Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1084/2024 26.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixdə ödədiyi beh (avans) məbləğindən 1000 (bir min) manatın, o cümlədən dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə dövlət ipoteka krediti götürmək üçün elektron hökumət portalında özünə məxsus kabinet vasitəsi ilə müraciət etmiş, müraciəti qəbul olunmuş, müvəkkil bank qismində "xxxx" ASC-ni seçmişdir. xx.xx.2024-cü il tarixdən "xxxx" ASC tərəfindən müraciəti aktivləşdirilmiş və Bakı şəhərində mənzil tapmağı üçün ona 45 gün müddət verilmişdir. Bakı şəhərində mənzil axtararkən bir çox maklerlərə müraciət etmiş, onlardan biri vasitəsi ilə sonda ünvan 1 ünvanında yerləşən Cavabdeh yoldaşına məxsus ümumi birgə mülkiyyətdə olan mənzili bəyənmişdir. Mənzilə bir neçə dəfə baxmışlar. Mənzil binanın sonuncu mərtəbəsində yerləşdiyindən ev sahiblərindən dəfələrlə həmin mənzilə ipoteka düşüb-düşməməsi, mənzilin texniki mərtəbədə yerləşib-yerləşməməsini soruşmuşdur. Cavabdeh hər dəfə mənzilin yaşayış sahəsi kimi reyestr qeydiyyatına alındığını, texniki mərtəbə olmadığını, ipoteka krediti verilə biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə mənzilə bir dəfə də baxdıqdan sonra Cavabdeh 2 nəfər şahidin yanında özünə məxsus hesabdan 2000 manat pulu beh kimi cavabdehə məxsus kart hesabına elektron qaydada göndərmişdir. Şifahi formada cavabdehlə razılaşaraq, mənzili dövlət ipoteka krediti ilə götürdüyünü, "xxxx" ASC tərəfindən müraciətinin qəbul olunduğunu, ona mənzil tapmağı üçün 45 gün müddət verildiyini, əgər ondan asılı olmayan hər hansı səbəbdən bank tərəfindən mənzillə bağlı problemə görə ipotekadan imtina olunduğu təqdirdə, verdiyi behin geri qaytarılacağı ilə bağlı razılaşmışlar. xx.xx.2024-cü il tarixdə cavabdeh evin bütün sənədlərinin qaydasında olduğunu, hər hansı yüklülüyünün olmadığını, bank tərəfindən mənzillə bağlı yarana biləcək problemə görə imtina olunduğu təqdirdə verilmiş pulu geri qaytaracağını bildirmişdir. Banka təqdim etmək üçün mənzilin texniki pasportunu, çıxarışının surətini cavabdehdən istədikdə cavabdeh ona ASAN xidmətə müraciət etdiyini yaxın bir neçə günə həm mənzilin çıxarışının, həm də texniki pasportunun surətini ona təqdim edəcəyini bildirmişdir. Kapital bank tərəfindən ona verilən müddətin son günü xx.xx.2024-cü il tarixdə bitdiyindən, xx.xx.2024-cü il tarixə kimi mənzilin sənədlərinin surətlərini, müvafiq arayışları təqdim etməli idi. Cavabdeh onu iki həftədən çox gözlədərək xx.xx.2024-cü il tarixdə mənzilin sənədlərinin surətlərini təqdim etmişdir. Daha sonra mənzil sahəsi qiymətlədirilərkən texniki pasportda mənzilin texniki mərtəbə olması qeyd olunmuş, qiymətləndirici şirkət tərəfindən texniki mərtəbəyə ipoteka krediti ayrılmayacağı ona bildirilmişdir. Cavabdehə zəng vuraraq niyə mənzilin texniki mərtəbə olmasını ona bildirmədiyni, onu niyə aldatdığını, bildirdikdə, özünün də bundan xəbəri olmadığını, sənədləri çıxardıqdan sonra xəbərinin olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə Kapital bank tərəfindən özü, Cavabdeh və onun yoldaşı qəbul edilərək, növbəti həftə mənzilin alqı-satqısının olacağı onlara bildirilmişdir. xx.xx.2024-cü il tarixdə Kapital bank tərəfindən ipoteka krediti ilə bağlı müraciətinə imtina verildiyi bildirilmiş, elektron hökumət portalında yerləşən kabinetinə imtina məktubu göndərilmişdir. İmtinanın səbəbi kimi alıcı və satıcının yaxın qohum olması göstərilmiş, lakin bankın filialında görüş zamanı imtinanın əsl səbəbinin bank tərəfindən həmin mənzilə dövlət ipoteka krediti verilə bilməyəcəyi, mənzilə bağlı problem olduğu, bununla belə ona kredit düşdüyü bildirilmiş, başqa mənzil tapılması ona təklif olunmuş, lakin 45 günlük müddət keçdiyi üçün yenidən ipoteka krediti götürmək üçün müraciət etməli olduğu ona bildirilmişdir. Bundan sonra cavabdehlə danışaraq bank tərəfindən imtina olunmasını, imtinanın səbəbini, qeyd edərək yenidən ipoteka krediti üçün müraciət edəcəyini, gözləmək imkanı olduğu təqdirdə, cavabdehdən ona müəyyən müddət tanımasını xahiş etmişdir. Dövlət ipoteka krediti üzrə ölkə miqyasında limitlər olmadığı üçün xx.xx.2024-cü il tarixədək gözləməli olmuşdur. Gözlədiyi müddət ərzində Kapital bank ASC-nin mərkəz filialının hərəkətlərindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna, Kapital Bank ASC-nin baş ofisinə şikayət etmişdir. Daha sonra Kapital bank ASC tərəfindən şikayətinə baxılaraq imtinanın səbəbi kimi yaranacaq münasibətlərin qeyri-sağlam olacağı, həmin mənzilə ipoteka ayrıla bilməməsi bu səbəbdən bankın imtina etdiyi bildirilmişdir. Cavabdeh başqa bank vasitəsi ilə mənzili almaq üçün gözləmək xahişini qəbul edərək xx.xx.2024-cü il tarixədək gözləsə də bu tarixdən sonra mənzili ona satmaq istəmədiyini, satmaqdan imtina etdiyini bildirmişdir. Ona başqa bir bankdan daxili ipoteka krediti ilə mənzili almaq istədiyini bir həftə içində ona mənzilin dəyərini ödəyəcəyini bildirsə də, cavabdeh ümumiyyətlə mənzili satmaqdan imtina etmişdir. Bundan sonra cavabdehə göndərdiyi behi geri qaytarmasını bildirsə də, cavabdeh ona mənzilin sənədlərinin çıxarılması üçün xərc çəkdiyini, behi maklerə verdiyini, pulu ondan tələb etməyini bildirmişdir. Daha sonra mənzili alarkən vasitəçilik edən Xaqani bəylə əlaqə saxlayaraq və onunla görüşərək ödədiyi behi tələb etmiş, Xaqani bəy iyun ayının 12-də ödədiyi behdən 1000 manatını Cavabdeh geri alaraq özünə məxsus kart hesabına göndərmişdir. Yenidən cavabdehlə telefon vasitəsi ilə danışaraq yerdə qalan 1000 manatı tələb etsə də, cavabdeh mənzili sənədləşdirməyə min manatadək xərc çəkdiyini bildirirərək min manatı qaytarmaqdan imtina etmişdir. Cavabdehə evinin sənədləşdirməli olduğunu, bu vaxta qədər sənədlərinin olmamasının onun səhvliyi olduğunu, evi satmaqdan onun imtina etdiyini, bu vəziyyətdə satıcı tərəfindən behi geri qaytarılmalı olduğunu bildirsə də, behin qalan min manatını qaytarmaqdan yenə də imtina etmişdir. Bu da cavabdehin beh ödəyərkən ona yalan dediyini, evinin sənədlərinin hazır olmadığını təsdiq edir. Cavabdeh evinin texniki mərtəbədə olduğundan həmin mənzildə yaşadığı 10 il ərzində necə xəbəri olmaya bilər? (ipoteka rəsmiləşdirilməsi zamanı cavabdeh tərəfindən ona təqdim olunmuş müqaviləyə əsasən cavabdehin mənzili 2014-cü ildə alması məlum olur). İpoteka kreditinin Kapital bank ASC tərəfindən verilməsindən imtina özünün təqsiri ucbatından olmamışdır. Bank tərəfindən ona kredit ayrılmasında hər hansı maneə olmadığı, lakin həmin mənzilə ipoteka krediti verə bilməyəcəklərini, başqa mənzil axtarmalı olduğu bankın əməkdaşları, həmçinin Kapital bankın mərkəz filialının fərdi bankçılıq bölməsinin müdiri tərəfindən də ona bildirilmişdir. Bu vəziyyətdə yuxarıda da qeyd olunan Mülki Məcəllənin 492.1-ci maddəsinə əsasən beh geri qaytarılmalıdır. Onu da qeyd etmək lazımdır ki, cavabdeh xx.xx.2024-cü il tarixdə imtina etməsəydi bir həftə ərzində mənzili başqa bank vasitəsi ilə götürərək mənzilin dəyərini tam şəkildə ödəyəcəkdi. Cavabdeh təkcə mənzili satmaqdan imtina etməklə başqa mənzil axtarmaq imkanından da onu məhrum etmiş, beləliklə bank tərəfindən ona verilmiş 45 günlük müddət bitmişdir. Bununla da yenidən ipoteka krediti almaq üçün gözləməli olmuşdur. 26 noyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X1 iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 izahatında 02 fevral 2024-cü il tarixində həyat yoldaşı İddiaçı ipoteka ilə mənzil götürmək istədiyini, banka müraciət etdiyini, banka sənədləri hazırlayıb 09 fevral 2024-cü il tarixində təqdim etdiklərini sonra bankın mənzil tapmaq üçün 40 günlük müddət verdiyini, Sabunçu rayonunda yerləşən evi bəyəndiklərini, cavabdehin həyat yoldaşının da evdə olduğunu, sənədlərin hazır olduğunu, heç bir problem olmadığını, həmçinin ipotekaya yararlı ev olduğunu dediklərini, bundan sonra İddiaçı 2000 manat behi cavabdehə məxsus kart hesabına köçürdüyünü, sonra cavabdehin sənədləri hazırlamasının 3 həftə çəkdiyini, qiymətləndirmə tərəfindən evə baxıldığını, evin texniki mərtəbə olduğunun və ipotekaya yararsız olduğunun deyildiyini, cavabdehin bundan xəbəri olmadığını dediyini, Kapital bankın həmin evə ipoteka verməkdən imtina etdiyini, verilən müddətin də başa çatdığını, sonra cavabdehə başqa banka ipoteka üçün müraciət edəcəklərini dediklərini, müddət verməsini istədiklərini, cavabdehin 150000 manatı 1 gün içində vermələrini əks halda evi başqasına satacağını bildirdiyini, iddiaçının da maddi imkanı olmadığını, ödədiyi behi geri qaytarmasını istədiyini, cavabdehin isə 1000 manatını qaytardığını, qalan 1000 manatı qaytarmadığını, evi sənədləşdirərkən xərci çıxdığını, qalan pulu qaytarmayacağını bildirdiyini, halbuki evi həmin vaxtadək sənədləşdirməməsinin özlərinin problemi olmadığını, qalan 1000 manatın cavabdeh tərəfindən qaytarılmasını istədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə mənzil götürmək istədiyini, 02 fevral 2024-cü il tarixində banka müraciət etdiyini, banka sənədləri hazırlayıb 09 fevral 2024-cü il tarixində təqdim etdiyini, sonra bankın mənzil tapmaq üçün 45 günlük müddət verdiyini, Sabunçu rayonunda yerləşən evi bəyəndiklərini, evin 19-cu mərtəbəli binanın 19-cu mərtəbəsində yerləşdiyini, evin ipotekaya yararlı olub-olmadığını soruşduğunu, cavabdehin sənədlərin hazır olduğunu, heç bir problem olmadığını, həmçinin ipotekaya yararlı ev olduğunu dediyini, bundan sonra 2000 manat behi cavabdehə məxsus kart hesabına köçürdüyünü, həmin vaxt cavabdehin, onun həyat yoldaşının da yanında olduğunu, həmin vaxt evin özlərindən asılı olmayan səbəbdən alına bilməyəcəyi təqdirdə behin cavabdeh tərəfindən özünə geri qaytarılacağı barədə razılaşdıqlarını, sonra cavabdehin sənədlərin hazır olmadığını dediyini, hazırlamasının 3 həftə çəkdiyini, qiymətləndirmə tərəfindən evə baxıldığını, evin texniki mərtəbə olduğunun və ipotekaya yararsız olduğunun deyildiyini, cavabdehin bundan xəbəri olmadığını dediyini, Kapital bankın həmin evə ipoteka verməkdən imtina etdiyini, verilən müddətin də başa çatdığını, sonra cavabdehə başqa banka ipoteka üçün müraciət edəcəyini bildirdiyini, müddət verməsini istədiyini, cavabdehin 150000 manatı 1 gün içində verməsini əks halda evi başqasına satacağını bildirdiyini, özünün də maddi imkanı olmadığını, ödədiyi behi geri qaytarmasını istədiyini, cavabdehin isə 1000 manatını qaytardığını, qalan 1000 manatı qaytarmadığını, evi sənədləşdirərkən xərci çıxdığını, qalan pulu qaytarmayacağını bildirdiyini, halbuki evi həmin vaxtadək sənədləşdirməməsinin özünün problemi olmadığını, qalan 1000 manatın cavabdeh tərəfindən qaytarılmasını istədiyini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 6 , mənzil 224 (Yeni qaydalarla: AZ 1040, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 98.40 m2 olan mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə X4 adına qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli, AZ-T seriyalı, 046879 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh arasında 07 sentyabr 2015-ci il tarixdə Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikah kitabında 72 nömrə ilə qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş X11 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı yaşayış sahəsinin alınması məqsədilə 02 fevral 2024-cü il tarixdə "Kapital Bank” ASC-nin "28 May” filialına müraciət etmişdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun qaydalarına uyğun olaraq İddiaçı anderraytinqi aparılmış və kreditin ayrılmasına müsbət qərar verilmişdir. İddiaçı 14 mart 2024-cü il tarixdə Bakı şəhəri , Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 26, M20, m9 yaşayış sahəsinə aid sənədləri təqdim etmiş və qiymətləndirmə şirkətinə müraciət olunmuşdur. Lakin, Sayıcıya aid sənədlərin təqdim edilən zaman, eyni zamanda filial rəhbərliyi tərəfindən alıcı və satıcı ilə keçirilmiş görüş zamanı baş tutacaq alqı-satqı əməliyyatının qeyri-sağlam xarakter daşıması şübhəsi yaranmışdır. Araşdırılma zamanı müştərinin satıcı ilə təkidlə qeyd edilən yaşayış sahəsini almaq istəməsi və digər şübhəli davranışları nəzərə alınıb kreditin verilməsindən imtina edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş 27 may 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, banklar ipoteka kreditlərini almaq üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini qaydalara uyğun qiymətləndirərək kreditin verilməsi barədə müstəqil qərar çıxarırlar. Müvəkkil bank maliyyələşdirdiyi alqı-satqı əməliyyatının hər bir halda sağlam xarakter daşımasını araşdırmalıdır. İddiaçı Fondun vəsaiti hesabına ipoteka kreditinin alınması üçün "Kapital Bank” ASC-yə etdiyi müraciətə bank tərəfindən imtina edilməsi Fondun digər müvəkkil banklarına təkrar müraciət etmək hüququnu məhdudlaşdırmır. İddia ərizəsinə əlavə olunmuş 21 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə +994 77 *** ** ** mobil nömrəsinə adi M10 hesabdan 4105 11** **** 3630 nömrəli bank kartına 2000 (iki min) manat məbləğində pul köçürülmüşdür. İddia ərizəsinə əlavə olunmuş M10 mobil tətbiqinin “məlumatlarım” bölməsindən çıxarışdan görünür ki, +994 77 *** ** ** mobil nömrəsi ilə açılmış m10 hesabı İddiaçı (FİN:xxxxxxx) məxsusdur. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 4105-1104-1249-3630 nömrəli kart FİN kodu xxxxxxx olan Cavabdeh adınadır. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatını dinləyib, həmin izahatı iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Hüseynov X5 şəhəri, 12-ci məhəllə, ev 39 ünvanında rəsmi qeydiyyatdadır. Həmçinin iddia ərizəsindən görünür ki, Cavabdeh ünvan 4 ünvanında yaşayır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun ünvanına rəsmi qaydada göndərilmişdir. Həmçinin məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə sms bildirişlər göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.3-cü maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Qanunvericiliyin qeyd olunan normalarını iş materialları ilə əlaqəli formada tədqiq edən məhkəmə belə qeyd edir ki, tərəflər arasında beh və ya ilkin alqısatqı müqaviləsi bağlanmamışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi istər beh, istərsə də daşınmaz əşyalarla bağlı ilkin müqavilə yazılı formada bağlanmalıdır və həmin formaya riayət edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Belə olan halda tərəflər arasında gələcəkdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması məqsədilə iddiaçı tərəfindən cavabdehə verilən 2000 (iki min) manat məbləğində pul beh kimi yox avans kimi qiymətləndirilməlidir. Avans anlayışının mülki qanunververicilikdə tənzimlənməsə də mülki hüquq ədədbiyyatında avans haqqında anlayış və onun behdən fərqli cəhətləri öz əksini tapmışdır. Avans və behin oxşar və fərqli cəhətlərini qarşılıqlı şəkildə əlaqələndirdikdə və bu fərqli cəhətləri ümumiləşdirdikdə belə aydın olur ki, avans əmlakın verilməsinə, xidmətlərin göstərilməsinə, yaxud iş görülməsinə yönələn müqavilə üzrə borclunun kreditora gələcəkdə həyata keçirəcəyi ödəniş hesabına verdiyi pul məbləği və ya maddi nemətdir, həmin müqavilə lazımınca icra edildikdə avans son ödəniş hesabına daxil edilir, müqavilə icra edilmədiyi halda isə geri qaytarılır. Belə ki, beh və avans hər ikisi ödəmə funksiyası yerinə yetirir. Beh yalnız öhdəlik icra edildikdə ödəmə funskiyasına malik olur, öhdəlik icra edilmədikdə isə cərimə funksiyası yerinə yetirir, yəni əsas öhdəliyin icra edilməməsi hər hansı tərəfin təqsirindən asılı olaraq bu halda beh haqqında müqavilə üzrə cərimənin qaytarılması, qarşı tərəfdə qalması və ya ikiqat hesablanması ilə bağlı normalar qüvvəyə minir. Bundan fərqli olaraq əsas öhdəlik icra olunmadıqda avans cərimə funksiyası yerinə yetirmir, yəni geri qaytarılır. Hazırki mülki iş üzrə iddia tələbində tərəfin həyata keçirəcəyi ödənişlər hesabına kontragentə verdiyi pul məbləğinin beh və ya avans olmasını sübut etmək lazımdır. Yaranan şübhələrə aydınlıq gətirmək üçün qanun prezumsiya müəyyən edir (Mülki Məcəllənin 491.3-cü maddəsi). Bu prezumsiyaya görə, əksi sübut olunana kimi, müqavilə üzrə verilən pul məbləği beh yox avans hesab edilir. Əgər həmin məbləğin beh kimi verilməsi sübut olunarsa onda o avans kimi ödənilmiş sayılmır, yəni beh hesab olunur. Daha doğrusu, əksi sübut olunana kimi ödənilmiş məbləğ avans sayılır. Məhkəmə yuxarıda qeyd edilən halları hazırki iddia tələbinə tətbiq edilməsini zəruri hesab edir. Belə ki, tərəflər arasında beh müqaviləsi yazılı şəkildə bağlanmamışdır və bu hal işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçının cavabdehə verdiyi pul məbləği avans hesab edilir. Məhkəmə bununla bağlı olaraq isə qeyd edir ki, iddiaçı ev almaq niyyəti ilə cavabdehə pul versə də iş materiallarından görünür ki, evin mülkiyyətçisi cavabdeh yox onun arvadıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin həmin məbləği nə avans nə də beh kimi qəbul etmək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi iş üzrə tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı 2000 (iki min) manat məbləğində pulu Cavabdeh avans kimi verməsi və cavabdehin həmin pulun 1000 (bir min) manatını iddiaçıya qaytarmaması ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir müqavilə və ya qanuni əsas olmadan cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının ona verdiyi pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 1000 (bir min) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -1000 (bir min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 1000 (bir min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1084/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1084/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver