Məhkəmə qərarları › İş №e-2(077)-205/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-205/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-205/2025 26.05.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, HAK6123599 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1530 manat, xx.xx.2022-ci il tarixli, HAK6123121 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 380 manat, xx.xx.2022-ci il tarixli, HAK6122838 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1900 manat olmaqla, ümumilikdə 3810 manat borcun və 59 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HAK6123599 nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində, hər ay 204 manat ödəmək şərti ilə, dəyəri 2448 manat olan məişət avadanlığı, xx.xx.2022-ci il tarixli, HAK6123121 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 299 manat ilkin ödəniş etməklə, qalan məbləği 6 ay müddətində, hər ay 160 manat ödəmək şərti ilə, dəyəri 1259 manat olan məişət avadanlığı və xx.xx.2022-ci il tarixli, HAK6122838 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 300 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində, hər ay 344 manat ödəmək şərti ilə, dəyəri 4428 manat olan məişət avadanlığı əldə etmişdir. Müqavilələr üzrə ödənişlər etdikdən sonra cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli, HAK6123599 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1530 manat, xx.xx.2022-ci il tarixli, HAK6123121 saylı nisyə alqısatqı müqaviləsi üzrə 380 manat və xx.xx.2022-ci il tarixli, HAK6122838 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1900 manat olmaqla, ümumilikdə 3810 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış: xx.xx.2022-ci il tarixli, HAK6123599 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya 2448 manat məbləğində məişət avadanlığını satmış, alıcı isə həmin məbləği 12 ay müddətinə hər ay 204 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, HAK6123121 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya 1259 manat məbləğində məişət avadanlığını satmış, alıcı isə 299 manat ilkin ödəniş etdikdən sonra, qalan 960 manatı 6 ay müddətinə hər ay 160 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, HAK6122838 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya 4428 manat məbləğində məişət avadanlığını satmış, alıcı isə 300 manat ilkin ödəniş etdikdən sonra, qalan 4128 manatı 12 ay müddətinə hər ay 344 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, HAK6123599 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1530 manat, xx.xx.2022-ci il tarixli, HAK6123121 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 380 manat, xx.xx.2022-ci il tarixli, HAK6122838 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1900 manat olmaqla, ümumilikdə 3810 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 59 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, HAK6123599 saylı, xx.xx.2022ci il tarixli, HAK123121 saylı və xx.xx.2022-ci il tarixli, HAK6122838 saylı müqavilələr “borc müqaviləsi” adlandırılsa da, əslində tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, HAK6123599 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1530 manat, xx.xx.2022-ci il tarixli, HAK6123121 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 380 manat, xx.xx.2022-ci il tarixli, HAK6122838 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1900 manat olmaqla, ümumilikdə 3810 manat borcunun qalması müəyyən olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 59 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, HAK6123599 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1530 (bir min beş yüz otuz) manat, xx.xx.2022-ci il tarixli, HAK6123121 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 380 (üç yüz səksən) manat, xx.xx.2022-ci il tarixli, HAK6122838 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1900 (bir min doqquz yüz) manat olmaqla, ümumilikdə 3810 (üç min səkkiz yüz on) manat məbləğində borc və 59 (əlli doqquz) manat dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar