Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-227/2025 11.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, HAK6250665 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 265 manat, xx.xx.2023-cü il tarixli, HAK6250842 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 434 manat olmaqla, ümumilikdə 699 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HAK6250665 nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 12 ay müddətində, hər ay 41 manat ödəmək şərti ilə, dəyəri 492 manat olan məişət avadanlığı və xx.xx.2023-cü il tarixli, HAK6250842 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 18 ay müddətində, hər ay 31 manat ödəmək şərti ilə, dəyəri 558 manat olan məişət avadanlığı əldə etmişdir. Müqavilələr üzrə ödənişlər etdikdən sonra cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli, HAK6250665 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 265 manat, xx.xx.2023-cü il tarixli, HAK6250842 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 434 manat olmaqla, ümumilikdə 699 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış: xx.xx.2023-cü il tarixli, HAK6250665 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya 492 manat məbləğində məişət avadanlığını satmış, alıcı isə həmin məbləği 12 ay müddətinə hər ay 41 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, HAK6123121 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya 558 manat məbləğində məişət avadanlığını satmış, alıcı isə alıcı isə həmin məbləği 18 ay müddətinə hər ay 31 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, HAK6250665 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 265 manat, xx.xx.2023-cü il tarixli, HAK6250842 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 434 manat olmaqla, ümumilikdə 699 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, HAK6250665 saylı və xx.xx.2023-cü il tarixli, HAK6250842 saylı müqavilələr “borc müqaviləsi” adlandırılsa da, əslində tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, HAK6250665 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 265 manat, xx.xx.2023-cü il tarixli, HAK6250842 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 434 manat olmaqla, ümumilikdə 699 manat borcunun qalması müəyyən olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, HAK6250665 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 265 (iki yüz altmış beş) manat, xx.xx.2023-cü il tarixli, HAK6250842 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 434 (dörd yüz otuz dörd) manat olmaqla, ümumilikdə 699 (altı yüz doxsan doqquz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-227/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-227/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver