Məhkəmə qərarları › İş №e-2(077)-88/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-88/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-88/2022 03.03.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh 21.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********60874 olan “Samsung Galaxy A50” markalı telefon və 2 ədəd aksesuar üçün 803 (səkkiz yüz üç) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə borcu,19.11.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor, Sonorous Surefix asqı üçün 666 (altı yüz altmış altı) manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə borcu olmaqla,ümumilikdə 1615 (bir min altı yüz on beş) manat borcun və 36,15 (otuz altı manat on beş qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazımi qaydada bildiriş göndərilmiş,lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini,MPM 119.1-ci maddəsini nəzərə alaraq,məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 21.11.2019-cu il tarixli müqaviləyə əsasən,cavabdeh İMEİ Kodu **********60874 olan “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 883 manat məbləğində borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 102 manat təşkil edir.Həmçinin tərəflər arasında bağlanmış 19.11.2019-cu il tarixli müqaviləyə əsasən,cavabdeh “Samsung LED” markalı televizor, Sonorous Surefix asqı almış və nəticədə 732 manat məbləğində borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 684 manat təşkil edir. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də,21.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********60874 olan “Samsung Galaxy A50” markalı telefon və 2 ədəd aksesuar üçün 803 manat ödənilməmiş hissə, 80 manat cərimə pulu,19.11.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor, Sonorous Surefix asqı üçün 666 manat ödənilməmiş hissə,66 manat cərimə pulu borcu yaranmışdır.Ümumilikdə, 1615 manat borc və 36,15 manat dövlət rüsumu əsaslı olduğundan təmin edilməli, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21.11.2019-cu il tarixli müqaviləyə əsasən 803 (səkkiz yüz üç) manat ödənilməmiş borc,80 (səksən) manat cərimə borcu,19.11.2019-cu il tarixli müqaviləyə əsasən 666 (altı yüz altmış altı) manat ödənilməmiş borc,66 (altmış altı) manat cərimə borcu olmaqla,ümumilikdə 1615 (bir min altı yüz on beş) manat borc və 36,15 (otuz altı manat on beş qəpik) məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar