Məhkəmə qərarları › İş №e-2(077)-218/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-218/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-218/2024 11.07.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli 03903437 saylı müqaviləyə əsasən 1697,94 manat ödənilməmiş hissə, 399,06 manat cərimə olmaqla, cəmi 2097 manat, xx.xx.2023-cü il tarixli 09543217 saylı müqaviləyə əsasən 3754,47 manat ödənilməmiş hissə, 684,53 manat cərimə olmaqla, cəmi 4439 manat, ümumilikdə 6536 manat borcun və 85,36 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03903437 saylı müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 2183,94 manat (18 ay x 121,33 manat + 0 manat ilkin ödəniş) olan “Playstatıon 5” markalı oyun konsolu, “Apple Airpods 2 Wireless” markalı qulaqlıq, “PS5” markalı oyun pultu, xx.xx.2023-cü il tarixli 09543217 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 4368,86 manat (18 ay x 228,27 manat + 260 manat ilkin ödəniş), İMEİ kodu **********20480 olan “İphone 14 Pro” markalı telefon, “APPLE” markalı adapter almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1100,39 manat təşkil edir. Nəticədə xx.xx.2022-ci il tarixli 03903437 saylı müqaviləyə əsasən 1697,94 manat ödənilməmiş hissə, 399,06 manat cərimə olmaqla, cəmi 2097 manat, xx.xx.2023-cü il tarixli 09543217 saylı müqaviləyə əsasən 3754,47 manat ödənilməmiş hissə, 684,53 manat cərimə olmaqla, cəmi 4439 manat, ümumilikdə 6536 manat borcu yaranmışdır. Cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilə şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03903437 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 2183,94 manat (18 ay x 121,33 manat + 0 manat ilkin ödəniş) olan “Playstatıon 5” markalı oyun konsolu, “Apple Airpods 2 Wireless” markalı qulaqlıq, “PS5” markalı oyun pultu almışdır.

2. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 09543217 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 4368,86 manat (18 ay x 228,27 manat + 260 manat ilkin ödəniş), İMEİ kodu **********20480 olan “İphone 14 Pro” markalı telefon, “APPLE” markalı adapter almışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 03903437 saylı müqaviləyə əsasən 1697,94 manat ödənilməmiş hissə, 399,06 manat cərimə olmaqla, cəmi 2097 manat, xx.xx.2023-cü il tarixli 09543217 saylı müqaviləyə əsasən 3754,47 manat ödənilməmiş hissə, 684,53 manat cərimə olmaqla, cəmi 4439 manat, ümumilikdə 6536 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 85,36 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli 03903437 saylı müqaviləyə əsasən 1697,94 manat və xx.xx.2023-cü il tarixli 09543217 saylı müqaviləyə əsasən 3754,47 manat ödənilməmiş hissə borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan penya xx.xx.2022-ci il tarixli 03903437 saylı müqaviləyə əsasən 79,06 manat və xx.xx.2023-cü il tarixli 09543217 saylı müqaviləyə əsasən 184,53 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 87 faiz həcmində təmin edildiyinə görə 85,36 manat dövlət rüsumunun 74,26 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03903437 saylı müqaviləyə əsasən 1697,94 manat ödənilməmiş hissə, 79,06 manat cərimə olmaqla, cəmi 1777 (bir min yeddi yüz yetmiş yeddi) manat, xx.xx.2023-cü il tarixli 09543217 saylı müqaviləyə əsasən 3754,47 manat ödənilməmiş hissə, 184,53 manat cərimə olmaqla, cəmi 3939 (üç min doqquz yüz otuz doqquz) manat, ümumilikdə 5716 (beş min yeddi yüz on altı) manat borc və ödənilmiş dövlət rüsumunun 74,26 (yetmiş dörd manat 26 qəpik) manat hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar