Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-49/2024 12.02.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli 04301375 saylı müqaviləyə əsasən 319,19 manat ödənilməmiş hissə, 31,81 manat cərimə olmaqla, cəmi 351 manat borcun, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 976,10 manat ödənilməmiş hissə, 97,90 manat cərimə olmaqla, cəmi 1074 manat borcun, ümumilikdə 1425 manat borcun və 34,25 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04301375 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1253,44 manat (18 ay x 59,93 manat + 174,70 manat ilkin ödəniş), İMEİ kodu **********52712 olan “Samsung Galaxy A52” markalı telefon, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2441,60 manat (20 ay x 122,08 manat + 0 manat ilkin ödəniş) olan “Duygu” künc divanı almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2399,75 manat təşkil edir. Nəticədə xx.xx.2022-ci il tarixli 04301375 saylı müqaviləyə əsasən 319,19 manat ödənilməmiş hissə, 31,81 manat cərimə olmaqla, cəmi 351 manat, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 976,10 manat ödənilməmiş hissə, 97,90 manat cərimə olmaqla, cəmi 1074 manat, ümumilikdə 1425 manat borcu yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04301375 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1253,44 manat (18 ay x 59,93 manat + 174,70 manat ilkin ödəniş), İMEİ kodu **********52712 olan “Samsung Galaxy A52” markalı telefon, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2441,60 manat (20 ay x 122,08 manat + 0 manat ilkin ödəniş) olan “Duygu” künc divanı almışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 04094245 saylı müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli 04301375 saylı müqaviləyə əsasən 319,19 manat ödənilməmiş hissə, 31,81 manat cərimə olmaqla, cəmi 351 manat, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 976,10 manat ödənilməmiş hissə, 97,90 manat cərimə olmaqla, cəmi 1074 manat, ümumilikdə 1425 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 34,25 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli 04301375 saylı müqaviləyə əsasən 319,19 manat, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 976,10 manat ödənilməmiş hissə borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan dəbbə pulu xx.xx.2022-ci il tarixli 04301375 saylı müqaviləyə əsasən 15,81 manat, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 47,90 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 95 faiz həcmində təmin edildiyinə görə 34,25 manat dövlət rüsumunun 32,53 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 04301375 saylı müqaviləyə əsasən 319,19 manat ödənilməmiş hissə, 15,81 manat cərimə olmaqla, cəmi 335 (üç yüz otuz beş) manat borc, xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 976,10 manat ödənilməmiş hissə, 47,90 manat cərimə olmaqla, cəmi 1024 (bir min iyirmi dörd) manat borc, ümumilikdə 1359 (bir min üç yüz əlli doqquz) manat və dövlət rüsumunun 32,53 (otuz iki manat 53 qəpik) manat hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-49/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-49/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver