Məhkəmə qərarları › İş №e-2(077)-225/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-225/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-225/2022 18.07.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh xx.xx.2020-ci il tarixli 21168036 saylı müqaviləyə əsasən 1108,3 (bir min yüz səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli 21169347 saylı müqaviləyə əsasən 958 (doqquz yüz əlli səkkiz) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli 21194600 saylı müqaviləyə əsasən 102,7 (bir yüz iki manat yetmiş qəpik) manat ödənilməmiş hissə olmaqla,ümumilikdə 2169 (iki min yüz altmış doqquz) manat borcun və 41,69 (qırx bir manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,427.3,442,445, 468,741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21168036 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 2738 manat olan “İphone11” markalı telefon almış və nəticədə 1108,3 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1629,7 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21169347 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 1326,6 manat olan “Nevada” markalı masa, “Venetsiya” markalı 6 ədəd mebel və “Milan” markalı TV stend almış və nəticədə 958 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 368,6 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21194600 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 345,6 manat olan “Braun” markalı ütü və “Perilla Liana” markalı ütü almış və nəticədə 102,7 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 242,9 manat təşkil edir Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2020-ci il tarixli 21168036 saylı müqaviləyə əsasən 1108,3 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli 21169347 saylı müqaviləyə əsasən 958 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli 21194600 saylı müqaviləyə əsasən 102,7 manat ödənilməmiş hissə olmaqla,ümumilikdə 2169 manat borc və 41,69 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 21168036 saylı müqaviləyə əsasən 1108,3 (bir min yüz səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli 21169347 saylı müqaviləyə əsasən 958 (doqquz yüz əlli səkkiz) manat ödənilməmiş hissə,xx.xx.2020-ci il tarixli 21194600 saylı müqaviləyə əsasən 102,7 (bir yüz iki manat yetmiş qəpik) manat ödənilməmiş hissə olmaqla,ümumilikdə 2169 (iki min yüz altmış doqquz) manat borc və 41,69 (qırx bir manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar