Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-420/2023 15.12.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2019-cu il tarixli ECK5733359-M saylı müqaviləyə əsasən 851 manat əsas borc, 255 manat cərimə olmaqla, cəmi 1106 manat, xx.xx.2019-cu il tarixli ECK5793861 saylı müqaviləyə əsasən 235 manat əsas borc, 70 manat cərimə olmaqla, cəmi 305 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli ECK5733360 saylı müqaviləyə əsasən 181 manat əsas borc, 54 manat cərimə olmaqla, cəmi 235 manat, ümumilikdə 1646 manat borcun və 37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ECK5733359-M saylı müqaviləyə əsasən, Cavabdeh1 alqı-satqı qiyməti 2314 manat (18 ay x 123 manat + 100 manat ilkin ödəniş) olan 1 ədəd “Ege” markalı mətbəx mebeli, xx.xx.2019-cu il tarixli ECK5793861 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 618 manat (12 ay x 49 manat + 30 manat ilkin ödəniş) olan 1 ədəd “Samsung Galaxy A20S" markalı telefon, xx.xx.2019-cu il tarixli ECK5733360 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 558 manat (18 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan 1 ədəd “Beko" markalı stolüstü qaz və 1 ədəd “Beko” markalı aspirator almışdır. Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli ECK5733360 saylı müqavilənin təminatı qismində zaminlik müqaviləsi bağlanılmışdır. Alıcı tərəfindən xx.xx.2019-cu il tarixli ECK5733359-M saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 10 manat, xx.xx.2019-cu il tarixli ECK5733360 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 5 manat və xx.xx.2019-cu il tarixli ECK5793861 saylı müqavilə üzrə xx.xx.2021-ci il iarixdə 5 manat ödəniş edilmişdir. Nəticədə xx.xx.2019-cu il tarixli ECK5733359-M saylı müqaviləyə əsasən 851 manat əsas borc, 255 manat cərimə olmaqla, cəmi 1106 manat, xx.xx.2019-cu il tarixli ECK5793861 saylı müqaviləyə əsasən 235 manat əsas borc, 70 manat cərimə olmaqla, cəmi 305 manat, xx.xx.2019-cu il tarixli ECK5733360 saylı müqaviləyə əsasən 181 manat əsas borc, 54 manat cərimə olmaqla, cəmi 235 manat, ümumilikdə 1646 manat borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazimi qaydada bildiriş göndərilmiş, lakin onların tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazları məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış: xx.xx.2019-cu il tarixli ECK5733359-M saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 2314 manat (18 ay x 123 manat + 100 manat ilkin ödəniş) olan 1 ədəd “Ege” markalı mətbəx mebeli; xx.xx.2019-cu il tarixli ECK5793861 saylı müqavilənin surətindən görünür ki, alqısatqı qiyməti 618 manat (12 ay x 49 manat + 30 manat ilkin ödəniş) olan 1 ədəd “Samsung Galaxy A20S" markalı telefon; xx.xx.2019-cu il tarixli ECK5733360 saylı müqavilənin surətindən görünür ki, alqısatqı qiyməti 558 manat (18 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan 1 ədəd “Beko" markalı stolüstü qaz və 1 ədəd “Beko” markalı aspirator almışdır. İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli N-5733360 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin satıcı qarşısında xx.xx.2019-cu il tarixli ECK5733360 saylı nisyə alqı-satqı müqaviləsi üzrə alıcı ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli ECK5733359-M saylı müqaviləyə əsasən 851 manat əsas borc, 255 manat cərimə olmaqla, cəmi 1106 manat, xx.xx.2019-cu il tarixli ECK5793861 saylı müqaviləyə əsasən 235 manat əsas borc, 70 manat cərimə olmaqla, cəmi 305 manat, xx.xx.2019-cu il tarixli ECK5733360 saylı müqaviləyə əsasən 181 manat əsas borc, 54 manat cərimə olmaqla, cəmi 235 manat, ümumilikdə 1646 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 37 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi,cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə isə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh1 İddiaçı xx.xx.2019cu il tarixli ECK5733359-M saylı müqaviləyə əsasən 851 manat, xx.xx.2019-cu il tarixli ECK5793861 saylı müqaviləyə əsasən 235 manat, xx.xx.2019-cu il tarixli ECK5733360 saylı müqaviləyə əsasən 181 manat əsas borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan penya xx.xx.2019-cu il tarixli ECK5733359-M saylı müqaviləyə əsasən 35 manat, xx.xx.2019-cu il tarixli ECK5793861 saylı müqaviləyə əsasən 10 manat və xx.xx.2019-cu il tarixli ECK5733360 saylı müqaviləyə əsasən 8 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 80 faiz həcmində təmin edildiyinə görə 37 manat dövlət rüsumunun 29,60 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli ECK5733359-M saylı müqaviləyə əsasən 851 manat əsas borc, 35 manat cərimə olmaqla, cəmi 886 manat, xx.xx.2019-cu il tarixli ECK5793861 saylı müqaviləyə əsasən 235 manat əsas borc, 10 manat cərimə olmaqla, cəmi 245 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019cu il tarixli ECK5733360 saylı müqaviləyə əsasən 181 manat əsas borc, 8 manat cərimə olmaqla, cəmi 189 manat, ümumilikdə 1320 (bir min üç yüz iyirmi) manat borc və ödənilmiş dövlət rüsumunun 29,60 (iyirmi doqquz manat 60 qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-420/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-420/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver