Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-308/2022 19.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2021-ci il tarixli SFY000024 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 150 (bir yüz əlli) manat əsas borc,22,50 (iyirmi iki manat əlli qəpik) manat cərimə borcunun,30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş,lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki,İddiaçı MMC ilə fiziki şəxs (VÖEN:**********) X4 arasında xx.xx.2021-ci il tarixli R-671/21 saylı faktorinq müqaviləsi imzalanmış və müqaviləyə əsasən faktor,yəni İddiaçı QSC borclu barəsində Müştərinin,yəni X1 malların satılmasından irəli gələn pul tələbinin hesabına X2 pul vəsaiti vermiş,X4 isə borcluya qarşı pul tələbini Faktora,yəni İddiaçı QSC-yə güzəşt etmişdir. X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli SFY000024 saylı nisyə alq-satqı müqaviləsinə əsasən satıcı dəyəri 300 manat olan dekor saatını alıcıya nisyə satmış,alıcı isə satılmış əşyayı qəbul edərək 12 ay müddətinə hər ay 25 manat ödəmək şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC X4 arasında xx.xx.2021-ci il tarixli R-671/21 saylı faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2021-ci il tarixli R-6xx/xx-0014 saylı saziş imzalanmış və X4 borclu Cavabdeh qarşı olan 300 manat məbləğində pul tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1-1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı Əlavəsində göstərilən malı satır,alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəməli idi.Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.Hazırda cavabdehin xx.xx.2022-ci il tarixinə 150 manat məbləğində əsas borcu və 22,50 manat cərimə borcu olmaqla,ümumilikdə 172,50 manat borcu vardır. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada,öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki,cavabdehdən tələb olunan 22,50 manat məbləğində cərimənin azaldılaraq 10 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli SFY000024 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 150 manat əsas borc,10 manat cərimə borcu olmaqla,cəmi 160 manat borc və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli SFY000024 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 150 (bir yüz əlli) manat əsas borc,10 (on) manat cərimə borcu olmaqla,cəmi 160 (bir yüz altmış) manat borc və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-308/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-308/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver