Məhkəmə qərarları › İş №e-2(077)-527/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-527/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-527/2025 18.02.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixli, 56309 saylı müqaviləyə əsasən 4818,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 481,89 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə əsasən 1650,06 manat ödənilməmiş hissə, 165,01 manat cərimə olmaqla, ümumilikdə 7139,48 manat borcun və 91,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 56309 saylı müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 5481,92 (beş min dörd yüz səksən bir manat, 92 qəpik) manat (18 ay x 299.44 manat + 92 manat ilkin ödəniş) olan İMEİ KODU **********15044 İPHONE 16 PRO MAX markalı telefon, APPLE ADAPTER, PAKET XXXL XİDMƏTİ, 2 ƏDƏD PLYONKAİSTEHSALİ XİDMƏTİ, QİZİZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün ümumilikdə, 5324,41 (beş min üç yüz iyirmi dörd manat, 41 qəpik) manat olmaqla ondan, 4818,92 (dörd min səkkiz yüz on səkkiz manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 481,89 (dörd yüz səksən bir manat,89 qəpik) manat borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1650,06 (min altı yüz əlli manat, 06 qəpik) manat (18 ay x 91,67 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 OYUN KONSOLU, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə, 1815,07 (min səkkiz yüz on beş manat, 07 qəpik) manat olmaqla ondan, 1650,06 (min altı yüz əlli manat, 06 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 165,01 (yüz altmış beş manat, 01 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2025-cü il tarixli müqaviləsinə əsasən QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİNDƏN xx.xx.2025-ci il tarixində imtina etmiş və məhsul 570 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 93 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 570 manat, ümumilikdə, 663 manat təşkil edir. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 56309 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 5481,92 manat (18 ay x 299.44 manat + 92 manat ilkin ödəniş) olan İMEİ KODU **********15044 İPHONE 16 PRO MAX markalı telefon, APPLE ADAPTER, PAKET XXXL XİDMƏTİ, 2 ƏDƏD PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 1650,06 manat (18 ay x 91,67 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 OYUN KONSOLU, ZƏMANƏT + 3 İL XİDMƏTİ almışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, 56309 saylı müqaviləyə əsasən 4818,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 481,89 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1650,06 manat ödənilməmiş hissə, 165,01 manat cərimə olmaqla, ümumilikdə cəmi 7139,48 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 91,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli, 56309 saylı müqaviləyə əsasən 4818,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1650,06 manat ödənilməmiş hissə borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə xx.xx.2025-ci il tarixli, 56309 saylı müqavilə üzrə 481,89 manat cərimənin, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 165,01 manat cərimənin alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixli, 56309 saylı müqavilə üzrə tələb olunan cərimə 241,89 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə isə 85,01 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 95 faiz həcmində təmin edildiyinə görə 91,40 manat dövlət rüsumunun 86,83 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, 56309 saylı müqaviləyə əsasən 4818,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 241,89 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1650,06 manat ödənilməmiş hissə, 85,01 manat cərimə olmaqla, ümumilikdə 6819,48 (altı min səkkiz yüz on doqquz manat 48 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 86,83 (səksən altı manat 83 qəpik) manat hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar