Məhkəmə qərarları › İş №e-2(077)-381/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-381/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-381/2022 14.11.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh 1) xx.xx.2020-ci il tarixli 20373824 saylı müqaviləyə əsasən 405 (dörd yüz beş) manat ödənilməmiş hissə,40 (qırx) manat cərimə borcu, 2) xx.xx.2020-ci il tarixli 20157392 saylı müqaviləyə əsasən 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə,32 (otuz iki) manat cərimə borcu, 3) xx.xx.2019-cu il tarixli 01020277 saylı müqaviləyə əsasən 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə,29 (iyirmi doqquz) manat cərimə borcu, 4) xx.xx.2019-cu il tarixli 00605398 saylı müqaviləyə əsasən 40 (qırx) manat ödənilməmiş hissə,4 (dörd) manat cərimə borcu olmaqla,ümumilikdə 1167 (bir min yüz altmış yeddi) manat borcun və 31,67 (otuz bir manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1,427.3,442,445, 468,741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20373824 saylı müqaviləyə əsasən,cavabdeh alqı-satqı qiyməti 428,4 manat olan “Gorenje” markalı tozsoran, “Hoffmann” markalı mikrodalğalı soba almış və nəticədə 445 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 23,4 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20157392 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 743,4 manat olan “Electrolux” markalı paltaryuyan almış və nəticədə 352 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 423,4 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01020277 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 1188 manat olan “LG” markalı televizor almış və nəticədə 326 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 891 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00605398 saylı müqaviləyə əsasən,cavabdeh alqı satqı qiyməti 600 manat İMEİ kodu **********69392 olan “Samsung Galaxy A30” markalı telefon almış və nəticədə 44 manat borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 560 manat təşkil edir. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 1) xx.xx.2020-ci il tarixli 20373824 saylı müqavilə üzrə tələb olunan 40 manat məbləğində cərimənin azaldılaraq 4 manat məbləğində, 2)xx.xx.2020-ci il tarixli 20157392 saylı üzrə tələb olunan 32 manat məbləğində cərimənin azaldılaraq 3 manat məbləğində, 3)xx.xx.2019-cu il tarixli 01020277 saylı üzrə tələb olunan 29 manat məbləğində cərimənin azaldılaraq 9 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1) xx.xx.2020-ci il tarixli 20373824 saylı müqaviləyə əsasən 405 manat ödənilməmiş hissə,4 manat cərimə borcu,2)xx.xx.2020-ci il tarixli 20157392 saylı müqaviləyə əsasən 320 manat ödənilməmiş hissə, 3 manat cərimə borcu, 3)xx.xx.2019cu il tarixli 01020277 saylı müqaviləyə əsasən 297 manat ödənilməmiş hissə,9 manat cərimə borcu, 4)xx.xx.2019-cu il tarixli 00605398 saylı müqaviləyə əsasən 40 manat ödənilməmiş hissə, 4 manat cərimə borcu olmaqla,ümumilikdə 1082 manat borc və 31,67 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1) xx.xx.2020-ci il tarixli 20373824 saylı müqaviləyə əsasən 405 (dörd yüz beş) manat ödənilməmiş hissə,4 (dörd) manat cərimə borcu,2)xx.xx.2020-ci il tarixli 20157392 saylı müqaviləyə əsasən 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə,3 (üç) manat cərimə borcu, 3)xx.xx.2019-cu il tarixli 01020277 saylı müqaviləyə əsasən 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə borcu, 4) xx.xx.2019-cu il tarixli 00605398 saylı müqaviləyə əsasən 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu olmaqla,ümumilikdə 1082 (bir min səksən iki) manat borc və 31,67 (otuz bir manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar