Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-221/2023 14.07.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbi» barədə kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh xx.xx.2019-cü il tarixli 01135479 saylı müqaviləyə əsasən 50 manat ödənilməmiş borc,5 manat cərimə borcu, xx.xx.2019-cü il tarixli 01131651 saylı müqaviləyə əsasən 984,07 manat ödənilməmiş borc,98,93 manat cərimə borcu olmaqla,ümumilikdə 1138 (bir min yüz otuz səkkiz) manat borcun və 31,38 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,427.3,442,445, 468,741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki,tərəflər arasında bağlanmış xx.xx.2019-cü il tarixli 01135479 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 240 (iki yüz qırx) manat (24 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan MİT mətbəx stolu almış və nəticədə 55 manat borc yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cü il tarixli 01131651 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 2904 (iki min doqquz yüz dörd) manat (24 ay x 121 manat + 0 manat ilkin ödəniş) olan METBEX STOLU, 6 ədəd Mİ mətbəx stulu, COMODO – YUMSAQ mebel almış və nəticədə 1883 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixində Mətbəx stolundan imtina etmiş və məhsul 192 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2021-ci il olmaqla, cəmi ödədiyi məbləğ 1727.93 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 192 manat, digər müqavilə üzrə son ödəniş tarixi xx.xx.2021-ci il olmaqla cəmi ödədiyi məbləğ 190 manat təşkil edir Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki,cavabdehdən xx.xx.2019-cü il tarixli 01131651 saylı müqaviləyə əsasən tələb olunan 98,93 manat məbləğində cərimənin azaldılaraq 10 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,cavabdehdən xx.xx.2019-cü il tarixli 01135479 saylı müqaviləyə əsasən 50 manat ödənilməmiş borc,5 manat cərimə borcu,xx.xx.2019-cü il tarixli 01131651 saylı müqaviləyə əsasən 984,07 manat ödənilməmiş borc,10 manat cərimə borcu olmaqla,ümumilikdə 1049,07 manat borcun və 31,38 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2019-cü il tarixli 01135479 saylı müqaviləyə əsasən 50 manat ödənilməmiş borc,5 manat cərimə borcu,xx.xx.2019-cü il tarixli 01131651 saylı müqaviləyə əsasən 984,07 manat ödənilməmiş borc,10 manat cərimə borcu olmaqla,ümumilikdə 1049,07 (bir min qırx doqquz manat 07 qəpik) manat borcun və 31,38 manat (otuz bir manat 38 qəpik) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-221/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-221/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver