Məhkəmə qərarları › İş №e-2(078)-1125/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1125/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1125/2023 08.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 aprel 2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********39554 olan Samsung Galaxy A32 markalı telefon üçün 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissənin, 73 (yetmiş üç) manat cərimənin, 01 may 2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********96861 olan X1 11 markalı telefon üçün 642 (altı yüz qırx iki) manat ödənilməmiş hissənin, 64 (altmış dörd) manat cərimənin, ümumilikdə 1511 (min beş yüz on bir) manat borcun və 35.11 (otuz beş manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 30 aprel 2022-ci il və 01 may 2022-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********39554 olan Samsung Galaxy A32 markalı telefon və İMEİ kodu **********96861 olan X1 11 markalı telefon aldığını və nəticədə 1511 (min beş yüz on bir) manat borcun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 30 aprel 2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 732 (yeddi yüz otuz iki) manat (12 ay x 61 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********39554 olan Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə 805 (səkkiz yüz beş) manat olmaqla, ondan 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 73 (yetmiş üç) manat cərimə pulu, 01 may 2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 642 (altı yüz qırx iki) manat (12 ay x 53.5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********96861 olan X1 11 markalı telefon üçün ümumilikdə 706 (yeddi yüz altı) manat olmaqla, ondan 642 (altı yüz qırx iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64 (altmış dörd) manat cərimə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 0 manat təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış 30 aprel 2022-ci il və 01 may 2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdehin əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığından, həmçinin göndərdikləri 17 may 2023-cü il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədənkənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, bunları nəzərə alaraq, 30 aprel 2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********39554 olan Samsung Galaxy A32 markalı telefon üçün 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissənin, 73 (yetmiş üç) manat cərimənin, 01 may 2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********96861 olan X1 11 markalı telefon üçün 642 (altı yüz qırx iki) manat ödənilməmiş hissənin, 64 (altmış dörd) manat cərimənin, ümumilikdə 1511 (min beş yüz on bir) manat borcun və 35.11 (otuz beş manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 30 aprel 2022-ci il tarixli, 02991970 nömrəli və 01 may 2022-ci il tarixli, 02091352 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 21 iyul 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 30 aprel 2022-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 732 manat olan İMEİ kodu **********39554 olan Samsung Galaxy A32 markalı telefon üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 61 manat, 01 may 2022-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 642 manat olan İMEİ kodu **********96861 olan X1 11 markalı telefon üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 53.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 01 avqust 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 02 avqust 2023cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 30 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat cərimə borcu və 01 may 2022-ci il tarixli müqaviləyə əsasən 642 (altı yüz qırx iki) manat ödənilməmiş hissə, 64 (altmış dörd) manat cərimə borcu olmaqla, cəmi 1511 (min beş yüz on bir) manat məbləğində borc və 35.11 (otuz beş manat on bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 01 may 2022-ci il tarixli, 02091352 nömrəli və 30 aprel 2022ci il tarixli, 02991970 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 21 iyul 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 30 aprel 2022-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 732 manat olan İMEİ kodu **********39554 olan Samsung Galaxy A32 markalı telefon üçün ilkin ödənişsiz manat olmaqla, 12 ay müddətinə ayda 61 manat, 01 may 2022-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 642 manat olan İMEİ kodu **********96861 olan X1 11 markalı telefon üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 53.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 30 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat cərimə borcu və 01 may 2022-ci il tarixli müqaviləyə əsasən 642 (altı yüz qırx iki) manat ödənilməmiş hissə, 64 (altmış dörd) manat cərimə borcu olmaqla, cəmi 1511 (min beş yüz on bir) manat məbləğində borc və 35.11 (otuz beş manat on bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar