Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1150/2025 26.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı5 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Cavabdeh1nə və X53 qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Çıxarışların ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbi) Hаkim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X35 iclas kаtibliyi, İddiaçı1 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı5 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Cavabdeh1nə və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Çıxarışların ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı5 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Cavabdeh1nə və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Çıxarışların ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər ikinci dövlət notariat kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Naxçıvan ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X62 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, Naxçıvan şəhər ikinci dövlət notariat kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 1 ünvanında yerləşən Reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X19, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X6, 1/14 hissəsi üzərində X15 və 1/14 hissəsi üzərində X10 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş Çıxarışın ləğv edilməsi, Naxçıvan ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X62 tərəfindən 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 1 ünvanında yerləşən Reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X46, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X6, 1/14 hissəsi üzərində X15 və 1/14 hissəsi üzərində X10 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş Çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən Reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlak üzərində X46 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 Firudin qızının 1/6 hissə, İddiaçı4 1/6 hissə, İddiaçı5 1/6 hissə və X11 1/6 hissə paya malik olduğuna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi vəzifəsi Naxçıvan ASAN xidmət mərkəzində notariat ofisinə həvalə edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 mart 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən, reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X46, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X6, 1/14 hissəsi üzərində X15 və 1/14 hissəsi üzərində X10 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeyd edilən əmlak X2nun tam mülkiyyətində olmuş və nikahdan əvvəl əldə edilmiş əmlak olmuşdur.
3. X36 02 sentyabr 1997-ci ildə vəfat etmişdir və 15 oktyabr 1997-ci ildə 276 nömrə ilə ölümü qeydə alınmışdır. X20 həyat yoldaşı, yəni anaları X40 17 noyabr 2011-ci ildə vəfat etmişdir və ölümü 18 aprel 2013-cü ildə 114 nömrə ilə qeydə alınmışdır. Nihad Həsənli valideynlərinin nəvələrindən biridir. X2 və anaları X22 birgə nikahlarından 6 övladı olmuşdur ki, onlardan beşi bu iddia ərizəsi üzrə iddiaçılardır. Nihad Həsənliyə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda beş vərəsənin hər birinin atasına məxsus əmlak üzərində 1/14 hissə paya malik olduğu öz əksini tapmışdır. Daşınmaz əmlakın sadəcə atalarının tam mülkiyyətində olduğu halda, 5 vərəsənin hər birinə sadəcə 1/14 payın müəyyən edilməsi düzgün olmamışdır.
4. Nihad Həsənlinin atalarına məxsus əmlak üzərində 9/14 hissə paya malik olmasının hansı sənədlər əsasında qeydə alındığına dair Naxçıvan MR Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Şöbəsinə və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə verilmiş sorğular əsasında əldə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, atalarına öz atasından, yəni babalarından qalmış miras əmlak heç bir hüquqi əsas olmadan ata və analarının birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilmişdir.
5. Bunun nəticəsində, atalarına məxsus əmlakın 1/2 hissəsinin anaları Tutu Quliyevaya məxsus olduğu hesab edilmiş və atalarının həmin əmlakda payı 1/2 hesab edilərək, vərəsələrin - 6 uşaq və anaları da daxil olmaqla 7 nəfər vərəsənin payı hesablanmışdır. Beləliklə, hesab edilmişdir ki, anaları Tutu Quliyevanın mübahisəli miras əmlakda 1/2 hissə payı və atalarından miras qalan 1/2 hissədə də 1/7 hissə payı vardır. Bunlar bu şəkildə müəyyən edilərək, heç bir digər vərəsələrə xəbər verilmədən məlum olmayan tarixdə anaları Tutu Quliyevadan ərizə alınmışdır ki, o, miras əmlakdan özünə məxsus 1/2 hissə və atalarından miras olaraq aldığı 1/14 (1/2 : 1/7) hissədən digər vərəsə, yəni X59nın xeyrinə imtina edir.
6. Halbuki, Nihad Həsənli heç miras əmlakda yaşamır. Həmin miras əmlaka evin dağılmaması üçün vərəsələrdən Fəxrəddin Qulizadə tərəfindən mütəmadi qulluq edilir, köklü yaxşılaşdırmalar aparılmış və aparılır. Sorğu əsasında onlara təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, ataları 1997-ci ilin sentyabrında vəfat etsə də, analarının miras əmlakda payı 2007-ci ildə müəyyən edilmiş və bu zaman atalarının digər vərəsələrinə notarius tərəfindən heç bir məlumat verilməmişdir və miras payın məhkəmə qaydasında müəyyən edilməsi həyata keçirilməmişdir.
7. Bundan başqa, anaları Tutu Quliyevanın atalarından qalan miras payından Zəhra Quliyevanın xeyrinə imtina etməsi barəsində ərizəsində atalarının ölüm tarixi xx.xx.1997-ci il tarix olduğu halda, xx.xx.1997-ci il tarixi kimi qeyd edilmişdir. Ərizənin yazılma şəkli həmin 75 yaşında olan və xəstə olan anaları Tutu Quliyevanın ərizəni yazdığı və imzaladığı vaxt hadisələri doğru-dürüst qavraya bilmədiyini təsdiq edir. Lakin təəssüf ki, analarının bu vəziyyətini görən notarius digər vərəsələrin də vərəsəliyə çağırılmasını təmin etməli olduğu halda, bunu etməmişdir. Bunun əvəzində iki nəfər – Samir Quliyev (əmi oğlu) və Cəmilə Seyidova (əmi oğlunun arvadı) adlı qohumlardan anaları Tutu Quliyevanın ərizələrini təsdiq etdiklərinə dair yazılı ərizə almışdır. Halbuki, atalarının digər vərəsələri həmin vaxt Naxçıvan şəhərində yaşadıqları və olduqları halda, onlardan heç biri çağırılmamışdır. Üstəlik, qohumların ərizələrindən də onların bu ərizələri nə vaxt və hansı şəraitdə yazdıqları bəlli olmur. X59 isə anaları Tutu Quliyevanın yuxarıda müəyyən edilmiş qaydada hesablanmış paylarından (1/2 + 1/7) onun xeyrinə imtina etməsi nəticəsində nəticə olaraq miras əmlakdan 9/14 hissə pay hüququ ( 1/2 + 1/7 + 1/7) əldə etmiş və sonradan onun bu payı da vərəsəlik qaydasında oğlu Nihad Həsənliyə keçmişdir.
8. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, atalarından miras əmlakından paylar müəyyən edilərkən qanunsuzluğu yol verildiyindən, Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, onun əsasında verilmiş çıxarışlar ləğv edilməli və atalarına məxsus miras əmlakdan payların yenidən müəyyən edilməsi təmin edilməlidir.
9. Onu da qeyd etmişdirlər ki, hazırki iddia ərizəsində qaldırdıqları eyni iddia tələbləri Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2(078)-41/2025 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Həmin qətnamə iddia ərizəsinə əlavə edilmişdir.
10. Həmin qətnamədən cavabdeh Nihad Həsənli və iddiaçılar apellyasiya şikayəti vermişlər. Nihad Həsənli qətnamənin tam ləğv edilərək, iddianın təmin edilməməsini, iddiaçılar isə qətnamənin təmin edilməyən hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdirlər.
11. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki, Naxçıvan Şəhər Məhkəməsi 10 yanvar 2025-ci il tarixli qətnaməsində ananın əmlakından yalnız 3 vərəsənin payı olduğunu müəyyən etməsi doğru olmamış, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, anadan qalmış paydan 3 ay ərzində imtina etməmiş bütün vərəsələrin anadan miras qalmış əmlakda payının olduğu müəyyən edilməli idi.
12. İddiaçıların apellyasiya şikayəti təkcə İddiaçı4 tərəfindən imzalanması əsası ilə icraata qəbul edilməmişdir.
13. Naxçıvan Ali Məhkəməsi isə 23 iyun 2025-ci il tarixli 2(108)-90/2025 saylı qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qətnaməsini iddia ərizəsinin iddiaçıların hamısı tərəfindən imzalanmadığı əsası ilə ləğv edərək, iddia ərizəsini baxılmamış saxlamışdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Naxçıvan Ali Məhkəməsi isə 23 iyun 2025-ci il tarixli 2(108)-90/2025 saylı qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığı üçün yenidən bu iddia ərizəsini verməli olmuşdurlar.
14. İddiaçılar iddia tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1301.1, 1301.2-ci maddələrinə, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 83-cü hissəsinə, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 111 və 116-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 8 yanvar 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumuna, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 103-cü hissəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
15. 17.11.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən İddiaçı4 izahatında bildirmişdir ki, vərəsə olaraq bir payın bacısına verilməsinə etirazı yoxdur. 1 ildir ki notarius proseslərə gəlmir. Bir gün içərisində notarius anasına pasportda vermiş, sənədləri də təqim etmiş və çıxarış almışdırlar. Buradan onların qanunsuz hərəkəti aşkar olunur. Əmlak məsələsində isə sənədləri itdiyindən o vaxt elan vermiş, elandan sonra çıxarış vermişdirlər. O sənədlər əsasında qarşı tərəfə də çıxarış verilmişdir. Bu qanunsuzluq da göz qabağındadır. Anası qol kağızını verəndən sonra necə olur ki, 5 il ərzində çıxarış üçün müraciət edə bilmirlər. 1952-1955-də atasına sənədləşmə verilmişdirsə, onlar əvvəl harada yaşamışdırlar. Hətta atasından əvvəl babası da orada yaşamışdır. Babası 1969-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra həmin əmlakda anası və bacıları Tünzalə, Zəhra və onların övladları yaşamışdır. Atasının vəfatından sonra vərəsəlik ilə bağlı müraciət etməmişdir. Rəhmətə gedən bacısı da həmin dövrdə müraciət etməmişdir. İlk dəfə müraciət 2007-ci il tarixdə olmuşdur. O sənədlərdə də ziddiyyətlər vardır. Çünki düzəlişlər olunmuşdur. Polis idarəsinə sənədlərin itməsi ilə bağlı müraciət etmişlər, polis də onlara arayış vermişdir. 1 il əvvəl vərəslik barədə məlumatları olmuşdur. Notarius tərəfindən heç şifahi xəbərdarlıq da olunmamışdır. 2 nəfər şahid iştirak etmişdir. Lakin o şahidlər məhkəməyə gəlməkdən də imtina edirlər. 2007-ci ildən başlayaraq notariusun hərəkəti qanunsuz olmuşdur. Çıxarış alma səbəbləri də atası və anasının vəfatlarından sonra evin sahibsiz qalmaması üçün idi. Rəhmətə gedən bacısı Zəhranın adına çıxarış verilmədən onların adına verilmişdir. 2007-ci ildə olan çıxarışda ziddiyyətlər yaranmışdır. Birbaşa çıxarışı 6 ay keçdiyinə görə məhkəmə qaydasında müəyyən olunmalı idi, görünür ki orada da qanunsuzluqlar olmuşdur. Bacısı yoldaşından çox əziyyətlər çəkmişdir. Nikahın pozulmasını da istəmişdir. Lakin razı olmamışdır. Əmlaka görə aralarında soyuq münasibət olmamışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
16. 17.11.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, 2007-ci ildə sənədləri istəyəndə, o zaman rəhmətə gedən bacısının ailəsi sənədlərin itdiyini bildirmişdir. Onda Daşınmaz Əmlaka getmişlər, bu zaman Daşınmaz əmlakda onlara polisə ərizə yazmalı olduqları bildirilmişdir. Sonra yenidən çıxarış veriləcəyi və vərəsəlik qaydasında müraciət olunacağı bildirilmişdir. O zaman qəzetə də elan vermişdirlər. Atalarının adına olan çıxarışı iyunun əvvəli almışdırlar, bundan 1 ay sonra da cavabdeh tərəf çıxarış almışdır. Ondan sonra bacısı xəstə olduğundan, anası da vəfat etdiyindən başları qarışmış və sonrasından xəbərləri olmamışdır. Bu Daşınmaz Əmlakın günahıdır ki, 2-ci dəfə çıxarışı necə verə bilir. Əmlakı sənədləşdirmək üçün müraciət etmişdirlər. Qardaşı da evi öz adına keçirmək istəmişdir. Həmin vaxt anaları qızının xeyrinə əmlakdan imtina edəcəyini bildirmiş, bu zaman ona sənin oğlun var deyə demişdirlər. Ona çatan 1 payın qızına verilməsini istəməsinə səbəb isə, Zəhranın evinin olmaması idi. Bacısı Zəhra da bu mövzu ilə bağlı heç nə deməmişdir. Çıxarışı alandan sonra qardaşı xaricə getdiyinə görə sənəd alınmamışdır. Atası vəfat edəndə həmin evdə anası və vəfat edən bacısı yaşamışdır. 2004-cü ildə 2 övladı ilə həmin ünvanda yaşamışdır. 2014-cü ildə də bina söküldüyünə görə gəlib həmin əmlakda yaşamışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
17. 17.11.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən İddiaçı3 Firudin qızı izahatında bildirmişdir ki, bacısı Zəhra o sənədi almış, dayı qızısı Tahirəyə vermişdir. Tahirə Bakıya köçəndə sənədləri bacısına gətirib vermişdir. Heç bir məlumatları olmamışdır. Anaları heç pay söhbəti də etməmişdir. Qonşularının şahidliyi ilə bunu təsdiq etmək olar ki, anasından əvvəl atası orada yaşamışdır. Nənələrinə atasından qalma mülkdür. O ev ana və atalarının evliliyinə aid mülk deyildir. Bacısı ilə aralarında heç bir soyuqluq olmamışdır. Bacısı kənddə çox pis günlər gördüyünə görə kəndə qayıtmamaq üçün o mülkü öz adına keçirmək istəmişdir. Bacısı rəhmətə gedən zaman, yoldaşı demişdir ki, sənin ağlamaq haqqın yoxdur, yaxşı bacı olsan evi ona verərdin. Bacısının əri də evin onlara keçməsini istəmişdir. Lakin bilirdilər ki, ona razı olmayacaqlar. Atası 29 avqust 1997-də vəfat etmiş, lakin onlar 1997-də deyil 1998-dən orada yaşamışdırlar. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
18. 17.11.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən cavabdeh X69 ədalətli qərar verilməsini xahiş etmişdir.
19. 17.11.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən cavabdeh X46 nümayəndəsi X54 izahatında bildirmişdir ki, xalası Tünzalə orada qalmamışdır. 1998-ci ildən 2012-ci ildə evdən qovulana qədər onlar ailəsi ilə orada yaşamışdırlar. 1997-ci ildən həmin əmlakda anası, atası, qardaşları və nənəsi yaşamışdır. 2007-ci il tarixdə anası notariusa müraciət etmişdir. Vərəsəlik barədə Bakı ilə də əlaqə saxlamışdırlar. Hətta, o zaman Fəxrəddin və Qahirə Naxçıvana gələcəklərini bildirmişdirlər. Digər xalaları notariusa çağırılmamış, lakin anası və nənəsi tərəfindən aralarında şifahi danışıqlar olmuşdur. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdeh X46 nümayəndəsi X63 izahatıda bildirmişdir ki, Şəkərəbadda olan evləri uçuq vəziyyətdə idi. Dayısı gəlmiş və evin uçuq vəziyyətdə olmasına görə Bakıya köçmələrini təklif etmişdir. Bakıya gedəndən sonra qayıtmışdırlar. Babası da evləri olmadığına görə həmin evə köçmələrini bildirmişdir. Babası rəhmətə gedəndən sonra nənələri tək qalmasın deyə o evə köçmüşdürlər. Dayısı da demişdir ki, bu ev sizindir. Notarius onlara demişdir ki, iddiaçılar vərəsəliyi ləğv etmək üçün yaşlı qadını gətirmişdirlər. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir.
21. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə İddiaçı5 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə heç bir məlumat verməmişdir. Cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Cavabdeh1 nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər.
22. Məhkəmə işə İddiaçı5 və Cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Cavabdeh1 nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
23. İş materiallarında olan, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən, ünvan 3 ünvanında yerləşən, torpaq sahəsinin ölçüsü 0.0804 ha, ümumi sahəsi 59 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X20 adına qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********85-10301, qeydiyyat nömrəsi: 4469, qeydiyyat tarixi: xx.xx.2007).
24. İş materiallarında olan, 18 iyul 2007-ci il tarixli, 655273 nömrəli və 16 yanvar 2024-ci il tarixli çıxarışlara əsasən, X23 ilə X29 arasında 18 oktyabr 1947-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Quliyeva” soyadı verilmişdir.
25. İş materiallarında olan, Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli çıxarışın surətinə əsasən, X36 02 sentyabr 1997-ci il tarixdə vəfat etmişdir.
26. İş materiallarında olan, V-JQ 285663 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X36 02 sentyabr 1997-ci il tarixdə vəfat etmişdir.
27. İş materiallarında olan, 21 iyun 2007-ci il tarixli arayışa əsasən, mərhum X7 aşağıdakı vərəsələri vardır:
1. Həyat yoldaşı X40;
2. Qızı İddiaçı2;
3. Qızı İddiaçı3 Firudin qızı;
4. X3;
5. X8;
6. X5;
7. X13.
28. İş materiallarında olan, 26 iyul 2007-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, 02 sentyabr 1997-ci il tarixdə vəfat etmiş X7 vərəsələri 1/14 hissədə İddiaçı2, 1/14 hissədə İddiaçı3 Firudin qızı, 1/14 hissədə X21, 1/14 hissədə X30, 1/14 hissədə X24 və 9/14 hissədə X25r.
29. İş materiallarında olan, 25 avqust 2005-ci il tarixli ərizənin surətinə əsasən, X40 həyat yoldaşı X16 miras qalmış əmlakda 1/2 hissə payından və qanun üzrə vərəsəlik hüququ əsasında ona çatan 1/7 hissə payından X13nın xeyrinə imtina etmişdir.
30. İş materiallarında olan, Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş AZ-İ 434464 nömrəli, 12 fevral 2024-cü il tarixli çıxarışın surətinə əsasən, X40 17 fevral 2011-ci il tarixdə vəfat etmişdir.
31. İş materiallarında olan, 20 fevral 2003-cü il tarixli ərizənin surətinə əsasən, X37 X9ndan miras qalmış əmlakdan ona çatan payı qəbul edir və onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
32. İş materiallarında olan, Naxçıvan “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 798 nömrəli, 04 mart 2024-cü il tarixli arayışın surətinə əsasən, X37 05 aprel 1965-ci il tarixdə anadan olmuşdur. X9, anası X31r.
33. İş materiallarında olan, Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş AZ-İ 493220 nömrəli, 12 fevral 2024-cü il tarixli çıxarışın surətinə əsasən, X37 26 iyul 2012-ci il tarixdə vəfat etmişdir.
34. İş materiallarında olan, Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 445 nömrəli, 12 fevral 2024-cü il tarixli arayışın surətinə əsasən, mərhum X19 aşağıdakı vərəsələri vardır:
1. X43 1963-cü il təvəllüdlü;
2. X38 1989-cu il təvəllüdlü;
3. X33 1991-ci il təvəllüdlü;
4. X39 1996-cı il təvəllüdlü
35. İş materiallarında olan ərizənin surətinə əsasən, X69 anası X17 ona çatan paya dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
36. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, torpaq sahəsinin ölçüsü 0.0804 ha, ümumi sahəsi 59 kv.m olan fərdi yaşayış evi 9/14 hissədə X19, 1/14 hissədə İddiaçı2, 1/14 hissədə İddiaçı3 Firudin qızının, 1/14 hissədə X6, 1/14 hissədə X15 və 1/14 hissədə X10 adına qeydiyyata alınmışdır.
37. İş materiallarında olan, 11 mart 2024-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 26 iyul 2012-ci il tarixdə vəfat etmiş X19 vərəsəsi 9/14 hissədə payla Həsənli Nihad Əİi oğludur.
38. İş materiallarında olan, Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli çıxarışın surətinə əsasən, X72 02 may 1989-cu il tarixdə anadan olmuşdur. X34, anası X26r.
39. İş materiallarında olan, Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, X70 ilə X37 arasında 09 avqust 1988-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Həsənova” soyadı verilmişdir.
40. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 378966 nömrəli, 16 fevral 2024-cü il tarixli çıxarışın surətinə əsasən, X69 xx xxxxxx 1996-cı il tarixdə anadan olmuşdur. X34, anası X26r.
41. İş materiallarında olan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 18 fevral 2024-cü il tarixli, ******* nömrəli, X53 verilmiş Arayışdan görünür ki, Naxçıvan şəhəri, Şahtaxtınski küçəsi, döngə 3, ev 21 ünvanında 10 iyul 2012-ci il tarixdən X47, X48, X41, X55, X71, X42, X49, X54, X32 və X27 qeydiyyatda olduğu qeyd olunmuşdur.
42. İş materiallarında olan, 18 fevral 2024-cü il tarixli ərizənin surətinə əsasən, X54 anası X19 ölümündən miras qalmış bütün əmlakdan imtina etmişdir.
43. İş materiallarında olan, 03 mart 2024-cü il tarixli ərizənin surətinə əsasən, X71 anası X19 ölümündən miras qalmış bütün əmlakdan imtina etmişdir.
44. İş materiallarında olan, 03 mart 2024-cü il tarixli ərizənin surətinə əsasən, X14 Zəhra Firudin qızının ölümündən miras qalmış bütün əmlakdan imtina etmişdir.
45. İş materiallarında olan, Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 24 may 2024-cü il tarixli məktubunun surətinə əsasən, mərhum X20 və mərhum X22 adına elektron notariat sistemində vərəsəlik işinə və əmlakın özgəninkiləşdirilməsinə dair məlumat aşkar edilməmişdir. 2018-ci ildən Naxçıvan şəhər 1 saylı və 2 saylı Notariat Ofisləri xüsusi fəaliyyətə keçdiyi üçün arxivdə olan sənədlər Naxçıvan MR Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Şöbəsinin arxivinə təhvil verilmişdir. Həmçinin 11 mart 2024-cü il tarixli, 2V-93 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən X53 vəfat etmiş anası X17 miras qalmış 9/14 payına dair Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir.
46. İş materiallarında olan, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli məktubun surətinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X7 adına olmuşdur. 26 iyun 2007-ci il tarixdə Naxçıvan şəhər 2-ci DNKda qeydiyyata alınan 24-01-66 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında fərdi yaşayış evi 05 fevral 2024-cü il tarixdə paylı mülkiyyət hüququ üzrə 9/14 hissədə X19, 1/14 hissədə İddiaçı2, 1/14 hissədə İddiaçı3 Firudin qızının, 1/14 hissədə X6, 1/14 hissədə X15 və 1/14 hissədə X10 adına qeydiyyata alınmışdır.
47. 11 iyun 2024-cü il tarixli notarial təsdiqli ərizəyə əsasən, İddiaçı5 X9ndan miras qalmış əmlakdan imtina etmişdir.
48. 05 may 2022-ci il tarixli notarial təsdiqli ərizələrə əsasən, İddiaçı3 Firudin qızı və İddiaçı2 X2ndan miras qalmış əmlakdan imtina etmişlər.
49. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)- 41/2025 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilmiş, Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 5 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X19, 1/14h issəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X6, 1/14 hissəsi üzərində X15 və 1/14 hissəsi üzərində X10 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarış ləğv edilmiş, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X62 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilmiş, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X62 tərəfindən verilmiş 11mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 4 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X46, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının,1/14 hissəsi üzərində X6, 1/14hissəsi üzərində X15 və 1/14 hissəsi üzərində X10 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarış ləğv edilmiş, ünvan 6 ünvanında yerləşən mərhum X16 miras qalan daşınmaz əmlakın 1/2 hissəsi üzərində İddiaçı4 payı 1/14 hissə, həmin ünvanda mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın 1/2 hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 10/42 hissə, İddiaçı2 ünvan 7 ünvanında yerləşən mərhum X16 miras qalan daşınmaz əmlakın 1/2 hissəsi üzərində payı 1/14 hissə, İddiaçı3 Firudin qızının ünvan 6 ünvanında yerləşən mərhum X16 miras qalan daşınmaz əmlakın 1/2 hissəsi üzərində payı 1/14 hissə, İddiaçı5 ünvan 6 ünvanında yerləşən mərhum X16 miras qalan daşınmaz əmlakın 1/2 hissəsi üzərində payı1/14 hissə, iddiaçı X10 ünvan 6 ünvanında yerləşən mərhum X16 miras qalan daşınmaz əmlakın 1/2 hissəsi üzərində payı 1/14 hissə, həmin ünvanda mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 10/42 hissə, mərhum X19 ünvan 6 ünvanında yerləşən mərhum X16 miras qalan daşınmaz əmlakın 1/2 hissəsiüzərində 2/14 (1/7) hissə, həmin ünvanda mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın 1/2 hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı13/42 hissə, mərhum X17 miras qalan ünvan 7 ünvanında yerləşən 13/42 hissə payına münasibətdə isə həmin 13/42 hissədə cavabdeh X46 payı müəyyən edilmiş, iddia qalan hissədə rədd olunmuşdur.
50. İş materiallarında olan, Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(108)-90/2025 nömrəli qərardadında Apellyasiya şikayətinin qismən təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)-41/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməsi, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 Firudin qızının, İddiaçı1 və İddiaçı5 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə və X53 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır.
51. İş materiallarında olan Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan şəhər Təhsil Şöbəsi V.Zeynalov adına 3 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X64 V.Zeynalov adına 3 nömrəli tam orta məktəbdə 1997-2008-ci illərdə təhsil almışdır.
Tətbiq edilən hüquq:
1968-ci ilə qədər qüvvədə olan Azərbaycan SSR-in 29 may 1928-ci il tarixli «Nikah, ailə və qəyyumluq haqqında» qanunu(Məcəlləsi)
52. Maddə 24. Nikahdan əvvəl ər və arvada təəlluq edən(məxsus olan) əmval(əmlak) onların ayrı malı olub, qalır. Nikah dəvam etdiyi devrdə qazanılmış əmval isə ər arvadın ortaqlı malı hesab olunur. Hansı birinə çatası hissə haqqında mübahisə zühur etdikdə məsələ məhkəmə qərarı üzrə həll olunur. Qeyd 1. Arvadın ev işlərini idarə etməkdəki və uşaqlara baxmağa zəhməti, əmval üzərinə hüquq törətmək barəsində kişinin həyat vəsaiti qazanmaq zəhmətinə bərabər tutulur.
1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsi
53. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
54. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
55. Maddə 529. Vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
56. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
57. Maddə 556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
58. Maddə 561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.
59. Maddə 562. Vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər.
60. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
61. 95-ci bəndi. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir.
62. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud ...2/3 hissə” kimi ifadə olunmalıdır.
63. 96-cı bəndi. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. 64.Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı iləvərəsəlik şəhadətnaməsinəyazıla bilərlər. Razılıqvərəsəlik şəhadətnaməsiverilənədək yazılı surətdəifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. 65.99-cu bəndi. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsəmirasın açıldığı gündən altı ay ərzindəmirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədəyazılı formada notariat qaydasında təsdiq edilmişərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 66.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 67.Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. 68.Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
69.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır.
73. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
74. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.
75. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
76. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
77. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə hüquqi qiymət verilməsi istiqamətində aşağıdakı ardıcıllıqla araşdırma aparılmalıdır; Mübahisəli əmlak X23 ilə X18 birgə mülkiyyəti olmuşdurmu, yoxsa həmin əmlak X12 əmlakı hesab olunmalı idi? Miras əmlakı formal və yaxud qeyri-formal üsullarla kimlər qəbul etmişdir? 26 iyul 2007-ci il tarixdə Naxçıvan Şəhər Notariat Kontorunda tərtib edilən vərəsəlik hüququ haqqında şəhadətnamə Qanunun tələblərinə uyğun tərtib olunmuşdurmu? 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Qanunun tələblərinə uyğun tərtib olunmanışdırsa, ünvan 4 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X19, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X6, 1/14 hissəsi üzərində X15 və 1/14 hissəsi üzərində X10 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarış ləğv edilməlidirmi? Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X62 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Qanunun tələblərinə uyğun tərtib olunmuşdurmu? Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X62 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Qanunun tələblərinə uyğun tərtib olunmanışdırsa, ünvan 4 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X46, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X6, 1/14 hissəsi üzərində X15 və 1/14 hissəsi üzərində X10 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarış ləğv edilməlidirmi?
78. Mübahisəli əmlak X23 ilə X18 birgə mülkiyyəti olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə sənədlərdən görünür ki, X23 ilə X29 arasında 18 oktyabr 1947-ci il tarixdə nikah bağlanmışdır.
79. Mübahisə predmeti olan daşınmaz əmlakın texniki pasportundan aydın olur ki, həmin texniki pasport 1963-cü ilin dekabr ayında təsdiq edilmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində ünvan 8 ünvanının (keçmiş Azizbekova t.6) 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan əvvəl həmin fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədinin olub-olmaması barədə məlumat verilməsi barədə sorğu verilmiş, sorğuya cavab olaraq şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün 31 nömrəli torpaq qeydi məhkəməyə göndərilmişdir. Təqdim edilən torpaq qeydindən aydın olur ki, Torpaq Kodeksinin 192-ci maddəsi və şəhərlərdə torpaqları qaydaya salmaq xüsusunda əsasnamənin 8-ci maddəsinə əsasən X36 adına 1952-ci ilin 13 fevral tarixində 19/24 nömrəli torpaq qeydi rəsmiləşdirilmişdir.
80. İddiaçılar həmin torpaq sahəsi və üzərində olan daşınmaz əmlakın X28 atasından miras qaldığını qeyd etsələr də, məhkəmənin verdiyi suala cavab olaraq babasının 1969-cu ildə vəfat etdiyini bildirmişlər. Buradan aydın olur ki, daşınmaz əmlak üzərində X20 adına torpaq qeydi rəsmiləşdirilən zaman yəni 1952-ci ildə onun atası sağ olmuşdur və həmin əmlak vərəsəlik qaydasında keçən əmlak kimi qiymətləndirilə bilməz.
81. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 9 ünvanında yerləşən daşınmaz əmlak mərhumlar X36 ilə X22 birgə nikahı dövründə əldə edilmiş əmlakdır və həmin əmlak üzrə vərəsəlik hüququ müəyyən edilərkən hər birinin bərabər paylarına münasibətdə hüquqi qiymətləndirmə aparılmalıdır.
82. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X20 1997-ci ildə vəfatından sonra mübahisəli əmlakda onun həyat yoldaşı X40 və X37 öz ailə üzvləri ilə birlikdə yaşamış, iddiaçılardan İddiaçı1 2005-ci il tarixdə öz yaşadığı ünvanda təmir işləri getdiyindən həmin ünvanda 2005-ci ildə təqribi 4-5 ay yaşamış, İddiaçı4 həmin əmlakda müəyyən tikinti-bərpa işlərinin aparılması üçün 2005-ci ildə İddiaçı1 pullar göndərmiş, özü daimi olaraq Bakı şəhərində yaşamış, digər iddiaçılar isə atalarının vəfatından sonra həmin əmlakda yaşamamışlar.
83. Məhkəmə qeyd edir ki, həmin miras əmlak faktiki olaraq X40 və X37 tərəfindən qəbul edilmiş və 2011-2012-ci ilədək onlar tərəfindən idarə edilmişdir.
84. Məhkəmə qeyd edir ki, 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları vərəsəlik hüququ hüquq haqqında müddəaları mirasın qəbul edilməsinin iki üsulunu müəyyən etmişdir: formal və qeyri-formal üsulunu.
85. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür.
86. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun isə iki növü var. 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu.
87. Miras əmlaka faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur.
88. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakın faktiki idarə edilməsi dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s.aiddir.
89. Məhkəmə qeyd edir ki, miras əmlak faktiki olaraq X40 və X37 tərəfindən qəbul edilsə də, iş materiallarında olan 26 iyul 2007-ci il tarixli2/V-01-66 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü ki, X37 20 fevral 2003-cü ildə Naxçıvan şəhər İkinci Dövlət Notariat Kontoruna ərizə ilə müraciət edərək atası X4 miras qalmış Naxçıvan şəhər Şahtaxtınski küçəsi döngə 3/21 əmlakda ona çatan payı qəbul etdiyini və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
90. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə vərəsəliyi qəbul edən şəxslərin X7 bütün vərəsələri göstərilmiş, həmin şəhadətnamədə xx.xx.1997-ci ildə vəfat etmiş X7 əmlakına vərəsələr Naxçıvan şəhəri Şahtaxtınski küçəsi döngə 3 ev 21-də yaşayanlar İddiaçı2 1/14, X30 1/14, X21 1/14, İddiaçı3 Firudin qızı 1/14, X24 1/14, X37 9/14 hissəsindən pay almalı olması, miras əmlakın Naxçıvan şəhəri, Şahtaxtınski küçəsi döngə 3, ev 21-də torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 47 kv.m yaşayış 77.4 kv.m qeyri-yaşayış 12 kv.m köməkçi sahədən ibarət olması göstərilmişdir. Naxçıvan şəhər Şahtaxtınski 3/21 ünvanında yaşayan X40 tərəfindən Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontoruna ünvanlanmış ərizədən isə aydın olur ki, X40 həyat yoldaşı Quliyev F.M. oğlunun adına olan Naxçıvan şəhər Şahtaxtınski küçəsi ev 2/21-də birgə mülkiyyətdə olan əmlaklarından ona çatan pay hissəsini ½ payını və qanun üzrə vərəsəlik hüququ əsasında ona çatan 1/7 hissə miras payından X86nın xeyrinə imtina etmişdir.
91. Məhkəmə qeyd edir ki, Qanun üzrə Şəhadətnamə vərəsələrə 2007-ci il tarixdə verildiyindən, həmin hissədə mübahisəyə 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir.
92. Belə ki, 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
93. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
94. Göründüyü kimi, tərəflərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 2007-ci ildə verilmiş, iddiaçılar isə hazırkı iddia tələbi ilə 2024-2025-ci illərdə məhkəməyə müraciət etmişlər. Eyni zamanda cavabdeh və onun mərhum anası X37 tərəfindən də qeyd edilən şəhadətnamə müəyyən edilən müddət ərzində mübahisələndirilməmişdir.
95. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1272-ci maddəsində göstərilən müddət kəsici müddət olmaqla həmin müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə zərurət olmamışdır.
96. Məhkəmə hesab edir ki, 26 iyul 2007-ci il tarixli2/V-01-66 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirilmədiyindən və 2 aylıq kəsici müddət keçdiyindən, iddia tələbi həmin Şəhadətnamənin etibarsız hesab olunması hissəsində təmin edilməməlidir.
97. Məhkəmə həmçinin qeyd edir ki, işin hallarından X22 ərinin vəfatından sonra 1997-ci ildən vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilən vaxt da daxil olmaqla vəfat ediyi 2011-ci ilə qədər həmin ünvanda yaşaması təsdiq edilir. Yəni, X40 ərindən qalan miras əmlakı qəbul etmiş, bir neçə müddət həmin əmlakdan yaşamaqla onu idarə etmiş, daha sonra ona çatan paydan qızının xeyrinə imtina etmişdir. X1 2007-ci il tarixdə yazdığı ərizə ilə öz iradə ifadəsini bəyan etdiyindən onun imtina etdiyi miras payı həcmində digər vərəsə X19 payının daha çox olması qanuni və əsaslıdır.
98. Məhkəmə qeyd edir ki, ünvan 4 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X19, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X6, 1/14 hissəsi üzərində X15 və 1/14 hissəsi üzərində X10 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarış 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verildiyindən və həmin Şəhadətnamənin etibarsızlığı üçün əsaslar olmadığından, Çıxarışın ləğvi üçün də əsaslar mövcud deyildir.
99. Məhkəmə iddia tələbinin Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X62 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə hissəsinə və onun əsasında verilmiş ünvan 4 ünvanında yerləşən reyestr nömrəsi **********5-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X46, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X6, 1/14 hissəsi üzərində X15 və 1/14 hissəsi üzərində X10 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsinə münasibətdə qeyd edir ki, X19 vəfatından sonra ondan miras qalmış əmlak, vərəsə Cavabdeh3 tərəfindən qəbul edildiyindən və mərhumun digər vərəsələri Cavabdeh3 xeyrinə miras paylarından imtina etdiklərindən, 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur və reyestr nömrəsi **********5-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış həmin Şəhadətnamə əsasında verildiyindən onun ləğvi üçün də əsaslar müəyyən edilməmişdir.
100. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
101. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır.
102. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).
103. Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).
104. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları)
105. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı5 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Cavabdeh1nə və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Çıxarışların ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsinə dair iddia tələbləri təmin edilməməlidir.
106. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı5 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Cavabdeh1nə və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Çıxarışların ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsinə dair iddia tələbləri təmin edilməsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnfomasiya Sistemində yaradılmış Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov