Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-219/2022 13.07.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh xx.xx.2021-ci il tarixli 22435781 saylı müqaviləyə əsasən 326.2 (üç yüz iyirmi altı manat iyirmi qəpik) manat ödənilməmiş borc,32,8 (otuz iki manat səksən qəpik) manat cərimə borcu,xx.xx.2021-ci il tarixli 23017651 saylı müqaviləyə əsasən 43,2 (qırx üç manat iyirmi qəpik) manat ödənilməmiş borc,4,8 (dörd manat səksən qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə 407 (dörd yüz yeddi) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,427.3,442,445, 468,741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki,tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22435781 saylı müqaviləyə əsasən,cavabdeh alqı–satqı qiyməti 358.2 manat olan İMEİ kodu **********36207 olan “Samsung Galaxy A10s” markalı telefon üçün ilkin ödəniş 27 manat ödəyərək almış və nəticədə 359 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 32 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23017651 saylı müqaviləyə əsasən,cavabdeh alqı–satqı qiyməti 50,2 manat olan İMEİ kodu **********36207 olan “Samsung Galaxy A10s” markalı telefon üçün ilkin ödəniş 7 manat ödəyərək almış və nəticədə 48 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 7 manat təşkil edir. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli,cavabdehdən xx.xx.2021-ci il tarixli 22435781 saylı müqavilə üzrə 326,2 manat ödənilməmiş borc, 32,8 manat cərimə borcu,xx.xx.2021-ci il tarixli 23017651 saylı müqaviləyə əsasən 43,2 manat ödənilməmiş borc,4,8 manat cərimə borcu olmaqla,ümumilikdə 407 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22435781 saylı müqaviləyə əsasən 326.2 (üç yüz iyirmi altı manat iyirmi qəpik) manat ödənilməmiş borc,32,8 (otuz iki manat səksən qəpik) manat cərimə borcu,xx.xx.2021-ci il tarixli 23017651 saylı müqaviləyə əsasən 43,2 (qırx üç manat iyirmi qəpik) manat ödənilməmiş borc,4,8 (dörd manat səksən qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə 407 (dörd yüz yeddi) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-219/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-219/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver