Məhkəmə qərarları › İş №e-2(077)-172/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-172/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-172/2024 21.05.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli 03115382 saylı müqaviləyə əsasən 3627 manat ödənilməmiş hissə, 634,20 manat cərimə olmaqla, cəmi 4261,20 manat, xx.xx.2023-cü il tarixli 03013670 saylı müqaviləyə əsasən 2526,16 manat ödənilməmiş hissə, 504 manat cərimə olmaqla, cəmi 3030,16 manat, xx.xx.2023-cü il tarixli 03244764 saylı müqaviləyə əsasən 2146 manat ödənilməmiş hissə, 642,60 manat cərimə olmaqla, cəmi 2788,60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 2101,48 manat ödənilməmiş hissə, 628,80 manat cərimə olmaqla, cəmi 2730,28 manat, xx.xx.2023-cü il tarixli 18661819 saylı müqaviləyə əsasən 1954 manat ödənilməmiş hissə, 585,60 manat cərimə olmaqla, cəmi 2539,60 manat, xx.xx.2022-ci il tarixli 03332748 saylı müqaviləyə əsasən 1619,96 manat ödənilməmiş hissə, 324,20 manat cərimə olmaqla, cəmi 1944,16 manat, ümumilikdə 17294 manat borcun və 141,88 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03115382 saylı müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 3627 manat (12 ay x 302,25 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********68126 olan “İphone 14 Pro” markalı telefon, xx.xx.2023-cü il tarixli 03013670 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 4491,16 manat (18 ay x 210,62 manat + 700 manat ilkin ödəniş), İMEİ kodu **********63839 olan “Samsung Galaxy S23 Ultra” markalı telefon, “Samsung” markalı charger, “Samsung” markalı qol saatı, xx.xx.2023-cü il tarixli 03244764 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 3681 manat (12 ay x 306,75 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********70952 olan “İphone 14 Pro” markalı telefon, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 4731,48 manat (18 ay x 262,86 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********60343 olan “İphone 14 Pro” markalı telefon, xx.xx.2023-cü il tarixli 18661819 saylı müqaviləyə əsasən , alqı-satqı qiyməti 2934 manat (12 ay x 244,50 manat + 0 manat ilkin ödəniş) olan “X5” markalı qol saatı, xx.xx.2022-ci il tarixli 03332748 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 3240,96 manat (24 ay x 135,04 manat + 0 manat ilkin ödəniş) olan “HP” markalı kompüter, Wındows 11 Home almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 8731 manat təşkil edir. Nəticədə xx.xx.2023-cü il tarixli 03115382 saylı müqaviləyə əsasən 3627 manat ödənilməmiş hissə, 634,20 manat cərimə olmaqla, cəmi 4261,20 manat, xx.xx.2023-cü il tarixli 03013670 saylı müqaviləyə əsasən 2526,16 manat ödənilməmiş hissə, 504 manat cərimə olmaqla, cəmi 3030,16 manat, xx.xx.2023-cü il tarixli 03244764 saylı müqaviləyə əsasən 2146 manat ödənilməmiş hissə, 642,60 manat cərimə olmaqla, cəmi 2788,60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 2101,48 manat ödənilməmiş hissə, 628,80 manat cərimə olmaqla, cəmi 2730,28 manat, xx.xx.2023-cü il tarixli 18661819 saylı müqaviləyə əsasən 1954 manat ödənilməmiş hissə, 585,60 manat cərimə olmaqla, cəmi 2539,60 manat, xx.xx.2022-ci il tarixli 03332748 saylı müqaviləyə əsasən 1619,96 manat ödənilməmiş hissə, 324,20 manat cərimə olmaqla, cəmi 1944,16 manat, ümumilikdə 17294 manat borcu yaranmışdır. Cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilə şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03115382 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 3627 manat (12 ay x 302,25 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********68126 olan “İphone 14 Pro” markalı telefon almışdır.

2. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03013670 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 4491,16 manat (18 ay x 210,62 manat + 700 manat ilkin ödəniş), İMEİ kodu **********63839 olan “Samsung Galaxy S23 Ultra” markalı telefon, “Samsung” markalı charger, “Samsung” markalı qol saatı almışdır.

3. "xxxx" MMC ilə Cavabdehn arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03244764 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 3681 manat (12 ay x 306,75 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********70952 olan “İphone 14 Pro” markalı telefon almışdır.

4. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 4731,48 manat (18 ay x 262,86 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********60343 olan “İphone 14 Pro” markalı telefon almışdır.

5. "xxxx" MMC ilə Cavabdehn arasında bağlanmış xx.xx.2023-cü il tarixli 18661819 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 2934 manat (12 ay x 244,50 manat + 0 manat ilkin ödəniş) olan “X5” markalı qol saatı almışdır.

6. "xxxx" MMC ilə Cavabdehn arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03332748 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 3240,96 manat (24 ay x 135,04 manat + 0 manat ilkin ödəniş) olan “HP” markalı kompüter, Wındows 11 Home almışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 03115382 saylı müqaviləyə əsasən 3627 manat ödənilməmiş hissə, 634,20 manat cərimə olmaqla, cəmi 4261,20 manat, xx.xx.2023-cü il tarixli 03013670 saylı müqaviləyə əsasən 2526,16 manat ödənilməmiş hissə, 504 manat cərimə olmaqla, cəmi 3030,16 manat, xx.xx.2023-cü il tarixli 03244764 saylı müqaviləyə əsasən 2146 manat ödənilməmiş hissə, 642,60 manat cərimə olmaqla, cəmi 2788,60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 2101,48 manat ödənilməmiş hissə, 628,80 manat cərimə olmaqla, cəmi 2730,28 manat, xx.xx.2023-cü il tarixli 18661819 saylı müqaviləyə əsasən 1954 manat ödənilməmiş hissə, 585,60 manat cərimə olmaqla, cəmi 2539,60 manat, xx.xx.2022-ci il tarixli 03332748 saylı müqaviləyə əsasən 1619,96 manat ödənilməmiş hissə, 324,20 manat cərimə olmaqla, cəmi 1944,16 manat, ümumilikdə 17294 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 141,88 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli 03115382 saylı müqaviləyə əsasən 3627 manat, xx.xx.2023-cü il tarixli 03013670 saylı müqaviləyə əsasən 2526,16 manat, xx.xx.2023-cü il tarixli 03244764 saylı müqaviləyə əsasən 2146 manat, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 2101,48 manat, xx.xx.2023-cü il tarixli 18661819 saylı müqaviləyə əsasən 1954 manat, xx.xx.2022-ci il tarixli 03332748 saylı müqaviləyə əsasən 1619,96 manat ödənilməmiş hissə borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan penya xx.xx.2023-cü il tarixli 03115382 saylı müqaviləyə əsasən 134,20 manat, xx.xx.2023-cü il tarixli 03013670 saylı müqaviləyə əsasən 104 manat, xx.xx.2023-cü il tarixli 03244764 saylı müqaviləyə əsasən 142,60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 128,80 manat, xx.xx.2023-cü il tarixli 18661819 saylı müqaviləyə əsasən 185,60 manat, xx.xx.2022-ci il tarixli 03332748 saylı müqaviləyə əsasən 124,20 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 85 faiz həcmində təmin edildiyinə görə 141,88 manat dövlət rüsumunun 120,60 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 03115382 saylı müqaviləyə əsasən 3627 manat ödənilməmiş hissə, 134,20 manat cərimə olmaqla, cəmi 3761,20 (üç min yeddi yüz altmış bir manat 20 qəpik) manat, xx.xx.2023-cü il tarixli 03013670 saylı müqaviləyə əsasən 2526,16 manat ödənilməmiş hissə, 104 manat cərimə olmaqla, cəmi 2630,16 (iki min altı yüz otuz manat 16 qəpik) manat, xx.xx.2023-cü il tarixli 03244764 saylı müqaviləyə əsasən 2146 manat ödənilməmiş hissə, 142,60 manat cərimə olmaqla, cəmi 2288,60 (iki min iki yüz səksən səkkiz manat 60 qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 2101,48 manat ödənilməmiş hissə, 128,80 manat cərimə olmaqla, cəmi 2230,28 (iki min iki yüz otuz manat 28 qəpik) manat, xx.xx.2023-cü il tarixli 18661819 saylı müqaviləyə əsasən 1954 manat ödənilməmiş hissə, 185,60 manat cərimə olmaqla, cəmi 2139,60 (iki min bir yüz otuz doqquz manat 60 qəpik) manat, xx.xx.2022-ci il tarixli 03332748 saylı müqaviləyə əsasən 1619,96 manat ödənilməmiş hissə, 124,20 manat cərimə olmaqla, cəmi 1744,16 (bir min yeddi yüz qırx dörd manat 16 qəpik) manat, ümumilikdə 14794 (on dörd min yeddi yüz doxsan dörd) manat borc və ödənilmiş dövlət rüsumunun 120,60 (bir yüz iyirmi manat 60 qəpik) manat hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar