Məhkəmə qərarları › İş №e-2(077)-94/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-94/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-94/2023 06.03.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1) xx.xx.2020-ci il tarixli 20148711 saylı müqaviləyə əsasən 1668,40 manat ödənilməmiş hissə, 166,60 manat cərimə olmaqla, cəmi 1835 manat, 2) xx.xx.2020-ci il tarixli 20105399 saylı müqaviləyə əsasən 496 manat ödənilməmiş hissə, 49 manat cərimə olmaqla, cəmi 545 manat, ümumilikdə 2380 manat borcun və 43,80 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 1) xx.xx.2020-ci il tarixli 20148711 saylı müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 2248,40 manat (12 ay x 169,20 manat + 218 manat ilkin ödəniş), İMEİ kodu **********88369 olan “X3 9” markalı telefon, “Panasonic” markalı ətçəkən, “Remington” markalı fen, 2) xx.xx.2020-ci il tarixli 20105399 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1796,40 manat (18 ay x 99,80 manat + 0 manat ilkin ödəniş), “Panasonic”markalı ətçəkən, “Panasonıc” markalı mikrodalğalı soba, “Delonghi” markalı ızqara, “Philips”markalı fen ütü almışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1880,40 manat təşkil edir. Nəticədə xx.xx.2020-ci il tarixli 20148711 saylı müqaviləyə əsasən 1668,40 manat ödənilməmiş hissə, 166,60 manat cərimə olmaqla, cəmi 1835 manat, xx.xx.2020-ci il tarixli 20105399 saylı müqaviləyə əsasən 496 manat ödənilməmiş hissə, 49 manat cərimə olmaqla, cəmi 545 manat, ümumilikdə 2380 manat borcu yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20148711 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 2248,40 manat (12 ay x 169,20 manat + 218 manat ilkin ödəniş), İMEİ kodu **********88369 olan “X3 9” markalı telefon, “Panasonic” ətçəkən, “Remington” fen almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20105399 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 1796,40 manat (18 ay x 99,80 manat + 0 manat ilkin ödəniş), “Panasonic” ətçəkən, “Panasonıc” mikrodalğalı soba, “Delonghi” ızqara, “Philips” fen ütü almışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2020-ci il tarixli 20148711 saylı müqaviləyə əsasən 1668,40 manat ödənilməmiş hissə, 166,60 manat cərimə olmaqla, cəmi 1835 manat, xx.xx.2020-ci il tarixli 20105399 saylı müqaviləyə əsasən 496 manat ödənilməmiş hissə, 49 manat cərimə olmaqla, cəmi 545 manat, ümumilikdə 2380 manat borcu vardır. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 43,80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 20148711 saylı müqaviləyə əsasən 1668,40 manat ödənilməmiş hissə, 166,60 manat cərimə olmaqla, cəmi 1835 manat, xx.xx.2020-ci il tarixli 20105399 saylı müqaviləyə əsasən 496 manat ödənilməmiş hissə, 49 manat cərimə olmaqla, cəmi 545 manat, ümumilikdə 2380 (iki min üç yüz səksən) manat borc və 43,80 (qırx üç manat 80 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar