Məhkəmə qərarları › İş №e-2(078)-1047/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1047/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1047/2023 23.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 411 (dörd yüz on bir) manat məbləğində əsas borc, 41 (qırx bir) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 482 (dörd yüz səksən iki) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış R0051047 nömrəli, 09 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcının alıcıya 12 ay müddətinə 694 manat dəyərində olan Samsung A325 128, qızıl zəmanət 501-600 markalı əşyanı satdığını, borclunun aldığı əşyaya görə ilkin ödəniş etmədiyini və borclu olduğu 694 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissəhissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirdiyini və 283 manat ödəniş etdiyini, borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, 21 iyun 2023-cü il tarixdə isə yazılı xəbərdarlıq edildiyini, lakin borclunun yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmadığını, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 15 iyun 2023-cü il tarixə 41 manat məbləğində cərimə hesablandığını, iddia tələbi təmin edilərsə, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmalı olduğunu, cavabdehdən iddiaçının xeyrinə 411 (dörd yüz on bir) manat məbləğində əsas borcun, 41 (qırx bir) manat məbləğində cərimənin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulmalı olduğunu, bunları nəzərə alaraq, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 411 (dörd yüz on bir) manat məbləğində əsas borc, 41 (qırx bir) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 482 (dörd yüz səksən iki) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış R0051047 nömrəli, 09 avqust 2022-ci il tarixli Əşyanın nisyə alqı-satqı Müqaviləsinə əsasən, satıcı alıcıya bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 694 manat dəyərində olan əmtəəni (əşyanı) nisyə alqı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əşyaya görə 0 manat məbləğində ilkin ödəniş edir və borclu olduğu qalıq 694 manat məbləğində pulu satıcıya ödəməyi öhdəsinə götürür. 15 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən, 09 avqust 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 411 manat əsas borc və 41 manat cərimə borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən 14 iyul 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 17 iyul 2023-cü il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən və əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 411 (dörd yüz on bir) manat məbləğində əsas borc, 41 (qırx bir) manat məbləğində cərimə borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 482 (dörd yüz səksən iki) manat məbləğində pul alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış R0051047 nömrəli, 09 avqust 2022-ci il tarixli Əşyanın nisyə alqı-satqı Müqaviləsinə əsasən, satıcı alıcıya bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 694 manat dəyərində olan əmtəəni (əşyanı) nisyə alqısatqı şərtləri əsasında verir. Alıcı aldığı əşyaya görə 0 manat məbləğində ilkin ödəniş edir və borclu olduğu qalıq 694 manat məbləğində pulu satıcıya ödəməyi öhdəsinə götürür. 15 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən, 09 avqust 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 411 manat əsas borc və 41 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 411 (dörd yüz on bir) manat məbləğində əsas borc, 41 (qırx bir) manat məbləğində cərimə borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 482 (dörd yüz səksən iki) manat məbləğində pul alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar