Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-357/2022 24.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh 1) xx.xx.2020-ci il tarixli 21265084 saylı müqaviləyə əsasən 398,4 (üç yüz doxsan səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə,39,6 (otuz doqquz manat altmış qəpik) manat cərimə borcu, 2)xx.xx.2020-ci il tarixli 22000967 saylı müqaviləyə əsasən 265 (iki yüz altmış beş) manat ödənilməmiş hissə,26 (iyirmi altı) manat cərimə borcu, 3)xx.xx.2020-ci il tarixli 21278731 saylı müqaviləyə əsasən 482,6 (dörd yüz səksən iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə borcu, 4)xx.xx.2020-ci il tarixli 21122125 saylı müqaviləyə əsasən 256 (iki yüz əlli altı) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə borcu, 5) xx.xx.2020-ci il tarixli 21193740 saylı müqaviləyə əsasən 402 (dörd yüz iki) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə borcu olmaqla,ümumilikdə 1983 (bir min doqquz yüz səksən üç) manat borcun və 39,83 (otuz doqquz manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,427.3,442,445, 468,741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21265084 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 1196,4 manat olan “Sofram” markalı çaydan, “Panasonic” markalı şirəçəkən, “Shosman” markalı qazan dəsti, “Lara” markalı mətbəxt dəsti almış və nəticədə 438 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 798 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22000967 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 435,6 manat olan yataq örtüsü almış və nəticədə 291 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 170,6 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21278731 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 1155,6 manat olan yemək və çay dəsti almış və nəticədə 531 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 673 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21122125 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 2128,8 manat “LG” markalı paltaryuyan, “Samsung” markalı tozsoran, “Hoffmann” markalı led TV almış və nəticədə 281 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1872,8 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21193740 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 1610 manat İMEİ kodu **********17410 olan “X3 9” markalı telefon, “Hoffmann” markalı mikser, “Philips” markalı ütü almış və nəticədə 442 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1208 manat təşkil edir Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 1) xx.xx.2020-ci il tarixli 21265084 saylı müqavilə üzrə tələb olunan 39,6 manat məbləğində cərimənin azaldılaraq 9 manat məbləğində, 2)xx.xx.2020-ci il tarixli 22000967 saylı üzrə tələb olunan 26 manat məbləğində cərimənin azaldılaraq 6 manat məbləğində, 3)xx.xx.2020-ci il tarixli 21278731 saylı üzrə tələb olunan 48,4 manat məbləğində cərimənin azaldılaraq 8 manat məbləğində,4) xx.xx.2020-ci il tarixli 21122125 saylı üzrə tələb olunan 25 manat məbləğində cərimənin azaldılaraq 5 manat məbləğində, 5) xx.xx.2020-ci il tarixli 21193740 saylı üzrə tələb olunan 40 manat məbləğində cərimənin azaldılaraq 4 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1) xx.xx.2020-ci il tarixli 21265084 saylı müqaviləyə əsasən 398,4 manat ödənilməmiş hissə,9 manat cərimə borcu,2)xx.xx.2020-ci il tarixli 22000967 saylı müqaviləyə əsasən 265 manat ödənilməmiş hissə, 6 manat cərimə borcu, 3)xx.xx.2020-ci il tarixli 21278731 saylı müqaviləyə əsasən 482,6 manat ödənilməmiş hissə, 8 manat cərimə borcu, 4)xx.xx.2020-ci il tarixli 21122125 saylı müqaviləyə əsasən 256 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, 5) xx.xx.2020-ci il tarixli 21193740 saylı müqaviləyə əsasən 402 manat ödənilməmiş hissə, 4 manat cərimə borcu olmaqla,ümumilikdə 1836 manat borc və 39.83 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1) xx.xx.2020-ci il tarixli 21265084 saylı müqaviləyə əsasən 398,4 (üç yüz doxsan səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə,9 (doqquz) manat cərimə borcu,2)xx.xx.2020-ci il tarixli 22000967 saylı müqaviləyə əsasən 265 (iki yüz altmış beş) manat ödənilməmiş hissə,6 (altı) manat cərimə borcu, 3)xx.xx.2020-ci il tarixli 21278731 saylı müqaviləyə əsasən 482,6 (dörd yüz səksən iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə borcu, 4) xx.xx.2020-ci il tarixli 21122125 saylı müqaviləyə əsasən 256 (iki yüz əlli altı) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu, 5) xx.xx.2020-ci il tarixli 21193740 saylı müqaviləyə əsasən 402 (dörd yüz iki) manat ödənilməmiş hissə,4 (dörd) manat cərimə borcu olmaqla,ümumilikdə 1836 (bir min səkkiz yüz otuz altı) manat borc və 39.83 (otuz doqquz manat səksən üç) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-357/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-357/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver