Məhkəmə qərarları › İş №e-2(077)-294/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-294/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-294/2024 16.09.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli 18552773 saylı müqaviləyə əsasən 816,06 manat ödənilməmiş hissə, 81,94 manat cərimə olmaqla, cəmi 898 manat borcun, xx.xx.2023-cü il tarixli 03285680 saylı müqaviləyə əsasən 391,56 manat ödənilməmiş hissə, 39.44 manat cərimə olmaqla, cəmi 431 manat borcun, ümumilikdə 1329 manat borcun və 33.29 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 18552773 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 1056.06 manat (18 ay x 58.67 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********28771 “OPPO A78” markalı telefon almışdır. Cavabdehin həmin müqavilə üzə 816.06 manat ödənilməmiş hissə,81.94 manat cərimə borcu olmaqla,cəmi üçün 898 manat borcu vardır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03285680 saylı tarixli müqaviləsinə əsasən, cavabdeh alqı-satqı qiyməti 541.56 manat (12 ay x 45.13 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********71063 “XİAOMİ REDMİ 10C” markalı telefon almışdır. Cavabdehin müqavilə üzrə 391.56 manat ödənilməmiş hissə, 39.44 manat cərimə borc olmaqla, cəmi 431 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 390 manat təşkil edir.Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 18552773 saylı müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1056.06 manat (18 ay x 58.67 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********28771 “OPPO A78” markalı telefon, xx.xx.2023cü il tarixli 03285680 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 541.56 manat (12 ay x 45.13 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********71063 “XİAOMİ REDMİ 10C” markalı telefon almışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2023-cü il tarixli 18552773 saylı müqaviləyə əsasən 816,06 manat ödənilməmiş hissə, 81,94 manat cərimə olmaqla, cəmi 898 manat, xx.xx.2023-cü il tarixli 03285680 saylı müqaviləyə əsasən 391,56 manat ödənilməmiş hissə, 39,44 manat cərimə olmaqla, cəmi 431 manat borcun, ümumilikdə 1329 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 33,29 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli 18552773 saylı müqaviləyə əsasən 816,06 manat, xx.xx.2023-cü il tarixli 03285680 saylı müqaviləyə əsasən 391.56 manat ödənilməmiş hissə borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan dəbbə pulu xx.xx.2023-cü il tarixli 18552773 saylı müqaviləyə əsasən 5 manat, xx.xx.2023-cü il tarixli 03285680 saylı müqaviləyə əsasən 5 manat məbləğinədək azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1) xx.xx.2023-cü il tarixli 18552773 saylı müqaviləyə əsasən 816,06 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, 2) xx.xx.2023-cü il tarixli 03285680 saylı müqaviləyə əsasən 391,56 manat ödənilməmiş hissə,5 manat cərimə borcu olmaqla,ümumilikdə 1217.62 manat borcun və 33.29 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 18552773 saylı müqaviləyə əsasən 816,06 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, cəmi 821.06 manat borc, xx.xx.2023-cü il tarixli 03285680 saylı müqaviləyə əsasən 391,56 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, cəmi 396.56 manat borc olmaqla, ümumilikdə 1217,62 (bir min iki yüz on yeddi manat 62 qəpik) manat borc və dövlət rüsumunun 33,29 (otuz manat 29 qəpik) manat hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar