı müqaviləyə əsasən 660 manat ödənilməmiş borc,66 manat cərimə borcu, 14.03.2020-ci il tarixli 20175726 saylı müqaviləyə əsasən 47 manat ödənilməmiş borc,4 manat cərimə borcu, 01.03.2020-ci il tarixli 20137829 saylı müqaviləyə əsasən 20 manat ödənilməmiş borc,2 manat cərimə borcu olmaqla ümumilikdə 894 manat borc və 30 manat dövlət rüsumu əsaslı olduğundan təmin edilməli, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 05.08.2020-ci il tarixli 21055638 saylı müqaviləyə əsasən 86,4 (səksən altı manat qırx qəpik) manat ödənilməmiş borc,8,6 (səkkiz manat altmış qəpik) manat cərimə borcu, 05.08.2020-ci il tarixli 21055554 saylı müqaviləyə əsasən 660 (altı yüz altmış) manat ödənilməmiş borc,66 (altmış altı) manat cərimə borcu, 14.03.2020-ci il tarixli 20175726 saylı müqaviləyə əsasən 47 (qırx yeddi) manat ödənilməmiş borc,4 (dörd) manat cərimə borcu, 01.03.2020-ci il tarixli 20137829 saylı müqaviləyə əsasən 20 (iyirmi) manat ödənilməmiş borc,2 (iki) manat cərimə borcu olmaqla ümumilikdə 894 (səkkiz yüz doxsan dörd) manat borc və 30 (otuz) məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar