Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-179/2022 26.05.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh İddiaçı QSC-nin xeyrinə 16.05.2021-ci il tarixli SRT007949 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 144 (bir yüz qırx dörd) manat əsas borcun,21,60 (iyirmi bir manat altmış qəpik) cərimə borcu olmaqla,cəmi 165,60 (bir yüz altmış beş manat altmış qəpik) manat pulun və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş,lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki,İddiaçı QSC ilə "xxxx" MMC arasında 11. 09.2019-cu il tarixli R-149/19 saylı faktorinq müqaviləsi imzalanmış və müqaviləyə əsasən faktor,yəni İddiaçı QSC borclu barəsində Müştərinin,yəni "xxxx" MMC –nin malların satılmasından irəli gələn pul tələbinin hesabına "xxxx" MMC-yə pul vəsaiti vermiş, "xxxx" MMC isə borcluya qarşı pul tələbini Faktora,yəni İddiaçı QSC-yə güzəşt etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.05.2021-ci il tarixli SRT007949 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı dəyəri 436 manat olan təkəri alıcıya nisyə satmış,alıcı isə satılmış əşyayı qəbul edərək 6 ay müddətinə hər ay 73 manat,sonuncu ay 71 manat ödəmək şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC "xxxx" MMC arasında 11.09.2019-cu il tarixli R-149/19 saylı faktorinq müqaviləsinə əlavə olunan 20.05.2021-ci il tarixli R-149/19-0218 saylı saziş imzalanmış və "xxxx" MMC borclu Cavabdeh qarşı olan 436 manat məbləğində pul tələbini İddiaçı QSCyə güzəşt etmişdir.Tələbin güzəşt edilməsi barədə Cavabdeh 04.03.2022-ci il tarixdə bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1-1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı Əlavəsində göstərilən malı satır,alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəməli idi.Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.Hazırda cavabdehin 03.03.2022-ci il tarixinə 144 manat məbləğində əsas borcu və 21,6 manat cərimə borcu olmaqla,cəmi 165,6 manat borcu vardır. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada,öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi təmin edilməli, cavabdehdən 16.05.2021-ci il tarixli SRT007949 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 144 manat məbləğində əsas borcu və 21,6 manat cərimə borcu olmaqla,cəmi 165,6 manat pul və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16.05.2021-ci il tarixli SRT007949 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 144 (bir yüz qırx dörd) manat əsas borc,21,60 (iyirmi bir manat altmış qəpik) cərimə borcu olmaqla,cəmi 165,60 (bir yüz altmış beş manat altmış qəpik) manat pul və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-179/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-179/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver