Məhkəmə qərarları › İş №e-2(078)-1071/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1071/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1071/2025 17.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi:

1. "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 Qalan Borc üçün 1286.10 (bir min iki yüz səksən altı manat, on qəpik) manat ödənilməmiş hissə və ödənilmiş 32.87 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır.

3. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

4. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa,məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir.

5. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz.

6. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli Razılşamada “Məhsulun qaytarılmasından sona qalan borc”un 6 ay müddətində aylıq 214.35 manat olmaqla qaytarılmasını razılaşdırsalar da, həmin borcun hansı məhsulun qaytarılmasından yarandığını, qeyd edilən razılaşmanın tərəflər arasında həmin məhsulun ilkin alınmasına dair müqaviləyə, razılaşmaya və.s uyğun olub-olmadığını təsdiqləyən sübutlar təqdim olunmamışdır. Bu barədə iddiaçı tərəfə müvafiq sənədlərin təqdim olunması təklif olunsa da, iddiaçı tərəfdən tələbi təsdiqləyən hər hansı sənədlər təqdim olunmamışdır.

7. Belə olan halda məhkəmə hesab edir ki, hazırki tələbin sadələşdirilmiş məhkəmə icraatında baxılması mümkün deyildir.

8. MPM-nin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.

9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 284-4.2 və 284-4.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar