Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-224/2023 17.07.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi,İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-cu il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 3132,8 manat əsas borc, 939,8 manat cərimə borcu olmaqla, cəmi 4072,6 manat borc, xx.xx.2021-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 462 manat əsas borc, 138,6 manat cərimə borcu olmaqla cəmi 600,6 manat borc, ümumilikdə iki müqavilə üzrə 3594,8 manat əsas, 1078,4 manat cərimə, 4673,2 manat cəmi borcun və 66,73manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş,lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,427.3,442,445, 468,741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırmasında müəyyən edildi ki,tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən,cavabdeh alqı–satqı qiyməti 3603,99 manat olan “İphone 13Pro MAX” markalı telefon və “Haylou Solar” markalı saat almışdır. .Nəticədə cavabdehin 4072,6 manat borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 471,1 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən,cavabdeh ilkin olaraq 6,20 manat ödəməklə,alqı–satqı qiyməti 2100 manat olan “İphone 11” markalı telefon almışdır.Nəticədə cavabdehin 600,6 manat borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1638,2 manat təşkil edir. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki,cavabdehdən xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən tələb olunan 939,8 manat məbləğində cərimənin azaldılaraq 20 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əlavəyə əsasən tələb olunan 138,6 manat məbləğində cərimənin azaldılaraq 10manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,cavabdehdən xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 3132,8 manat ödənilməmiş borc,20 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 462 manat ödənilməmiş borc,10 manat cərimə borcu olmaqla,ümumilikdə 3624,8 manat borc və 66,73 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 3132,8 manat ödənilməmiş borc,20 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 462 manat ödənilməmiş borc,10 manat cərimə borcu olmaqla,ümumilikdə 3624,8 (üç min altı yüz iyimi dörd manat səksən qəpik) manat borc və 66,73 (altmış altı manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-224/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-224/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver