Məhkəmə qərarları › İş №e-2(077)-202/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-202/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-202/2023 19.06.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli 20093816 saylı müqaviləyə əsasən 1285,30 manat ödənilməmiş hissə, 128,70 manat cərimə olmaqla, cəmi 1414 manat, xx.xx.2020-ci il tarixli 20325557 saylı müqaviləyə əsasən 1372,50 manat ödənilməmiş hissə, 137,50 manat cərimə olmaqla, cəmi 1510 manat, xx.xx.2020-ci il tarixli 21024544 saylı müqaviləyə əsasən 766,80 manat ödənilməmiş hissə, 76,20 manat cərimə olmaqla, cəmi 843 manat, ümumilikdə 3767 manat borcun və 57,67 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20093816 saylı müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 2584,80 manat (18 ay x 143,60 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********31325 olan “İphone 11” markalı telefon, xx.xx.2020-ci il tarixli 20325557 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 3891,40 manat (12 ay x 314,20 manat + 121 manat ilkin ödəniş) olan “LG” markalı kondisioner, “Samsung” markalı paltaryuyan, “Hoffmann” markalı soyuducu, xx.xx.2020-ci il tarixli 21024544 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 829,80 manat (18 ay x 46,10 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********18477 olan “X3 9” markalı telefon almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3881,40 manat təşkil edir. Nəticədə xx.xx.2020-ci il tarixli 20093816 saylı müqaviləyə əsasən 1285,30 manat ödənilməmiş hissə, 128,70 manat cərimə olmaqla, cəmi 1414 manat, xx.xx.2020-ci il tarixli 20325557 saylı müqaviləyə əsasən 1372,50 manat ödənilməmiş hissə, 137,50 manat cərimə olmaqla, cəmi 1510 manat, xx.xx.2020-ci il tarixli 21024544 saylı müqaviləyə əsasən 766,80 manat ödənilməmiş hissə, 76,20 manat cərimə olmaqla, cəmi 843 manat, ümumilikdə 3767 manat borcu yaranmışdır. Cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilə şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış: xx.xx.2020-ci il tarixli 20093816 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh alqısatqı qiyməti 2584,80 manat (18 ay x 143,60 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********31325 olan “İphone 11” markalı telefon; xx.xx.2020-ci il tarixli 20325557 saylı müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 3891,40 manat (12 ay x 314,20 manat + 121 manat ilkin ödəniş) olan “LG” markalı kondisioner, “Samsung” markalı paltaryuyan; xx.xx.2020-ci il tarixli 21024544 saylı müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 829,80 manat (18 ay x 46,10 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********18477 olan “X3 9” markalı telefon almışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 23065558 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli 20093816 saylı müqaviləyə əsasən 1285,30 manat ödənilməmiş hissə, 128,70 manat cərimə olmaqla, cəmi 1414 manat, xx.xx.2020-ci il tarixli 20325557 saylı müqaviləyə əsasən 1372,50 manat ödənilməmiş hissə, 137,50 manat cərimə olmaqla, cəmi 1510 manat, xx.xx.2020-ci il tarixli 21024544 saylı müqaviləyə əsasən 766,80 manat ödənilməmiş hissə, 76,20 manat cərimə olmaqla, cəmi 843 manat, ümumilikdə 3767 manat borcu vardır. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 57,67 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli 20093816 saylı müqaviləyə əsasən 1285,30 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli 20325557 saylı müqaviləyə əsasən 1372,50 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli 21024544 saylı müqaviləyə əsasən 766,80 manat ödənilməmiş hissə borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə xx.xx.2020-ci il tarixli 20093816 saylı müqaviləyə əsasən 128,70 manat, xx.xx.2020-ci il tarixli 20325557 saylı müqaviləyə əsasən 137,50 manat və xx.xx.2020-ci il tarixli 21024544 saylı müqaviləyə əsasən 76,20 manat cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan penya xx.xx.2020-ci il tarixli 20093816 saylı müqaviləyə əsasən 28,70 manat, xx.xx.2020-ci il tarixli 20325557 saylı müqaviləyə əsasən 37,50 manat, xx.xx.2020-ci il tarixli 21024544 saylı müqaviləyə əsasən 16,20 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 93 faiz həcmində təmin edildiyinə görə 57,67 manat dövlət rüsumunun 53,63 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 20093816 saylı müqaviləyə əsasən 1285,30 manat ödənilməmiş hissə, 28,70 manat cərimə olmaqla, cəmi 1314 manat, xx.xx.2020-ci il tarixli 20325557 saylı müqaviləyə əsasən 1372,50 manat ödənilməmiş hissə, 37,50 manat cərimə olmaqla, cəmi 1410 manat, xx.xx.2020-ci il tarixli 21024544 saylı müqaviləyə əsasən 766,80 manat ödənilməmiş hissə, 16,20 manat cərimə olmaqla, cəmi 783 manat, ümumilikdə 3507 (üç min beş yüz yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun 53,63 (əlli üç manat 63 qəpik) manat hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar