Məhkəmə qərarları › İş №e-2(077)-262/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-262/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-262/2022 08.08.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia qaldıraraq,"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1) 18 dekabr 2020-ci il tarixli 22141156 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********69098 olan “Realme C3” markalı telefon üçün 365 (üç yüz altmış beş) manat ödənilməmiş hissə,36 (otuz altı) manat cərimə borcu 2) 05 noyabr 2020-ci il tarixli 22019159 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********39702 olan “Samsung Galaxy A71” markalı telefon üçün 852 (səkkiz yüz əlli iki) manat ödənilməmiş hissə,85 (səksən beş) manat cərimə borcu 3) 13 aprel 2020-ci il tarixli 20221703 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********27077 “X3 8” markalı telefon üçün 61 (altmış bir) manat məbləğində ödənilməmiş hissə, 6 (altı) manat cərimə borcu 4) 26 iyul 2020-ci il tarixli 21039197 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Hoffmann” markalı kondisioner üçün 26 (iyirmi altı) manat məbləğində ödənilməmiş hissə, 2(iki) manat cərimə borcu olmaqla,cəmi 1433 (bir min dörd yüz otuz üç) manat və ödənilmiş 34,33 (otuz dörd manat otuz üç qəpik) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,427.3, 442,445,468,741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2020-ci il tarixli 22141156 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiyməti 453 manat olan İMEİ kodu **********69098 olan “Realme C3” markalı telefonu almış,nəticədə 401 manat ödənilməmiş borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 88 manat təşkil edir. Tərəflər arasında bağlanmış 05 noyabr 2020-ci il tarixli 22019159 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiymət 1174 manat olan İMEİ kodu **********39702 olan “Samsung Galaxy A71” markalı telefon almış,nəticədə 937 manat ödənilməmiş borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 322 manat təşkil edir. Tərəflər arasında bağlanmış 13 aprel 2020-ci il tarixli 20221703 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı- satqı qiyməti 604 manat olan İMEİ kodu **********27077 “X3 8” markalı telefon almış,nəticədə 67 manat ödənilməmiş borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 543 manat təşkil edir. Tərəflər arasında bağlanmış 26 iyul 2020-ci il tarixli 21039197 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiyməti 1652,4 manat olan “Hoffmann” markalı kondisioner almış,nəticədə 28 manat ödənilməmiş borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1626,4 manat təşkil edir. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 18 dekabr 2020ci il tarixli 22141156 saylı üzrə tələb olunan 36 manat məbləğində cərimənin azaldılaraq 5 manat məbləğində, 05 noyabr 2020-ci il tarixli 22019159 saylı üzrə tələb olunan 85 manat məbləğində cərimənin azaldılaraq 5 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli,cavabdehdən 1) 18 dekabr 2020-ci il tarixli 22141156 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********69098 olan “Realme C3” markalı telefon üçün 365 manat ödənilməmiş hissə,5 manat cərimə borcu 2) 05 noyabr 2020-ci il tarixli 22019159 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********39702 olan “Samsung Galaxy A71” markalı telefon üçün 852 manat ödənilməmiş hissə,5 manat cərimə borcu 3) 13 aprel 2020-ci il tarixli 20221703 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********27077 “X3 8” markalı telefon üçün 61 manat məbləğində ödənilməmiş hissə, 6 manat cərimə borcu 4) 26 iyul 2020-ci il tarixli 21039197 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Hoffmann” markalı kondisioner üçün 26 manat məbləğində ödənilməmiş hissə, 2 manat cərimə borcu olmaqla,cəmi 1433 manat və ödənilmiş 34,33 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1) 18 dekabr 2020-ci il tarixli 22141156 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********69098 olan “Realme C3” markalı telefon üçün 365 (üç yüz altmış beş) manat ödənilməmiş hissə 5 (beş) manat cərimə borcu 2) 05 noyabr 2020-ci il tarixli 22019159 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********39702 olan “Samsung Galaxy A71” markalı telefon üçün 852 (səkkiz yüz əlli iki) manat ödənilməmiş hissə,5 (beş) manat cərimə borcu 3) 13 aprel 2020-ci il tarixli 20221703 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********27077 “X3 8” markalı telefon üçün 61 (altmış bir) manat məbləğində ödənilməmiş hissə, 6 (altı) manat cərimə borcu 4) 26 iyul 2020-ci il tarixli 21039197 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Hoffmann” markalı kondisioner üçün 26 (iyirmi altı) manat məbləğində ödənilməmiş hissə, 2(iki) manat cərimə borcu olmaqla,cəmi 1322 (bir min üç yüz iyirmi iki) manat və ödənilmiş 34,33 (otuz dörd manat otuz üç qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar