Məhkəmə qərarları › İş №e-2(077)-324/2022

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №e-2(077)-324/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № e-2(077)-324/2022 22.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbi»nə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borc tələbi»nə dair ərizə ilə sadələşdirilmiş icraat növündə Şuşa Rayon Məhkəməsinə müraciət etmişdir.Ərizə məhkəməyə daxil olduqdan sonra 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Hazırda İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək,borclunun müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyini bildirmiş,ona görə də,mülki işin baxılmamış saxlanılaraq,iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin əslini,dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki,ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından göründüyü kimi İddiaçı MMC iddia ərizəsinin qaytarılması barədə ərizə vermiş,Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir.Ona görə də,iddia tələbi baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 və 268 maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbi»nə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar