Məhkəmə qərarları › İş №e-2(078)-1062/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1062/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1062/2023 24.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 1/9 ünvanında yerləşən İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 14 iyun 2023-cü il tarixə yaranmış 146.90 manat əsas borc, 22 manat cərimə borcu olmaqla, cəmi 168.90 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsinə əsasən cavabdehin aldığı “Samsung” markalı tozsorana və “Eurogold” markalı asılqana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla, cəmi 599.90 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin müqavilənin şərtlərini pozaraq 22 fevral 2023-cü il tarixdə 45 manat son ödənişi etdiyini və qalıq qalmış borcu qaytarmadığını, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclunun borcu ödəməkdən boyun qaçırdığını, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcunun 220 manat təşkil etdiyini, cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarının 220 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-nin tərəflərindən güzəşt edildiyini, cavabdeh tərəfindən cərimə məbləğinin 10%-nin, yəni 22 manatın İddiaçı MMC-yə ödənilməli olduğunu, cavabdehin 14 iyun 2023-cü il tarixədək İddiaçı MMC-yə olan borcunun 146.90 manat əsas borc, 22 manat cərimə borcu olmaqla, cəmi 168.90 manat təşkil etdiyini, ona görə də, 168.90 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli olduğunu, bunları nəzərə alaraq, 14 oktyabr 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 14 iyun 2023-cü il tarixə yaranmış 146.90 manat əsas borc, 22 manat cərimə borcu olmaqla, cəmi 168.90 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli, ********* nömrəli Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsinə əsasən, müqavilənin predmeti satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı alıcıya müəyyən müddətə nisyə sataraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu satıcıya ödəməsinə dair pul öhdəliyidir. 14 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçınə 14 iyun 2023-cü il tarixə 146.90 manat əsas borc və 220 manat cərimə borcu olmaqla, cəmi 366.90 manat borcu vardır. Cərimənin hesablanmasının başlama tarixi: 14 yanvar 2022-ci il. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən 17 iyul 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 18 iyul 2023-cü il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən və əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 146.90 (yüz qırx altı manat doxsan qəpik) manat əsas borc və 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, cəmi 168.90 (yüz altmış səkkiz manat doxsan qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli, ********* nömrəli Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsinə əsasən, müqavilənin predmeti satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı alıcıya müəyyən müddətə nisyə sataraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu satıcıya ödəməsinə dair pul öhdəliyidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 146.90 (yüz qırx altı manat doxsan qəpik) manat əsas borc və 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, cəmi 168.90 (yüz altmış səkkiz manat doxsan qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar