Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-151/2023 28.04.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli 20373767 saylı müqaviləyə əsasən 124,70 manat ödənilməmiş hissə, 12,30 manat cərimə olmaqla, cəmi 137 manat, xx.xx.2020-ci il tarixli 20304327 saylı müqaviləyə əsasən 169 manat ödənilməmiş hissə, 16 manat cərimə olmaqla, cəmi 185 manat, xx.xx.2020-ci il tarixli 22022432 saylı müqaviləyə əsasən 370,80 manat ödənilməmiş hissə, 37,20 manat cərimə olmaqla, cəmi 408 manat, ümumilikdə 730 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20373767 saylı müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 275,40 manat (12 ay x 20,70 manat + 27 manat ilkin ödəniş), İMEİ kodu **********95218 olan “Samsung Galaxy J2 core 2020” markalı telefon, xx.xx.2020-ci il tarixli 20304327 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 358,80 manat (12 ay x 29,90 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********95492 olan “Samsung Galaxy A01” markalı telefon, xx.xx.2020-ci il tarixli 22022432 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 418,80 manat (12 ay x 34,90 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********42360 olan “Samsung Galaxy A10S” markalı telefon almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 388,50 manat təşkil edir. Nəticədə xx.xx.2020-ci il tarixli 20373767 saylı müqaviləyə əsasən 124,70 manat ödənilməmiş hissə, 12,30 manat cərimə olmaqla, cəmi 137 manat, xx.xx.2020-ci il tarixli 20304327 saylı müqaviləyə əsasən 169 manat ödənilməmiş hissə, 16 manat cərimə olmaqla, cəmi 185 manat, xx.xx.2020-ci il tarixli 22022432 saylı müqaviləyə əsasən 370,80 manat ödənilməmiş hissə, 37,20 manat cərimə olmaqla, cəmi 408 manat, ümumilikdə 730 manat borcu yaranmışdır. Cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış: xx.xx.2020-ci il tarixli 20373767 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh alqısatqı qiyməti 275,40 manat (12 ay x 20,70 manat + 27 manat ilkin ödəniş), İMEİ kodu **********95218 olan “Samsung Galaxy J2 core 2020” markalı telefon; xx.xx.2020-ci il tarixli 20304327 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh alqısatqı qiyməti 358,80 manat (12 ay x 29,90 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********95492 olan “Samsung Galaxy A01” markalı telefon; xx.xx.2020-ci il tarixli 22022432 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh alqısatqı qiyməti 418,80 manat (12 ay x 34,90 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********42360 olan “Samsung Galaxy A10S” markalı telefon almışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2020-ci il tarixli 20373767 saylı müqaviləyə əsasən 124,70 manat ödənilməmiş hissə, 12,30 manat cərimə olmaqla, cəmi 137 manat, xx.xx.2020-ci il tarixli 20304327 saylı müqaviləyə əsasən 169 manat ödənilməmiş hissə, 16 manat cərimə olmaqla, cəmi 185 manat, xx.xx.2020-ci il tarixli 22022432 saylı müqaviləyə əsasən 370,80 manat ödənilməmiş hissə, 37,20 manat cərimə olmaqla, cəmi 408 manat, ümumilikdə 730 manat borcu vardır. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 20373767 saylı müqaviləyə əsasən 124,70 manat ödənilməmiş hissə, 12,30 manat cərimə olmaqla, cəmi 137 manat, xx.xx.2020-ci il tarixli 20304327 saylı müqaviləyə əsasən 169 manat ödənilməmiş hissə, 16 manat cərimə olmaqla, cəmi 185 manat, xx.xx.2020-ci il tarixli 22022432 saylı müqaviləyə əsasən 370,80 manat ödənilməmiş hissə, 37,20 manat cərimə olmaqla, cəmi 408 manat, ümumilikdə 730 (yeddi yüz otuz) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-151/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-151/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver