Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-316/2022 26.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh 1) xx.xx.2021-ci il 22297360 saylı müqaviləyə əsasən 1290 (bir min iki yüz doxsan) manat ödənilməmiş hissə,129 (yüz iyirmi doqquz) manat cərimə borcu, 2) xx.xx.2021-ci il tarixli 22435552 saylı müqaviləyə əsasən 626,30 (altı yüz iyirmi altı manat otuz qəpik) manat ödənilməmiş hissə,62,70 (altmış iki manat yetmiş qəpik) manat cərimə borcu, 3) xx.xx.2021-ci il tarixli 23091496 saylı müqaviləyə əsasən 117,30 (yüz on yeddi manat otuz qəpik) manat ödənilməmiş hissə,11,70 (on bir manat yetmiş qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə 2237 (iki min iki yüz otuz yeddi) manat borcun və 42,37 (qırx iki manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş,lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,427.3,442,445, 468,741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il 22297360 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 1789 manat olan İMEİ kodu **********90422 nömrəli “Samsung Galaxy A12” markalı telefon və “Apple” markalı saat almış,nəticədə 1419 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 499 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22435552 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 791,80 manat olan İMEİ kodu **********30243 nömrəli “Samsung Galaxy A32” markalı telefon almış və nəticədə 689 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 165,50 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23091496 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 223,10 manat olan “Gorenje” markalı fen,ütü,çaydan və “Philips” markalı tiftiktəmizləyən almış,nəticədə 129 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 105,80 manat təşkil edir Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən,öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki,cavabdehdən xx.xx.2021-ci il 22297360 saylı müqaviləyə əsasən tələb olunan 129 manat məbləğində cərimənin azaldılaraq 29 manat və xx.xx.2021-ci il tarixli 22435552 saylı müqaviləyə əsasən tələb olunan 62,7 manat məbləğində cərimənin azaldılaraq 26 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1) xx.xx.2021-ci il 22297360 saylı müqaviləyə əsasən 1290 manat ödənilməmiş hissə,29 manat cərimə borcu, 2) xx.xx.2021-ci il tarixli 22435552 saylı müqaviləyə əsasən 626,30 manat ödənilməmiş hissə,26 manat cərimə borcu, 3) xx.xx.2021-ci il tarixli 23091496 saylı müqaviləyə əsasən 117,30 manat ödənilməmiş hissə,11,70 cərimə borcu olmaqla,ümumilikdə 2100,30 manat borcun və 42,37 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1) xx.xx.2021-ci il 22297360 saylı müqaviləyə əsasən 1290 (bir min iki yüz doxsan) manat ödənilməmiş hissə,29 (iyirmi doqquz) manat cərimə borcu, 2) xx.xx.2021-ci il tarixli 22435552 saylı müqaviləyə əsasən 626,30 (altı yüz iyirmi altı manat otuz qəpik) manat ödənilməmiş hissə,26 (iyirmi altı) manat cərimə borcu, 3) xx.xx.2021-ci il tarixli 23091496 saylı müqaviləyə əsasən 117,30 (yüz on yeddi manat otuz qəpik) manat ödənilməmiş hissə, 11,70 (on bir manat yetmiş qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə 2100,30 (iki min yüz manat otuz qəpik) manat borc və 42,37 (qırx iki manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-316/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-316/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver