Məhkəmə qərarları › İş №e-2(077)-155/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-155/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-155/2022 04.05.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh 02.04.2020-ci il tarixli 20210458 saylı müqaviləyə əsasən 258 (iki yüz əlli səkkiz) manat ödənilməmiş hissə,25 (iyirmi beş) manat cərimə borcu, 02.04.2020-ci il tarixli 20210449 saylı müqaviləyə əsasən 229 (iki yüz iyirmi doqquz) manat ödənilməmiş hissə,22 (iyirmi iki) manat cərimə borcu, 18.02.2020-ci il tarixli 20112120 saylı müqaviləyə əsasən 106 (bir yüz altı) manat ödənilməmiş hissə, 10 (bir on) manat cərimə borcu olmaqla,ümumilikdə 650 (altı yüz əlli) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,427.3,442,445, 468,741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 02.04.2020-ci il tarixli 20210458 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 400,6 manat olan “BOSCH” markalı ətçəkən almış və nəticədə 283 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 142,6 manat təşkil edir. Tərəflər arasında bağlanmış 02.04.2020-ci il tarixli 20210449 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 578,8 manat olan İMEİ kodu **********12808 olan “Huawei Y9 prime” markalı telefon almış və nəticədə 251 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 349.8 manat təşkil edir. Tərəflər arasında bağlanmış 18.02.2020-ci il tarixli 20112120 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 320,4 manat olan “Gorenje” markalı izqara və “Philips” markalı mikser almış və nəticədə 116 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 214,4 manat təşkil edir Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 02.04.2020-ci il tarixli 20210458 saylı müqaviləyə əsasən 258 manat ödənilməmiş hissə,25 manat cərimə borcu,02.04.2020-ci il tarixli 20210449 saylı müqaviləyə əsasən 229 manat ödənilməmiş hissə, 22 manat cərimə borcu, 18.02.2020-ci il tarixli 20112120 saylı müqaviləyə əsasən 106 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla,ümumilikdə 650 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02.04.2020-ci il tarixli 20210458 saylı müqaviləyə əsasən 258 (iki yüz əlli səkkiz) manat ödənilməmiş borc,25 (iyirmi beş) manat cərimə borcu, 02.04.2020-ci il tarixli 20210449 saylı müqaviləyə əsasən 229 (iki yüz iyirmi doqquz) manat ödənilməmiş borc, 22 (iyirmi iki) manat cərimə borcu, 18.02.2020-ci il tarixli 20112120 saylı müqaviləyə əsasən 106 (bir yüz altı) manat ödənilməmiş borc, 10 (bir on) manat cərimə borcu olmaqla,ümumilikdə 650 (altı yüz əlli) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar