Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1060/2023 15.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 5070.40 (beş min yetmiş manat qırx qəpik) manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, məhkəmə baxış iclasına iştirakları olmadan baxaraq həmin mülki iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 19 may 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “BMW X5” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Yasamal rayonu, R.Şərifzadə küçəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozduğunu, nəticədə “Saipa pride” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı və “Volkswagen Passat CC” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğunu, qeyd olunan hadisə ilə bağlı Yasamal RPİ tərəfindən qəbul olunmuş 02 iyun 2023-cü il tarixli qərarla “BMW X5” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğunun müəyyən edildiyini, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Saipa pride” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4130 (dörd min yüz otuz) manat, “Volkswagen Passat CC” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5155 (beş min yüz əlli beş) manat məbləğində maddi zərər dəydiyini, PME********** saylı sığorta şəhadətnaməsinə, 13 iyun 2023-cü il tarixli, İAS230729 saylı və 20 iyun 2023-cü il tarixli, İAS230730 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 5000 (beş min) manat məbləğində sığorta ödənişinin həyata keçirildiyini, Cavabdeh hadisə vaxtı “BMW” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etdiyini, buna görə də “BMW X5” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməli olduğunu, bunları nəzərə alaraq, Cavabdeh 5000 (beş min) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 5070.40 (beş min yetmiş manat qırx qəpik) manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: 25 may 2023-cü il tarixli qüsur aktlarına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “Saipa pride” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4130 (dörd min yüz otuz) manat, “Volkswagen Passat CC” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5155 (beş min yüz əlli beş) manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə, icbari sığorta müqaviləsinə dair məlumata, 13 iyun 2023-cü il tarixli, İAS230729 saylı və 20 iyun 2023-cü il tarixli, İAS230730 saylı sığorta ödənişi aktlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cəmi 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş 20 may 2023-cü il tarixli arayışa əsasən, 19 may 2023-cü il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsində “BMW” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil “Saipa” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, həmin avtomobil də fırlanaraq “Volkswagen” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və həmin avtomobil də “Mercedes E200 markalı”, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə “Saipa” markalı avtomobilin sürücüsü X3 xəsarət almışdır. Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsi tərəfindən qəbul olunmuş 02 iyun 2023cü il tarixli qərarla “BMW X5” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.4-cü maddəsinə əsasən, faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. 14.1.3-cü maddəsinə əsasən, fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün bu hal hesab edilir: şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması. 14.2.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətində ödənilir: əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz, yüngül xəsarət alması – 15 faiz. 63.1-ci maddəsinin tələbinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 70.40 (yetmiş manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5070.40 (beş min yetmiş manat qırx qəpik) manat məbləğində pul tutularaq, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Belə ki, 25 may 2023-cü il tarixli qüsur aktlarına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “Saipa pride” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4130 (dörd min yüz otuz) manat, “Volkswagen Passat CC” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5155 (beş min yüz əlli beş) manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə, icbari sığorta müqaviləsinə dair məlumata, 13 iyun 2023-cü il tarixli, İAS230729 saylı və 20 iyun 2023-cü il tarixli, İAS230730 saylı sığorta ödənişi aktlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cəmi 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş 20 may 2023-cü il tarixli arayışa əsasən, 19 may 2023-cü il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsində “BMW” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil “Saipa” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, həmin avtomobil də fırlanaraq “Volkswagen” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və həmin avtomobil də “Mercedes E200 markalı”, **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə “Saipa” markalı avtomobilin sürücüsü X3 xəsarət almışdır. Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsi tərəfindən qəbul olunmuş 02 iyun 2023-cü il tarixli qərarla “BMW X5” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 70.40 (yetmiş manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5070.40 (beş min yetmiş manat qırx qəpik) manat məbləğində pul tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-1060/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1060/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver