Məhkəmə qərarları › İş №e-2(077)-173/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-173/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-173/2024 17.05.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli 03915898 saylı müqaviləyə əsasən 874,46 manat ödənilməmiş hissə, 87,54 manat cərimə olmaqla, cəmi 962 manat, xx.xx.2023-cü il tarixli 03915006 saylı müqaviləyə əsasən 493,66 manat ödənilməmiş hissə, 49,34 manat cərimə olmaqla, cəmi 543 manat, xx.xx.2022-ci il tarixli 03952924 saylı müqaviləyə əsasən 217,49 manat ödənilməmiş hissə, 21,51 manat cərimə olmaqla, cəmi 239 manat, xx.xx.2022-ci il tarixli 13722929 saylı müqaviləyə əsasən 165,34 manat ödənilməmiş hissə, 16,66 manat cərimə olmaqla, cəmi 182 manat, xx.xx.2023-cü il tarixli 03953835 saylı müqaviləyə əsasən 156,24 manat ödənilməmiş hissə, 15,76 manat cərimə olmaqla, cəmi 172 manat, ümumilikdə 2098 manat borcun və 40,98 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03915898 saylı müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 1017,54 manat (18 ay x 56,53 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********82226 olan “Samsung Galaxy A24” markalı telefon, “Samsung” charger, 2 ədəd vinil şəffaf, xx.xx.2023-cü il tarixli 03915006 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 684,64 manat (18 ay x 37,98 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann” markalı mini soba, “X3 2” markalı qol saatı, xx.xx.2022-ci il tarixli 03952924 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 563,94 manat (18 ay x 31,33 manat + 0 manat ilkin ödəniş) olan “Bosch” markalı tozsoran, “Philips” markalı ütü, xx.xx.2022-ci il tarixli 13722929 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 428,08 manat (18 ay x 23,78 manat + 0 manat ilkin ödəniş) olan “Huaweı Freebuds” markalı qulaqlıq, xx.xx.2023-cü il tarixli 03953835 saylı müqaviləyə əsasən , alqı-satqı qiyməti 312,48 manat (18 ay x 17,36 manat + 0 manat ilkin ödəniş) olan “Kıeslect Callıng” markalı qol saatı almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1099,45 manat təşkil edir. Nəticədə xx.xx.2023-cü il tarixli 03915898 saylı müqaviləyə əsasən 874,46 manat ödənilməmiş hissə, 87,54 manat cərimə olmaqla, cəmi 962 manat, xx.xx.2023-cü il tarixli 03915006 saylı müqaviləyə əsasən 493,66 manat ödənilməmiş hissə, 49,34 manat cərimə olmaqla, cəmi 543 manat, xx.xx.2022-ci il tarixli 03952924 saylı müqaviləyə əsasən 217,49 manat ödənilməmiş hissə, 21,51 manat cərimə olmaqla, cəmi 239 manat, xx.xx.2022-ci il tarixli 13722929 saylı müqaviləyə əsasən 165,34 manat ödənilməmiş hissə, 16,66 manat cərimə olmaqla, cəmi 182 manat, xx.xx.2023-cü il tarixli 03953835 saylı müqaviləyə əsasən 156,24 manat ödənilməmiş hissə, 15,76 manat cərimə olmaqla, cəmi 172 manat, ümumilikdə 2098 manat borcu yaranmışdır. Cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilə şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03915898 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 1017,54 manat (18 ay x 56,53 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********82226 olan “Samsung Galaxy A24” markalı telefon, “Samsung” charger, 2 ədəd vinil şəffaf almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03915006 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 684,64 manat (18 ay x 37,98 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann” markalı mini soba, “X3 2” markalı qol saatı almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03952924 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 563,94 manat (18 ay x 31,33 manat + 0 manat ilkin ödəniş) olan “Bosch” markalı tozsoran, “Philips” markalı ütü almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 13722929 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 428,08 manat (18 ay x 23,78 manat + 0 manat ilkin ödəniş) olan “Huawei Freebuds” markalı qulaqlıq almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03953835 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 312,48 manat (18 ay x 17,36 manat + 0 manat ilkin ödəniş) olan “Kıeslect Callıng” markalı qol saatı almışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 03915898 saylı müqaviləyə əsasən 874,46 manat ödənilməmiş hissə, 87,54 manat cərimə olmaqla, cəmi 962 manat, xx.xx.2023-cü il tarixli 03915006 saylı müqaviləyə əsasən 493,66 manat ödənilməmiş hissə, 49,34 manat cərimə olmaqla, cəmi 543 manat, xx.xx.2022-ci il tarixli 03952924 saylı müqaviləyə əsasən 217,49 manat ödənilməmiş hissə, 21,51 manat cərimə olmaqla, cəmi 239 manat, xx.xx.2022-ci il tarixli 13722929 saylı müqaviləyə əsasən 165,34 manat ödənilməmiş hissə, 16,66 manat cərimə olmaqla, cəmi 182 manat, xx.xx.2023-cü il tarixli 03953835 saylı müqaviləyə əsasən 156,24 manat ödənilməmiş hissə, 15,76 manat cərimə olmaqla, cəmi 172 manat, ümumilikdə 2098 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 40,98 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli 03915898 saylı müqaviləyə əsasən 874,46 manat, xx.xx.2023-cü il tarixli 03915006 saylı müqaviləyə əsasən 493,66 manat, xx.xx.2022-ci il tarixli 03952924 saylı müqaviləyə əsasən 217,49 manat, xx.xx.2022-ci il tarixli 13722929 saylı müqaviləyə əsasən 165,34 manat, xx.xx.2023-cü il tarixli 03953835 saylı müqaviləyə əsasən 156,24 manat ödənilməmiş hissə borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan penya xx.xx.2023-cü il tarixli 03915898 saylı müqaviləyə əsasən 47,54 manat, xx.xx.2023-cü il tarixli 03915006 saylı müqaviləyə əsasən 19,34 manat, xx.xx.2022-ci il tarixli 03952924 saylı müqaviləyə əsasən 11,51 manat, xx.xx.2022-ci il tarixli 13722929 saylı müqaviləyə əsasən 6,66 manat və xx.xx.2023-cü il tarixli 03953835 saylı müqaviləyə əsasən 5,76 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 95 faiz həcmində təmin edildiyinə görə 40,98 manat dövlət rüsumunun 38,93 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 03915898 saylı müqaviləyə əsasən 874,46 manat ödənilməmiş hissə, 47,54 manat cərimə olmaqla, cəmi 922 (doqquz yüz iyirmi iki) manat, xx.xx.2023-cü il tarixli 03915006 saylı müqaviləyə əsasən 493,66 manat ödənilməmiş hissə, 19,34 manat cərimə olmaqla, cəmi 513 (beş yüz on üç) manat, xx.xx.2022-ci il tarixli 03952924 saylı müqaviləyə əsasən 217,49 manat ödənilməmiş hissə, 11,51 manat cərimə olmaqla, cəmi 229 (iki yüz iyirmi doqquz) manat, xx.xx.2022-ci il tarixli 13722929 saylı müqaviləyə əsasən 165,34 manat ödənilməmiş hissə, 6,66 manat cərimə olmaqla, cəmi 172 (bir yüz yetmiş iki) manat, xx.xx.2023-cü il tarixli 03953835 saylı müqaviləyə əsasən 156,24 manat ödənilməmiş hissə, 5,76 manat cərimə olmaqla, cəmi 162 (bir yüz altmış iki) manat, ümumilikdə 1998 (bir min doqquz yüz doxsan səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun 38,93 (otuz səkkiz manat 93 qəpik) manat hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar