Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-42/2023 11.01.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin sədri X1, İddiaçı Cavabdeh qarşı «borc tələbi» barədə kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı (“Era Electronics”) xeyrinə 1145,98 manat əsas, 100 manat cərimə və 1287,99 manat əsas,100 manat cərimə borcu olmaqla, ümumilikdə 2633,97 manat məbləğində borcun və 47 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh aldığı 1919,98 manat dəyərində olan məişət avadanlıqlarını ilkin olaraq 50 manat ödəməklə 19 aylıq ödəniş cədvəli üzrə hər ay 104 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi icra etmir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 100 manat ödəniş etdikdən sonra borclunun 1145,98 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh aldığı 1499,99 manat dəyərində olan məişət avadanlıqlarını ilkin olaraq 50 manat ödəməklə 19 aylıq ödəniş cədvəli üzrə hər ay 81 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi icra etmir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 81 manat ödəniş etdikdən sonra borclunun 1287,99 manat borcu qalmışdır. Müqavilələrin şərtlərinə əsasən alıcı bu müqavilələrin şərtlərini pozduqda, mübahisəsiz olaraq cərimə ödəyir.Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir.Beləliklə,borclunun xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1145,98 manat əsas, 100 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1287,99 manat əsas, 100 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş,lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 1919,98 manat dəyərində olan məişət avadanlıqlarını ilkin olaraq 50 manat ödəməklə 19 aylıq ödəniş cədvəli üzrə hər ay 104 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 1499,99 manat dəyərində olan məişət avadanlıqlarını ilkin olaraq 50 manat ödəməklə 19 aylıq ödəniş cədvəli üzrə hər ay 81 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki,Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1145,98 manat əsas, 100 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1287,99 manat əsas,100 manat cərimə borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 47 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1145,98 (bir min yüz qırx beş manat doxsan səkkiz qəpik) manat əsas,100 (bir yüz) manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1287,99 (bir min iki yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat əsas,100 (bir yüz) manat cərimə borcu olmaqla,ümumilikdə 2633,97 (iki min altı yüz otuz üç manat doxsan yeddi qəpik) manat borc və 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-42/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-42/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver