Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-295/2025 29.07.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1183 manat borcun və 32 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 1. xx.xx.2020-ci il tarixli, YVK5826090 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 12 manat ilkin ödəniş etdikdən sonra 630 manat məbləği 18 ay müddətində, hər ay 35 manat ödəmək şərti ilə, dəyəri 642 manat olan məişət avadanlığı əldə etmişdir. Müqavilə üzrə qismən ödənişlər etdikdən sonra cavabdehin iddiaçıya 200 manat borcu qalmışdır. 2.xx.xx.2021-ci il tarixli, YVK5893632 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 47 manat ilkin ödəniş etdikdən sonra 432 manat məbləği 12 ay müddətində, hər ay 36 manat ödəmək şərti ilə, dəyəri 479 manat olan məişət avadanlığı əldə etmişdir. Müqavilə üzrə qismən ödənişlər etdikdən sonra cavabdehin iddiaçıya 324 manat borcu qalmışdır. 3.xx.xx.2021-ci il tarixli, YVK5892094 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 47 manat ilkin ödəniş etdikdən sonra 1206 manat məbləği 18 ay müddətində, hər ay 67 manat ödəmək şərti ilə, dəyəri 1253 manat olan məişət avadanlığı əldə etmişdir. Müqavilə üzrə qismən ödənişlər etdikdən sonra cavabdehin iddiaçıya 659 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YVK5826090 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya 642 manat məbləğində məişət avadanlığını satmış, alıcı 12 manat ilkin ödəniş etdikdən sonra qalan 630 manatı 18 ay müddətinə hər ay 35 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
2. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, YVK5893632 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya 479 manat məbləğində məişət avadanlığını satmış, alıcı 47 manat ilkin ödəniş etdikdən sonra qalan 432 manatı 12 ay müddətinə hər ay 36 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
3. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, YVK5892094 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya 1253 manat məbləğində məişət avadanlığını satmış, alıcı 47 manat ilkin ödəniş etdikdən sonra qalan 1206 manatı 18 ay müddətinə hər ay 67 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, YVK5826090 saylı, xx.xx.2021-ci il tarixli, YVK5893632 saylı və xx.xx.2021-ci il tarixli, YVK5892094 saylı nisyə alqı-satqı müqavilələri üzrə İddiaçı MMC-yə 1183 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, YVK5826090 saylı, xx.xx.2021ci il tarixli, YVK5893632 saylı və xx.xx.2021-ci il tarixli, YVK5892094 saylı müqavilələlər “borc müqaviləsi” adlandırılsa da, əslində tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə araşdırılan sübutlarla Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli, YVK5826090 saylı, xx.xx.2021-ci il tarixli, YVK5893632 saylı və xx.xx.2021-ci il tarixli, YVK5892094 saylı nisyə alqı-satqı müqavilələri üzrə İddiaçı MMC-yə 1183 manat borcunun qalması müəyyən olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 32 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, YVK5826090 saylı, xx.xx.2021-ci il tarixli, YVK5893632 saylı və xx.xx.2021-ci il tarixli, YVK5892094 saylı nisyə alqı-satqı müqavilələri üzrə 1183 (bir min yüz səksən üç manat) manat məbləğində borc və 32 (otuz iki ) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.