Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-215/2022 05.07.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia qaldıraraq,"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1) 19 iyul 2020-ci il tarixli 21030872 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********88297 olan “Realme 6i” markalı telefon üçün 283 (iki yüz səksən üç) manat ödənilməmiş hissə, 2) 17 may 2020-ci il tarixli 20285363 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********530170 olan “Samsung Galaxy A31” markalı telefon üçün 742 (yeddi yüz qırx iki) manat ödənilməmiş hissə, 3) 27 dekabr 2019-cu il tarixli 01162196 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********01248 “Samsung Galaxy A7” markalı telefon üçün 112 (bir yüz on iki) manat məbləğində ödənilməmiş hissə, 4) 25 iyun 2019-cu il tarixli 00742316 saylı nisyə alqısatqı müqaviləsinə əsasən İMEİ kodu **********15098 olan “Samsung Galaxy A50” markalı telefon üçün 54 (əlli dörd) manat məbləğində ödənilməmiş hissə olmaqla,cəmi 1191 (bir min yüz doxsan bir) manat və ödənilmiş 31,91 (otuz bir manat doxan iki qəpik) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,427.3, 442,445,468,741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 iyul 2020-ci il tarixli 21030872 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiyməti 566,4 manat olan İMEİ kodu **********88297 olan “Realme 6i” markalı telefonu almış,nəticədə 283 manat ödənilməmiş borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 283,4 manat təşkil edir. Tərəflər arasında bağlanmış 17 may 2020-ci il tarixli 20285363 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiymət 975 manat olan İMEİ kodu **********530170 olan “Samsung Galaxy A31” markalı telefon almış,nəticədə 742 manat ödənilməmiş borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 233 manat təşkil edir. Tərəflər arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli 01162196 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh alqı- satqı qiyməti 367,2 manat olan İMEİ kodu **********01248 “Samsung Galaxy A7” markalı telefon almış,nəticədə 112 manat ödənilməmiş borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 255,2 manat təşkil edir. Tərəflər arasında bağlanmış 25 iyun 2019-cu il tarixli 00742316 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiyməti 784 manat olan İMEİ kodu **********15098 olan “Samsung Galaxy A50” markalı telefon almış,nəticədə 54 manat ödənilməmiş borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 730 manat təşkil edir. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli,cavabdehdən 19 iyul 2020-ci il tarixli 21030872 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehdən 283 manat ödənilməmiş hissə, 2) 17 may 2020-ci il tarixli 20285363 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 742 manat ödənilməmiş hissə, 3) 27 dekabr 2019-cu il tarixli 01162196 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 112 manat məbləğində ödənilməmiş hissə, 4) 25 iyun 2019-cu il tarixli 00742316 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 54 manat məbləğində ödənilməmiş hissə olmaqla,cəmi 1191 manat və ödənilmiş 31,91 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1) 19 iyul 2020-ci il tarixli 21030872 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********88297 olan “Realme 6i” markalı telefon üçün 283 (iki yüz səksən üç) manat ödənilməmiş hissə, 2) 17 may 2020-ci il tarixli 20285363 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********530170 olan “Samsung Galaxy A31” markalı telefon üçün 742 (yeddi yüz qırx iki) manat ödənilməmiş hissə, 3) 27 dekabr 2019-cu il tarixli 01162196 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********01248 “Samsung Galaxy A7” markalı telefon üçün 112 (bir yüz on iki) manat məbləğində ödənilməmiş hissə, 4) 25 iyun 2019-cu il tarixli 00742316 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********15098 olan “Samsung Galaxy A50” markalı telefon üçün 54 (əlli dörd) manat məbləğində ödənilməmiş hissə olmaqla,cəmi 1191 (bir min yüz doxsan bir) manat borc və ödənilmiş 31,91 (otuz bir manat doxan iki qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-215/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-215/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver