Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1033/2022 18.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh
1. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG Paltaryuyan üçün 435 (dörd yüz otuz beş) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə;
2. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple saat üçün 527.8 (beş yüz iyirmi yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 52.2 (əlli iki manat, iyirmi qəpik) manat cərimə olmaqla ümumilikdə, 1058 (bir min əlli səkkiz) manat məbləğində borc borcun və ödənilmiş 30.58 (otuz manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG Paltaryuyan, Apple saat almış və nəticədə 1058 (bir min əlli səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1534 (min beş yüz otuz dörd) manat (18 ay x 85 manat + 4 manat ilkin ödəniş) LG Paltaryuyan üçün ümumilikdə, 478 (dörd yüz yetmiş səkkiz) manat olmaqla ondan, 435 (dörd yüz otuz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43 (qırx üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 976 (doqquz yüz yetmiş altı) manat (12 ay x 73 manat + 100 manat ilkin ödəniş) Apple saat üçün ümumilikdə, 580 (beş yüz səksən) manat olmaqla ondan, 527.8 (beş yüz iyirmi yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52.2 (əlli iki manat, iyirmi qəpik) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1547.2 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 20184909 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- LG Paltaryuyan F4M5VS6S (gümüşü). İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- LG Paltaryuyan F4M5VS6S (gümüşü) tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 22025209 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model-Apple Watch 3/42mm. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Apple Watch 3/42mm tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG Paltaryuyan üçün 435 (dörd yüz otuz beş) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple saat üçün 527.8 (beş yüz iyirmi yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 52.2 (əlli iki manat, iyirmi qəpik) manat cərimə olmaqla ümumilikdə, 1058 (bir min əlli səkkiz) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG Paltaryuyan üçün 435 (dörd yüz otuz beş) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple saat üçün 527.8 (beş yüz iyirmi yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 52.2 (əlli iki manat, iyirmi qəpik) manat cərimə olmaqla ümumilikdə, 1058 (bir min əlli səkkiz) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Cavabdeh tutulacaq ümumilikdə 1058 (bir min əlli səkkiz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin (Kod 505141, VÖEN **********, M/H AZ82NABZ********************, SWİFT BİK PAHAAZ22, "xxxx" MMC, X2 107, Hesab AZ78PAHA40060AZNHC**********; Tel: 123103013; VÖEN **********) bank hesabına ödənilməlidir. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30.58 (otuz manat əlli səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qətetdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG Paltaryuyan üçün 435 (dörd yüz otuz beş) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple saat üçün 527.8 (beş yüz iyirmi yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 52.2 (əlli iki manat, iyirmi qəpik) manat cərimə olmaqla ümumilikdə, 1058 (bir min əlli səkkiz) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh tutulacaq ümumilikdə 1058 (bir min əlli səkkiz) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin (Kod 505141, VÖEN **********, M/H AZ82NABZ********************, SWİFT BİK PAHAAZ22, "xxxx" MMC, X2 107, Hesab AZ78PAHA40060AZNHC**********; Tel: 123103013; VÖEN **********) bank hesabına ödənilsin. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30.58 (otuz manat əlli səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Səfərəliyeva.