Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-257/2022 08.08.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh 1) xx.xx.2020-ci il tarixli 20212576 saylı müqaviləyə əsasən 706,3 (yeddi yüz altı manat otuz qəpik) manat ödənilməmiş hissə,70,7 (yetmiş manat yetmiş qəpik) manat cərimə borcu, 2)xx.xx.2019-cu il tarixli 00850399 saylı müqaviləyə əsasən 543,4 (beş yüz qırx üç manat qırx qəpik) manat ödənilməmiş hissə,54,6 (əlli dörd manat altmış qəpik) manat cərimə borcu, 3)xx.xx.2019-cu il tarixli 00929967 saylı müqaviləyə əsasən 210 (iki yüz on) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə borcu, 4)xx.xx.2019-cu il tarixli 00929997 saylı müqaviləyə əsasən 156 (bir yüz əlli altı) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə borcu, 5) xx.xx.2019-cu il tarixli 00525684 saylı müqaviləyə əsasən 59,67 (əlli doqquz manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 5,33 (beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə 1842 (bir min səkkiz qırx iki) manat borcun və 38,42 (otuz səkkiz manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,427.3,442,445, 468,741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli20212576 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 726,48 manat olan Sazz modem və “HP” markalı printer almış və nəticədə 777 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 20,18 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00850399 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 572 manat İMEİ kodu **********06694 olan “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 598 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 28,6 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00929967 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 224 manat olan “Braun” markalı blender və toste” almış və nəticədə 231 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 14 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00929997 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 166,4 manat İMEİ kodu **********96069 olan “Samsung Galaxy A10” markalı telefon almış və nəticədə 171 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 10,4 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00525684 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 79,56 manat İMEİ kodu **********5659 olan “Huawei P20 lite” markalı telefon, case,qoruyucu şüşə almış və nəticədə 65 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 19,89 manat təşkil edir Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 1) xx.xx.2020-ci il tarixli 20212576 saylı müqavilə üzrə tələb olunan 70,7 manat məbləğində cərimənin azaldılaraq 5 manat məbləğində, 2)xx.xx.2019-cu il tarixli 00850399 saylı üzrə tələb olunan 54,6 manat məbləğində cərimənin azaldılaraq 5 manat məbləğində, 3)xx.xx.2019-cu il tarixli 00929967 saylı üzrə tələb olunan 21 manat məbləğində cərimənin azaldılaraq 2 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1)xx.xx.2020-ci il tarixli20212576 saylı müqaviləyə əsasən 706,3 manat ödənilməmiş hissə,5 manat cərimə borcu,2)xx.xx.2019-cu il tarixli 00850399 saylı müqaviləyə əsasən 534,4 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, 3)xx.xx.2019-cu il tarixli 00929967 saylı müqaviləyə əsasən 210 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu, 4)xx.xx.2019cu il tarixli 00929997 saylı müqaviləyə əsasən 156 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu, 5) xx.xx.2019-cu il tarixli 00525684 saylı müqaviləyə əsasən 59,67 manat ödənilməmiş hissə, 5,33 manat cərimə borcu olmaqla,ümumilikdə 1698,7 manat borc və 38,42 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1)xx.xx.2020-ci il tarixli20212576 saylı müqaviləyə əsasən 706,3 (yeddi yüz altı manat otuz qəpik) manat ödənilməmiş hissə,5 (beş) manat cərimə borcu,2)xx.xx.2019-cu il tarixli 00850399 saylı müqaviləyə əsasən 534,4 (beş yüz otuz dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu, 3)xx.xx.2019-cu il tarixli 00929967 saylı müqaviləyə əsasən 210 (iki yüz on) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu, 4)xx.xx.2019-cu il tarixli 00929997 saylı müqaviləyə əsasən 156 (bir yüz əlli altı) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə borcu, 5) xx.xx.2019-cu il tarixli 00525684 saylı müqaviləyə əsasən 59,67 (əlli doqquz manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 5,33 (beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə 1698,7 (bir min altı yüz doxsan səkkiz manat yetmiş qəpik) manat borc və 38,42 (otuz səkkiz manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-257/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-257/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver