Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-366/2022 28.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh 1) xx.xx.2021-ci il tarixli 23028498 saylı müqaviləyə əsasən 654 (altı yüz əlli dörd) manat ödənilməmiş hissə,65 (altmış beş) manat cərimə borcu, 2)xx.xx.2021ci il tarixli 24050221 saylı müqaviləyə əsasən 592 (beş yüz doxsan iki) manat ödənilməmiş hissə,59 (əlli doqquz) manat cərimə borcu, 3)xx.xx.2021-ci il tarixli 22303704 saylı müqaviləyə əsasən 342,8 (üç yüz qırx iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 34,2 (otuz dörd manat iyirmi qəpik) manat cərimə borcu, 4)xx.xx.2021-ci il tarixli 24014972 saylı müqaviləyə əsasən 536,4 (beş yüz otuz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 53,6 (əlli üç manat altmış qəpik) manat cərimə borcu, 5) xx.xx.2021-ci il tarixli 23120639 saylı müqaviləyə əsasən 235 (iki yüz otuz beş) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə borcu, 6)xx.xx.2021-ci il tarixli 22456303 saylı müqaviləyə əsasən 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə borcu olmaqla,ümumilikdə 2832 (iki min səkkiz yüz otuz iki) manat borcun və 48,32 (qırx səkkiz manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,427.3,442,445, 468,741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23028498 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 804 manat olan “Hoffman” markalı soyuducu almış və nəticədə 719 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 150 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 24050221 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 617,4 manat İMEİ kodu **********07905 manat olan “Xiaomi Redmi 9T” markalı telefon,micro kart,ekran qoruyucu, “Huawei” markalı qulaqcıq almış və nəticədə 651 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 25,4 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22303704 saylı müqaviləyə əsasən,cavabdeh ilkin olaraq 60 manat ödəməklə,alqı satqı qiyməti 610,8 manat olan İMEİ kodu **********04405 nömrəli “Xiaomi Redmi 9T” markalı telefon almış və nəticədə 377 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 268 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 24014972 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 536,4 manat “Hoffman” markalı mini soba,“Gorenje” markalı izqara almış və nəticədə 590 manat borc yaranmışdır.Cavabdeh müqavilə üzrə ödəniş aparmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23120639 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 264,6 manat olan “Philips” markalı ətçəkən almış və nəticədə 258 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 29,6 manat təşkil edir Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22456303 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 325.2 manat olan “Braun” markalı şirəçəkən almış və nəticədə 237 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 109,2 manat təşkil edir. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 1) xx.xx.2021-ci il tarixli 23028498 saylı müqavilə üzrə tələb olunan 65 manat məbləğində cərimənin azaldılaraq 5 manat məbləğində, 2)xx.xx.2021-ci il tarixli 24050221 saylı müqavilə üzrə tələb olunan 59 manat məbləğində cərimənin azaldılaraq 9 manat məbləğində, 3)xx.xx.2021-ci il tarixli 22303704 saylı müqavilə üzrə tələb olunan 34,2 manat məbləğində cərimənin azaldılaraq 4 manat məbləğində,4) xx.xx.2021-ci il tarixli 24014972 saylı müqavilə üzrə tələb olunan 53,6 manat məbləğində cərimənin azaldılaraq 3 manat məbləğində, 5) xx.xx.2021-ci il tarixli 23120639 saylı müqavilə üzrə tələb olunan 23 manat məbləğində cərimənin azaldılaraq 3 manat məbləğində,6) xx.xx.2021-ci il tarixli 22456303 saylı müqavilə üzrə tələb olunan 21 manat məbləğində cərimənin azaldılaraq 1 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1) xx.xx.2021-ci il tarixli 23028498 saylı müqaviləyə əsasən 654 manat ödənilməmiş hissə,5 manat cərimə borcu,2)xx.xx.2021-ci il tarixli 24050221 saylı müqaviləyə əsasən 592 manat ödənilməmiş hissə, 9 manat cərimə borcu, 3)xx.xx.2021-ci il tarixli 22303704 saylı müqaviləyə əsasən 342,8 manat ödənilməmiş hissə, 4 manat cərimə borcu, 4)xx.xx.2021-ci il tarixli 24014972 saylı müqaviləyə əsasən 536,4 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu, 5) xx.xx.2021-ci il tarixli 23120639 saylı müqaviləyə əsasən 235 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu, 6) xx.xx.2021ci il tarixli 22456303 saylı müqavilə əsasən 216 manat ödənilməmiş hissə, 1 manat cərimə borcu olmaqla,ümumilikdə 2601,2 manat borc və 48,32 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1) xx.xx.2021-ci il tarixli 23028498 saylı müqaviləyə əsasən 654 (altı yüz əlli dörd) manat ödənilməmiş hissə,5 (beş) manat cərimə borcu, 2)xx.xx.2021-ci il tarixli 24050221 saylı müqaviləyə əsasən 592 (beş yüz doxsan iki) manat ödənilməmiş hissə,9 (doqquz) manat cərimə borcu, 3)xx.xx.2021-ci il tarixli 22303704 saylı müqaviləyə əsasən 342,8 (üç yüz qırx iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu, 4)xx.xx.2021-ci il tarixli 24014972 saylı müqaviləyə əsasən 536,4 (beş yüz otuz altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu, 5) xx.xx.2021-ci il tarixli 23120639 saylı müqaviləyə əsasən 235 (iki yüz otuz beş) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu, 6)xx.xx.2021-ci il tarixli 22456303 saylı müqaviləyə əsasən 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu olmaqla,ümumilikdə 2601,2 (iki min altı yüz bir manat iyirmi qəpik) manat borc və 48,32 (qırx səkkiz manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-366/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-366/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver